Dünya Bankı: Bu il qızılın orta qiyməti 1300 dollara yaxın artıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Cari ilin sentyabr ayında qızılın bir troya unsiyası (31,1 qram) üzrə orta qiyməti bu ilin avqust ayı ilə müqayisədə 8.9% və ya 300 ABŞ dolları artaraq 3668 ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” Dünya Bankına istinadən xəbər verir.
Dünya Bankının məlumatına görə, qızılın rüblük orta qiyməti cari ilin yanvar-mart aylarında 2863 dollar, aprel-iyun aylarında 3293 dollar, iyul-sentyabr aylarında isə 3459 təşkil edib. 2025-ci ilin III rübündə qızılın orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.5% və ya 979 ABŞ dolları artıb.
Qeyd edək ki, qızılın 2025-ci ilin sentyabrında orta qiyməti (3 668 ABŞ dolları), 2024-cü ilin orta göstəricisini (2 388 ABŞ dolları) 53.6% və ya 1280 ABŞ dolları üstələyib.


