Icma.az
close
up
RU
Dublin yəhudisinin odisseyası

Dublin yəhudisinin odisseyası

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ceyms Coysun “Uliss” romanı haqqında

Bizim uşaqlıq, yeniyetməlik çağlarımızda dini kitablar əlçatan deyildi. Ona görə də dini mətnlərlə, dini mədəniyyətlə tanışlığımız ya marksizm mövqeyindən yazılmış tənqidçi, təftişçi kitablar, ya da klassik şairlərin, yazıçıların əsərləri vasitəsilə baş tuturdu. Məsələn, orta çağ Şərq-müsəlman ədəbiyyatı örnəklərinə, o cümlədən klassik Azərbaycan şairlərinin - Nizaminin, Nəsiminin, Xətayinin, Füzulinin əsərlərinə yazılmış şərhlər Quran hökmləri, islam fəlsəfəsi, dini qissələrlə tanışlıq üçün zəngin material verirdi. Yadıma gəlir, İmadəddin Nəsiminin 600 illiyi münasibətiylə buraxılmış, gözəl illüstrasiyalarla bəzədilmiş nəfis tərtibatlı nəhəng poetik toplunun onlarla, bəlkə də yüzlərlə səhifədən ibarət şərhlər bölümü Quran ayələrinə, hədislərə, dini rəvayətlərə istinadla doluydu. Yalan olmasın, o cilddə yer almış beytlərin sayı qədər də şərhi, izahı vardı. O şərhlər verilməsəydi, qəzəllərin, qəsidələrin, rübailərin məzmunundan bir mətləb anlamaq olmazdı...

Bu kitabın da özü boyda şərhi var. Onu çox vaxt kitablar kitabı, sənət ensiklopediyası, bəşərin söz yaddaşından sitatlar toplusu adlandırırlar. Coysun istinad elədiyi ədəbi-fəlsəfi-dini bazaya, incəsənət arxivinə, tarixi-ictimai gerçəkliyə, etnik-mədəni faktorlara bələd olmadan onun əsərini sona qədər anlamaq da olmaz.

Düzünə qalsa, “Uliss”in yazıldığı dilin incəliklərini bilmədən, onu orijinaldan oxumadan bu roman haqqında danışmaq da doğru deyil; çünki bu əsər başdan-başa dil oyunları, leksik-semantik yanıltmaclar, sözün böyük mənasında üslub hoqqaları üzərində qurulub. Coys ədəbiyyatda stilizasiyanı ehkam səviyyəsinə qaldırıb, onu havayı yerə Floberdən sonra roman sənətinin ən böyük reformatoru saymırlar, hətta belə bir fikir də var ki, Eynşteyndən sonra fizika elmi nə qədər dəyişilibsə, Coysdan sonra da dünya nəsri bir o qədər dəyişikliyə uğrayıb. Bu kitabda forma məzmunu üstələyib, üslub mahiyyətə çevrilib, müəllif elə bil demək istəyib ki, dünya onsuz da dərin mənadan, rasional mahiyyətdən məhrum nizamsız, xaotik məkandır, onu yalnız çirkin, eybəcər simasına usta qələmlə bəzək-düzək vurub abıra mindirmək olar.

***

Roman Homerin “Odisseya” dastanına parodiya kimi yazılıb. Uliss - Odisseyin latın dilindəki variantıdır. Yazıçı niyə adın orijinal versiyasını yox, məhz latınca variantını seçib - burası da qəribədir. Homerin poeması kimi bu roman da on səkkiz epizoddan ibarətdir, hər bir fəslin də “Odisseya”nın uyğun qoluyla gizli, örtülü forma-məzmun əlaqəsi var. Əvvəlcə Coys romanın fəsillərinə “Odisseya” nəğmələrinin adını qoysa da, sonradan tənqidçilərin bu məsələyə həddindən artıq önəm verdiyini, əsərin bir növ “orijinalın” əlavəsinə, şərhinə çevrildiyini, Homer poemasının əsarətinə düşdüyünü görəndə fikrindən daşınıb. Əlbəttə, “Uliss” tam müstəqil bir əsər, Homer dastanları başda olmaqla bütün Avropa (qismən də dünya) ədəbiyyatıyla nəhəng bir dialoq, bitməz-tükənməz polemikadır. Balzakın “Bəşəri komediya”sı Dantenin “İlahi komediya”sından nə qədər asılıdırsa, Coysun “Uliss”i də Homerin “Odisseya”sına bir o qədər bağlıdır. Modernizmin bayraqdarı kimi Coys bütün klassik ədəbiyyata, xüsusən də on doqquzuncu əsr romanına meydan oxuyur, bütün köhnəlmiş kanonları, texnikaları vurub dağıdır, hadisəçilikdən, macəraçılıqdan prinsipial şəkildə uzaq durur. Hadisələr, macəralar qəhrəmanların iç dünyasına köçürülür, ətraf aləm psixoloji aləmin proyeksiyası kimi təqdim olunur (halbuki o özü də yaradıcılığa realist-naturalist ədəbi ənənələrin ardıcılı kimi başlamışdı, onun erkən nəsr təcrübələrinin toplandığı “Dublinlilər” adlı hekayə məcmuəsi bu gün də Mopassan-Çexov gələnəyinin davamı kimi nəzərdən keçirilir).

Bununla belə, Coysun yaradıcılığında klassik realizmə xas əlamətlər də var; yazıçı deyirdi ki, əgər bir gün Dublin yer üzündən silinsə, bu şəhəri onun əsərləri əsasında məhəllə-məhəllə, küçə-küçə, ev-ev bərpa eləmək olar. Yadımızdadırsa, buna bənzər bir fikir Çexovun haqqında da deyilmişdi, ancaq orada söhbət rus xalqından gedirdi. “Uliss”in analogiyasından söhbət düşəndə daha çox Andrey Belının ondan bir neçə il əvvəl yazılmış “Peterburq” romanının adı çəkilir (Bu qəbildən mənim tanıdığım sonuncu roman Orxan Pamukun “İstanbul”udur). Coys ömrünün ikinci yarısını qürbətdə (Paris, Sürix, Triyest...) yaşasa da, öz yurduna, doğma şəhərinə möhkəm bağlıydı, vətənini özünəməxsus ironik məhəbbətlə, qəzəbli bir eşqlə sevir, İrlandiyanı “qoca fahişə”, “öz balalarını yeyən donuz” adlandırırdı. Bir dəfə ondan ölkəsinə nə vaxt qayıdacağını soruşana belə cavab vermişdi: “Mən oradan qırağa heç zaman çıxmamışam”.

Romanda irland patriotlarına da rişxənd eləyən, onların millətçilik instinktini, şovinist ritorikasını lağa qoyan yazıçı vaxtında bütün bunlara görə çox qınanmışdı, kitablarının nəşri qadağan olunmuşdu; bu günsə yurddaşları onunla öyünürlər, onu irland xalqının milli brendi sayırlar. Taleyin istehzasına bax ki, vətənindən ötrü döyüşən, can verən, millətinin haqqını öz haqqından üstün tutan adamlar qalıblar bir qıraqda, vətənini lağa qoyan, xalqını söyən, milli varlığı hədəf alan kəs ölkəsinin simvoluna çevrilib. Bu, elə Coys qələminə layiq reallıq, onun bizə tanıtdığı həmin gülünc, vəfasız, bir sərsəmin danışdığı nağıl kimi (Şekspir) mənasız, məntiqsiz dünyadır.

Bizdə də ara-sıra Mirzə Cəlili, Sabiri suçlayanlar, onları xalqı alçaltmaqda qınayanlar peyda olur, ortalığa bir söz atıb aranı qarışdırır, stəkanda fırtına qoparıb kükrəyir, sonra yenidən öz yoxluqlarına çəkilirlər. Meydanda yenə Mirzə Cəlil, Sabir qalır, millət yenə özünü onlarla tanıyır...

***

Mənim “Uliss” romanıyla tanışlığım qırmızı imperiyanın son illərinə düşür. O vaxt bu əsər bütöv şəkildə rus dilinə yeni çevrilmişdi, aylıq “İnostrannaya literatura” jurnalında 1989-cu il boyu şərhləri, izahlarıyla birgə hissə-hissə dərc olunurdu. Dünya ədəbiyyatından, incəsənətindən, tarixindən, mədəniyyətindən sitatlarla, müxtəlif müəlliflərə, kitablara istinadlarla zəngin belə qəliz əsəri o yaşda (lap elə bu yaşda da) oxuyub həzm eləmək çətin olsa da, ilk nəşr ilk tanışlıq üçün yetirdi. 1993-cü ildə roman rus dilində ayrıca kitab şəklində işıq üzü gördü. O vaxtlar anladım ki, bu əsərin hər fəsli bir tərzdə, bir stildə yazılıb, roman başdan-başa göz qamaşdıran bir üslub sərgisidir.

Əvvəlki epizodlar nisbətən sadə səpkidə qələmə alınıb, di gəl, roman boyu irəlilədikcə forma-üslub da qəlizləşir. Məsələn, kiçik mətnlərdən ibarət yeddinci fəsil yığcam qəzet oçerkləri, qısa reportajlar stilində, on beşinci fəsil dram əsəri, yəni pyes formasında, on yeddinci fəsil katexizis (dini kitab, xristian dininin başlıca müddəalarının əks olunduğu təlimatlar toplusu) üslubunda, təqribən əlli səhifədən ibarət sonuncu - on səkkizinci fəsilsə başdan-ayağa şüur axını texnikasıyla yazılıb, bu, öz düşüncəsinin selində boğulan bir qadının beynindən keçirdiyi fikirlərin ələ gələn, tora düşən qırıntılarıdır, o fəsildə nə durğu işarəsi, nə də böyük hərf - cəmi səkkiz abzaslıq xaotik sərsəmləmə, sayıqlama var. Bəzi fəsillər, parçalar mənsur şeir, qafiyəli nəsr kimi oxunur, bunu hətta yaxşı tərcümədə də duymaq mümkündür. Bəzi məqamlarda daxili səsin müəllifinmi, personajınmı səsi olduğu bilinmir. Müəllif haradasa personajların lap yaxınlığındadır, amma onların işinə qarışmır, hadisələri istədiyi səmtə döndərməyə çalışmır. Bu kitabda hər şeyi olduğu kimi görən mütləq göz, haqqın birliyinə, faktın doğruluğuna hökm verən mütləq səs yoxdur - müəllif mütləq sayılan hər şeyə amansız istehzayla yanaşır.

Fəxri Uğurlu

Ardı növbəti saylarımızda

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 May 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see298

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see234

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see229

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see208

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see199

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see195

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see191

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see190

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see189

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see177

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see170

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see169

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see160

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see159

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see155

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see151

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see150

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see146

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see146

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri