Icma.az
close
up
RU
Dünən haramdır, bu gün zərurət

Dünən haramdır, bu gün zərurət

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güc, qorxu və niyyətin dəyişən məntiqi

Tarix bəzən hadisələri xronoloji ardıcıllıqla deyil, məntiqin özünə zidd bir şəkildə qurur. Səbəb ilə nəticə yerlərini dəyişir, başlanğıc sonun içində gizlənir, son isə başlanğıcın gecikmiş izahına çevrilir. Mən belə hadisələr haqda oxuyanda həmişə eyni hissi keçirirəm: sanki səbəblər nəticələri yox, nəticələr səbəbləri doğurur.

İranın nüvə proqramı da belə məqamlardan biridir…

1960–70-ci illərdə Məhəmməd Rza Pəhləvi dövründə İran ABŞ-ın ən yaxın müttəfiqlərindən biri idi. “Sülh üçün atom” (Atoms for Peace) çərçivəsində Tehrana gətirilən texnologiya yalnız enerji vəd etmirdi. O, daha böyük bir iddianın ifadəsi idi: modern dövlət quruculuğu, rasionallığın hakimiyyəti və gələcəyin idarə oluna biləcəyi fikri. Reaktorlar tikilir, kadrlar hazırlanır, gələcəyin infrastrukturu qurulurdu. Bu, sadəcə texnologiyanın transferi deyil, düşüncə modelinin transferi idi.

Ancaq texnologiyanın özü neytraldır, onu mülki edən də, təhlükəli edən də insanın niyyətidir. Çünki exnologiyalar günahsızdır; ona günah və ya məsumluq yükləyən insan iradəsidir. Mahiyyəti dəyişməz, dəyişən onun haqqında qurulan hekayədir. Texnologiya yalnız potensialdır; onu istiqamət verən iradədir. Mənə həmişə elə gəlib ki, insan texnologiyanı idarə etdiyini düşünür, amma əslində texnologiyanın yaratdığı imkanlar insanın seçimlərini daraldır.

1979-cu ildə Ruhullah Xomeyni səhnəyə çıxanda bu xətt qırıldı. Dini rəhbər bu layihəyə qarşı çıxdı. Mövqeyi açıq idi: Nüvə silahı İslamla uzlaşmır. Bu fikir yalnız dini hökm kimi səslənmirdi. Bu, eyni zamanda, başqa bir epistemologiyanın, başqa bir legitimlik modelinin elan olunması idi.

Dini mövqedən çox siyasi bəyanat idi. Rədd edilən nüvə texnologiyaları yox, onun arxasındakı Qərb dünyası idi. Ayatollalar bu mirasdan imtina edirdilər. Amma tarixdə “qəti rədd” deyə bir şey yoxdur. Hər rədd öz daxilində gələcək qəbulun imkanını da saxlayır – bunu tarix dəfələrlə göstərib.

Bir anlıq belə görünürdü ki, tarix bu xətti burada kəsəcək. Amma İran-İraq müharibəsi başlayanda Rənbər başqa bir həqiqətlə üz-üzə qaldı: Məgərsə ölkəni müdafiət edən, qoruyan ideologiya deyil, gücdür.

Kimyəvi silahlarla vurulan bir ölkə üçün “haramdır” arqumenti artıq kifayət etmirdi. O anda dövlət düşüncəsi dəyişdi. Beləcə, bir vaxtlar “İslami deyil” deyə rədd edilən proqram, səssiz-sədasız geri qayıtdı, amma artıq başqa niyyətlə. Məhz bu nöqtədə aydın olur ki, nəzəri prinsiplərlə real təhlükə arasında məsafə düşündüyümüzdən daha qısadır. Dövlətin ontologiyası burada dəyişir: o, artıq ideyaların deyil, sağ qalmanın məntiqi ilə hərəkət etməyə başlayır. Və məhz bu nöqtədə zərurət ideologiyanı susdurur.


Nüvə proqramını başlayan ABŞ, ona qarşı çıxan Xomeyni olmuşdu. Onu davam etdirən isə tamamilə başqa bir siyasi məntiqdi. Nəticədə ortaya eyni texnologiya və üç fərqli niyyət çıxdı...

Bu, bizi daha çətin bir sualla üz-üzə qoyur: texnologiyanın kimə aid olduğu sualı əslində yanlış sualdır. Çünki texnologiya heç kimə aid deyil. O, yalnız müxtəlif iradələrin üzərindən keçdiyi bir xəttdir. Bir nöqtədə o, modernləşmənin alətidir. Başqa bir nöqtədə o, ideoloji rəddin obyektidir. Daha sonra isə o, zərurətin diktə etdiyi seçimə çevrilir.

Bu hadisələr zəncirinə baxanda mən bir şeyi aydın görürəm: dəyişən texnologiya deyil, insanın özüdür. İndi İranın nüvə proqramı haqqında danışarkən onu “təhlükə” və ya “müdafiə vasitəsi” kimi təsnif etmək cəhdləri əslində problemi sadələşdirməkdən başqa bir şey deyil. Çünki bu proqram nə birincidir, nə də ikincisi. O, daha fundamental bir reallığın ifadəsidir:

Gücün qorxunu doğurduğu, qorxunun zərurətə çevrildiyi, zərurətin isə yenidən güc yaratdığı qapalı struktur.

Bu strukturun içində etik kateqoriyalar zəifləyir, ideoloji sərhədlər isə elastikləşir. Dünən mümkün olmayan günümüzdə qaçılmaz görünür. Bir vaxtlar “İslami deyil” deyilən şey, sabah milli zərurətə çevrilir.

Və mənə elə gəlir ki, tarix eyni hekayənin fərqli dillərdə, fərqli niyyətlərlə yenidən yazılmasından başqa bir şey deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri