Dubayda “Trump” qülləsi yaxınlığında partlayış olub? Rəsmi açıqlama
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dubay mərkəzində partlayış səslərinin eşidilməsi ilə bağlı yayılan məlumatlar rəsmi olaraq təkzib edilib.
“Qafqazinfo” xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, şəhərin mərkəzində, o cümlədən “Trump International Hotel & Tower” yerləşən ərazidə güclü partlayış səsləri eşidilib.
Lakin hadisədən dərhal sonra Dubay hakimiyyəti şəhərin Dauntaun (Downtown) ərazisində hər hansı partlayışın baş verməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Dubay Hökumətinin Media Ofisi (GDMO) rəsmi bəyanat yayaraq bildirib ki, sözügedən xəbərlər tamamilə yalandır və faktları əks etdirmir. Rəsmi qurumlar əhalini və media nümayəndələrini yalnız rəsmi mənbələrə etibar etməyə, unifikasiya olunmamış şayiələri yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampa məxsus BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərin (o cümlədən Dubaydakı “Trump” qülləsinin) qanuni hədəf olduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 16 İyul 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















