Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

DTX nin əməliyyat keçirdiyi bu rayona da yeni icra başçısı təyin olundu

DTX nin əməliyyat keçirdiyi bu rayona da yeni icra başçısı təyin olundu

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Həmin vəzifə bu ilin iyunun 21-dən boş idi.

Qeyd edək ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olmuş, orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir.

2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində “Dövlət sektorunda innovasiya”, “Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər” proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa  Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası,  Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012-2016-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun doktorantı olmuşdur.

Elvin Paşayev 2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında  Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, sonra Nazirliyin Aparatında Kadrlar şöbəsində baş məsləhətçi və sektor müdiri kimi fəaliyyət göstərmişdir. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərmişdir.

Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli 2116 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Dövlət qulluğunun Baş müşaviridir.

Prezident İlham Əliyevin 25 iyul 2022-ci il 3388 saylı Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Noyabrın 12-də bu vəzifədən azad olunub. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı Musa Şəkiliyev saxlanılıb.

Prezident İlham Əliyev iyunun 21-də M.Şəkiliyevi vəzifəsindən azad edib. Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Sabiq başçı qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri