Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dubay polisi avtomobil parkını dünyanın ən güclü və sürətli superkarlarından biri olan "Lamborghini Temerario" ilə genişləndirib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, yeni hibrid superkar cəmi 2,7 saniyəyə saatda 100 kilometr sürət yığmaq qabiliyyətinə malikdir.
Avtomobil iki turbokompressorlu 4 litrlik V8 mühərriki və üç elektrik mühərriki ilə təchiz olunub. Hibrid güc qurğusunun ümumi gücü 920 at gücünə çatır.
Bildirilib ki, bahalı superkar "Lamborghini Abu Dhabi and Dubai" şirkəti ilə Dubay polisi arasında əməkdaşlıq çərçivəsində xidmətə qəbul edilib.
Dubay polisi dünyanın ən bahalı və sürətli avtomobillərindən ibarət parkı ilə tanınır. Bu avtomobillər əsasən turizm bölgələrində patrul xidməti, ictimaiyyətlə əlaqələr və polis qurumunun beynəlxalq imicinin gücləndirilməsi məqsədilə istifadə olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:119
Bu xəbər 15 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















