Icma.az
close
up
RU
“Dünya Azərbaycanı tanıyır, biz isə onu təmsil edirik” İdman Akademiyasından Çexiyaya...

“Dünya Azərbaycanı tanıyır, biz isə onu təmsil edirik” İdman Akademiyasından Çexiyaya...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır. Fərqli istiqamətlər üzrə fəaliyyət göstərən xaricdəki azərbaycanlılar həm də ictimai-mədəni təşəbbüsləri, təşkilatlanma işləri və şəxsi uğurları ilə Azərbaycanı təmsil edirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai mühitinə də təsir göstərir, Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verirlər.

Modern.az -ın “Diasporun səsi” layihəsi də məhz həmin soydaşlarımızı tanıtmağı hədəfləyib.

Layihədə həm onların şəxsi hekayələri, həm də Azərbaycan diasporunun ümumi mənzərəsinə aid məqamlar əks olunur. 

Əsas məqsəd cəmiyyətimizə müxtəlif ölkələrdəki azərbaycanlıların fəaliyyətini tanıtmaq, onların uğurlarını işıqlandırmaq və diasporla bağlı ictimai bilgiləri artırmaqdır. Beləliklə, “Diasporun səsi”nin bugünkü rubrikası Çexiyada aktiv fəaliyyət göstərən azərbaycanlı gənc Elvin Novruzovla bağlıdır. 

Hazırda Praqada yaşayan Elvin Novruzov sosial media marketinqi sahəsində çalışır. O, bu ilin 3-9 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən Diaspor Gənclərini Vl Yay Düşərgəsində iştirak edən 100-dən artıq azərbaycanlı gənc arasında olub. Həmsöhbətimiz Çexiyaya getməzdən əvvəlki ölkəmizdə idman fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, idmanda uğurlar qazandığı vaxt hələ abituriyent idi:

“İlk nəticəmi 10-cu sinifdə əldə etmişdim, sonuncusunu isə 11-ci sinifi bitirəndə. Sonra təhsilə daha çox diqqət ayırmaq üçün yarışlardan kənarlaşdım. Amma idmanın mənim həyatımda rolu hələ də çox böyükdür. Universitetdə məni "dünya rekordmeni" kimi tanıyırlar. Hətta müxtəlif xarici proqramlara müraciət edəndə idmandakı nəticələrim mənim qəbul şansımı artırır. Bundan başqa, idman mənə nizam-intizamı, məqsədə çatmaq üçün əzmi və vaxtı düzgün bölməyi öyrədib. Təhsildə də bu keyfiyyətlər mənə kömək olur”. 

Azərbaycan İdman Akademiyasına qəbul alan Elvin qeyd edir ki, xaricdə təhsil almağı həmişə planlaşdırıb, Çexiyanı da xüsusi olaraq seçib: “Burada oxumağımda əsas səbəb qardaşım oldu. O, məndən bir il əvvəl Praqaya gəlmişdi və indi biz eyni universitetdə, eyni ixtisas üzrə oxuyuruq. Bu mənim üçün həm rahatlıq, həm də motivasiya oldu”.

Digər müsahiblərimizdən fərqli olaraq Elvin adaptasiya dövrünün çətin keçmədiyini də vurğulayıb. O, bunu Bakıda tək yaşamağı və bütün işlərini özünün görməyi ilə əlaqələndirir. 

O qeyd edir ki, Praqaya gələndə artıq müstəqil həyat tərzinə hazır idi. Əksinə, yeni mühit, yeni insanlar onun üçün maraqlı bir təcrübə oldu. “Dünya Azərbaycanı daha çox 44 günlük Vətən müharibəsindəki Zəfərimiz, COP29 kimi beynəlxalq tədbirlər, Formula 1 yarışları ilə tanıyır. Mən isə buradakı tələbə yoldaşlarıma ölkəmizi sadəcə bu uğurlarla deyil, həm də təbii gözəlliklərimiz, milli mətbəximizin zənginliyi və qonaqpərvərliyimizlə tanıtmağa çalışıram. Çox vaxt onların marağı yeməklərimizə, mədəniyyətimizə və turizm imkanlarımıza yönəlir”- deyə o qeyd edir. 

Çexiya və Azərbaycanın fərqindən də danışan diaspor fəalı bildirir ki, Çexiyada sənətə, idmana, zəhmətə çox böyük dəyər verirlər. Azərbaycanın üstün cəhəti isə sözsüz ki, mətbəximizdir. “Mənim üçün bu, çox önəmli məqamdır. Amma qidaları bizim qədər dadlı və təmiz deyil, xüsusilə də ət və süd məhsulları. Bir də bank sistemi ləng işləyir, ilk vaxtlar bu məni çaşdırırdı. Yeməklərimiz, məhsullarımızın dadı və keyfiyyəti buradan çox fərqlidir. Həmçinin şəhərlərimizin təmizliyi də qeyd olunmalıdır. Mənim üçün bütün bu fərqlər bir təcrübədir. Çətinlikdən çox, öyrədici tərəfləri ilə yanaşıram”. 

Elvin qeyd edir, Çexiyada diasporumuzun müxtəlif tədbirləri keçirilir. O da vaxt taparaq bu tədbirlərdə iştirak etməyə çalışır: “Hesab edirəm ki, xaricdə oxuyan gənclər belə fəaliyyətlərə qoşulmalı, ölkəmizi tanıtmaqda fəal olmalıdırlar”.

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində də iştirak edən Elvin düşərgənin kifayət qədər maraqlı və faydalı olduğunu vurğulayıb: “50-dən çox ölkədən gələn gənclərlə tanış oldum, yeni dostlar qazandım. Ən əsası isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təcrübələrini öyrəndim. Hər biri ilə ünsiyyət qurmaq, onların fəaliyyətini görmək mənim üçün böyük imkan idi. Bundan başqa, diasporla yaxından işləmək şansı qazandım”.

“Azad olunmuş torpaqlara gedəndə tamamilə başqa bir hiss yaşayırsan. O yerlər uğrunda neçə-neçə şəhid verdiyimizi bilmək insanı həm qürurlandırır, həm də kədərləndirir. Mənim üçün ən yaddaqalan məqam Şuşada Cıdır düzü oldu. Oranın mənzərəsi insana sözlə ifadə olunmaz bir enerji verir”- deyə o bildirib. 

Elvin gələcək planları haqqında da bizə danışıb. O vurğulayıb ki, idman onun üçün çox dəyərli təcrübə olsa da, gələcəyini daha çox təhsil və karyera ilə bağlayır:

“Avropada öz biznesimi qurmaq əsas hədəfimdir. İdmanı isə həyatımın bir hissəsi olaraq davam etdirəcəyəm, çünki bu sahə mənə həm sağlamlıq, həm də motivasiya verir. Yaxın illərdə əsas məqsədim həm təhsilimi uğurla davam etdirmək, həm də sosial media sahəsində inkişaf etməkdir. Xüsusilə “YouTube”da fəaliyyətimi genişləndirməyi planlaşdırıram. Qarşıma qoyduğum ilk hədəf 100 min abunəçidir, daha sonra isə 1 milyon izləyiciyə çatmağı planlayıram. Bununla yanaşı, Avropada iş imkanları qazanaraq şəxsi inkişafımı da davam etdirmək istəyirəm”. 

Qeyd edək ki, Elvin Novruzovun 19 yaşı var. O, Yevlax şəhərində anadan olub, elə burada da ilk təhsilini alıb. 2023-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olaraq, “Kütləvi Sağlamlaşdırıcı İdman” ixtisası üzrə bakalavr təhsilinə başlasa da, bir il təhsil aldıqdan sonra xaricdə oxumağı qərara alır. Bunun üçün yenidən imtahan verərək, Çexiyanın paytaxtı Praqada yerləşən Life Sciences Prague (CZU) universitetinin “Environmental Data Science” ixtisasına qəbul olur. 2024-cü ildən həmin universitetdə 1-ci kurs tələbəsi kimi təhsil almağa başlayır və hazırda təhsilini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri