Dunay çayının suyunun quruması Serbiyada enerji problemi yaradıb
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dunayda rekord səviyyədə aşağı su axınına baxmayaraq, Serbiyanın elektrik təchizatı qarşıdakı dövrdə sabit qalacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Elektrik Enerji Şirkətinin baş direktoru Dusan Jivkoviç deyib. O, Dunay çayının aşağı səviyyəsi nəqliyyatda və elektrik istehsalında azalmaya səbəb olduğunu da etiraf edib və həqiqətən də çətin dövrlər yaşadıqlarını vurğulayıb:
"Son günlərdə Dunayın su axını indiyə qədər qeydə alınan ən aşağı səviyyədə, saniyədə təxminən 1400 kubmetr olub və yaxın gələcəkdə heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir. Bu şərtlər altında Dunay su elektrik stansiyalarında elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə azalıb. "Djerdap-1 su elektrik stansiyası 20%, və Djerdap-2 təxminən 30% gücündə işləyir. Çətin dövrlərdir, amma bir daha demək istəyirəm ki, vətəndaşlar və müəssisələr elektrik təchizatının etibarlılığı barədə narahat olmamalıdırlar".
O, vətəndaşları elektrik enerjisindən istifadədə daha diqqətli olmağa çağırıb:
"İnanıram ki, rasional istehlak onların rahatlığına xələl gətirməyəcək, amma indi məsuliyyət səviyyəmizi artırmağın vaxtıdır".
Anar
Bu mövzuda digər xəbərlər:Serbiyada Dunay çayının səviyyəsi düşdü Alman hərbi gəmisinin qalıqları üzə çıxdı
02 Avqust 2026 23:46
Serbiyada tələbə etirazçılar Dunay üzərindən keçən üç körpünü bağlayıblar
01 Fevral 2025 20:30
Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib
09 Sentyabr 2026 16:54
Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb
16 Avqust 2026 07:56
Kür çayının suyunun səviyyəsi ilə bağlı mühüm açıqlama
27 Oktyabr 2026 14:53
Baxış sayı:120
Bu xəbər 05 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















