Icma.az
close
up
RU
Dünya bazarı 1 aydan sonra hasilat problemi yaşayacaq

Dünya bazarı 1 aydan sonra hasilat problemi yaşayacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının baş tutmaması, Hörmüz boğazına yaxınlaşan İrana məxsus gəmilərin ABŞ tərəfindən həbs edilməsi və İran ordusunun Körfəzdəki gəmiləri atəşə tutması dünya bazarında neftin bahalaşmasına və qiymətin 100 dollar həddini keçməsinə səbəb oldu.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin “George H.W. Bush” təyyarə daşıyan hərbi gəmisinin Körfəz istiqamətində üzməsi hərbi əməliyyatların yenidən alovlanacağı ehtimalını yaradır.

“The Wall Street Journal” yazır ki, D.Tramp hərbi əməliyyatların yenidən başlamasına can atmır, lakin bu ssenari güdəlikdən çıxmayıb və hər an reallaşdırıla bilər. Siyasi müşahidəçilər hesab edir ki, Körfəzə hərbi gəmi göndərməklə yanaşı, ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazalarında şəxsi heyətin sayını artırması və İran limanlarını blokadada saxlaması ilə Tehrana təzyiq edərək güzəştə getməsini istəyir. Lakin İran ilk növbədə blokadanın aradan qaldırılmasını tələb edərək bu vəziyyətdə danışıqlara getmək istəmədiyini, danışıqlar prosesində nüvə proqramı ilə əlaqədar ABŞ-nin tələbini qəbul etməyəcəyini bəyan edib. Vəziyyətin bu qədər çətin mərhələyə qədəm qoyması boğazın yaxın vaxtlarda açılmayacağını göstərir ki, bu da bazarda neftin qiymətinin azalmasını nəinki dayandırır, əksinə daha da artmasına səbəb olur.

Aprelin 22-də London birjasında 98,87 dolara satılan “Brent” markalı neftin 1 barelinin qiyməti bu gün 103,18 dollara satılır. Nyu-Yorkun birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,3 dollar artaraq 94,26 dollar təşkil edib.

Tərkibinə görə təmiz neft hesab edilən Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,22 dollar və ya 2 faiz artaraq 113,11 dollar olub.

Bahalaşmanın nə vaxta kimi davam edəcəyini zaman göstərəcək. Lakin bəzi analitiklər hesab edir ki, Hörmüzün bağlı qalması dünya bazarında yalnız neft kəsiri yaratmır, həm də hasilatın azalmasına səbəb olur. Bu gün təchizat problemi yaşayan dünya bazarı, 1 aydan sonra hasilat problemi yaşayacaq ki, bu da qiymətlərin artması ilə müşahidə ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri