Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Budapeşt, 9 sentyabr, AZƏRTAC
Dunay çayının Macarıstanın paytaxtı Budapeşt şəhərindən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma düşüb.
AZƏRTAC xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, çərşənbə axşamı çayda suyun səviyyəsi bu vaxtadək qeydə alınmış tarixi minimumdan 1 santimetr də az olub.
Bildirildiyinə görə, çayın səviyyəsi avqust ayında təxminən 20 santimetr azalıb, iyulda isə 2018-ci ildə qeydə alınmış əvvəlki mənfi rekord yenilənib.
Çayda suyun səviyyəsinin aşağı düşməsi gəmilərin hərəkətində ciddi çətinliklər yaradıb və təhlükəsizlik risklərini artırıb. Dunayın bəzi hissələrində isə suyun çəkilməsi nəticəsində əvvəllər batmış gəmilərin qalıqları üzə çıxıb.
Mütəxəssislər çayda yaranmış vəziyyəti uzunmüddətli yağıntı çatışmazlığı və Dunay hövzəsindəki quraqlıqla əlaqələndiriblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 09 Sentyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















