Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Dünya Bankı: Gələcəkdə ödənişli olacaq Ələt Astara yoluna alternativin yenidən qurulması 2026 cı ildə tamamlanacaq

Dünya Bankı: Gələcəkdə ödənişli olacaq Ələt Astara yoluna alternativin yenidən qurulması 2026 cı ildə tamamlanacaq

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il iyulun 1-nə “Azərbaycanda regional kommunikasiyaların inkişafı” layihəsi çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD - Dünya Bankı Qrupuna daxildir) təqdim etdiyi kreditin 97,08 %-i, yəni 63,1 milyon ABŞ dolları artıq istifadə olunub.

“Report”un Dünya Bankının hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin dekabrında qüvvəyə minmiş layihənin ümumi dəyəri 96 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 65 milyon ABŞ dolları IBRD krediti formasında təqdim olunub.

Layihə ölkədə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də Salyan-Biləsuvar (M3 magistralı - Ələt-Astara) avtomobil yolu boyunca əlaqələrin və bazarlara çıxışın yaxşılaşdırılmasına yönəlib. Onun 2026-cı il martın 31-dək tamamlanması nəzərdə tutulur.

Hesabatda qeyd olunur ki, layihənin səmərəli icrası nəticəsində müəyyən vəsaitə qənaət olunub və bu məbləğ dəhliz boyunca əlavə infrastrukturun yenidən qurulmasına yönləndirilib. “Yol bağlantısı” komponenti çərçivəsində bütün tikinti işləri, o cümlədən genişləndirilmiş həcm üzrə fəaliyyətlər artıq tamamlanıb. Ümumilikdə 67,35 km yol yenidən qurulub, 2,53 km yol təmir və asfaltlanıb, 1,3 km-lik yeni yol örtüyü döşənib, 10 yeni körpü tikilib.

Bu ilin iyun ayında Azərbaycan hökuməti IBRD-yə müraciət edərək layihə çərçivəsində qalan 2,3 milyon ABŞ dollarının Lənkəran və Masallı rayonlarında yerləşən iki körpünün yenidən qurulmasına yönəldilməsini təklif edib. Sözügedən körpülərin 6-7 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Hökumətin müraciətində bildirilir ki, layihənin icrası nəqliyyat axınının artmasına və yolun ətrafında yerləşən logistik və xidmət infrastrukturuna özəl investisiyaların cəlbinə təkan verib: "Bu səbəbdən kommersiya obyektlərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayıb. Digər tərəfdən, M3 yolunun 193-cü və 197-ci kilometrlərində yerləşən, istismar baxımından müasir tələblərə cavab verməyən və təmiri iqtisadi cəhətdən əsaslandırılmayan iki köhnə körpünün dəyişdirilməsinin zəruriliyi vurğulanıb".

Yeni körpülərin söküntü, əlaqəli işlər, ümumi xərclər və ƏDV daxil olmaqla layihələndirilməsi və tikintisinin dəyəri 2,3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu işlərin daha əvvəl yol tikintisini həyata keçirən podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Belə yanaşma mövcud müqavilə çərçivəsində və layihənin satınalma komandası ilə razılaşdırılmış formada həyata keçiriləcək.

Dünya Bankı komandası bu vəsaitin yolkənarı ticarət infrastrukturu deyil, köhnəlmiş və təhlükəli vəziyyətdə olan iki körpünün yenidən qurulmasına yönəldilməsini dəstəkləyib. Nəticədə layihə çərçivəsində inşa edilən müasir körpülərin sayı 12-yə çatacaq.

Sözügedən iki körpünün yenidən qurulması layihənin əsas məqsədlərindən biri olan M3 magistral yolunun ödənişli rejimə keçirilməsi planlarına xidmət edir. Bu körpülər köhnə M3 yolunun tam funksionallığını təmin edəcək və ödənişli yol istifadəyə verildikdən sonra onun üçün alternativ, pulsuz marşrut rolunu oynayacaq. Beləliklə, yenidənqurma regionda davamlı əlaqənin təmin olunması məqsədinə uyğun gəlir. Ödənişli sistemə keçid “Yol sektorunun dayanıqlığı” komponenti çərçivəsində hazırlanan “Avtomobil yollarından istifadəyə görə ödəniş üzrə Milli Strategiya”da nəzərdə tutulub.

Bundan əlavə, bu komponent çərçivəsində intellektual nəqliyyat sistemlərinin (İNS) tətbiqi vasitəsilə yol şəbəkəsinin idarə olunması və istismar səmərəliliyinin artırılması üçün texniki yardım göstərilir. Əsas istiqamətlər kimi ödənişli yol sisteminin tətbiqi və nəqliyyat vasitələrinin oxlar üzrə həddindən artıq yüklənməsinin qarşısının alınması müəyyən edilib.

İsveçin “Swedish National Road Consulting AB” şirkəti yol şəbəkəsinin idarə olunması strategiyaları, İNS texnologiyalarının tətbiqi və ödəniş sistemləri üzrə Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.

Hesabatda qeyd olunur ki, bu tədbirlərin icrası artıq irəliləyiş mərhələsindədir. Əsas hesabatlar hazırlanıb və hazırda Dünya Bankında baxılır. Yekun nəticələrin 2025-ci ilin dekabr ayına qədər Azərbaycanın hökumət qurumları ilə razılaşdırılması gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri