Icma.az
close
up
RU
Dünya bazarında dollar bahalaşacaq: Azərbaycanı nə gözləyir?

Dünya bazarında dollar bahalaşacaq: Azərbaycanı nə gözləyir?

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az-ın xəbərinə görə, qurum faiz dərəcəsinin 0,25% artırılması ilə bağlı qərar verib. 

Artıma səbəb isə ölkədə davamlı inflyasiya təzyiqinin olması və qiymət indeksinin 3,7% artması olub.

İqtisadçı deputat Vüqar Bayramov Ölkə.az-a açıqlamasında bildirib ki, FED-in qərarları dünya iqtisadiyyatına birbaşa təsir göstərir. Çünki uçot dərəcəsinin artrması, praktiki olaraq, dollar yığımlarına daha çox vəsaitin cəlb olunması deməkdir:

"Məzənnə dəyişikliyi ilə qlobal valyuta bazarlarında dolların digər valyutalara nisbətən məzənnəsində müəyyən artımlar gözlənilir. Lakin kəskin artımlar proqnozlaşdırılmır, çünki FED-in qərarı gözlənilən idi. İnflyasiya dərəcəsi və mövcud iqtisadi siyasət baxımından uçot dərəcəsinin artırılması adekvat addım sayılır", - o vurğulayıb.

FED-in qərarının Azərbaycanın valyuta bazarına təsirlərinə gəldikdə isə deputat qeyd edib ki, bunun Azərbaycan valyuta bazarına birbaşa deyil, dolayı təsirləri var:

"Birbaşa təsirlər daha çox neftin dünya bazarındakı qiymətindən və ölkəyə daxil olan valyutanın həcmindən asılıdır.

Mərkəzi Bankın son açıqlamalarına əsasən, ölkədə dollara olan tələbin azalması müşahidə olunur ki, bu da qurumun valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi inzibati qaydada Mərkəzi Bank tərəfindən tənzimlənir. Budəfəki büdcədə də manatın məzənnəsinin stabil qalması nəzərdə tutulub".

O həmçinin əlavə edib ki, ​Mərkəzi Bankın qərarları tədiyyə balansının vəziyyətindən, ölkəyə daxil olan valyutadan və xüsusilə neftin dünya bazarındakı qiymətindən asılı olacaq: "Neftin qiyməti yüksək olduqca valyuta bazarlarında tarazlığı qorumaq daha asandır; qiymətlər kəskin düşərsə, bu, bazara neqativ təsir göstərə bilər".

İqtisadçı ekspert Natiq Cəfərli FED-in qərarının iqtisadi nəticələrini Ölkə.az-a şərh edib. O bildirib ki, uçot dərəcəsinin artması müvəqqəti olaraq dollar indeksinin artmasına səbəb olacaq və bu valyutanı möhkəmləndirəcək:

“Lakin uzunmüddətli perspektivdə təsir gözlənilmir. Çünki bundan sonra uçot dərəcəsinin artırılması real görünmür. Əksinə ABŞ prezidenti Donald Trampın da təzyiqləri ilə geci gələn ilin əvvəlindən başlayaraq uçot dərəcəsinin yenidən azaldılmasının şahidi olacağıq. 

Hazırda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılmasının yeganə səbəbi enerji daşıyıcılarının bahalaşması və onun inflaysiyaya artırıcı təsirləridir”. 

Ekspert deyib ki, bunun Azərbaycana birbaşa heç bir təsiri yoxdur:

“ABŞ-də uçot dərəcəsinin artırılması dolların beynəlxalq indeksinə təsir göstərir. Azərbaycanda isə dolların indeksi inzibati qaydada tənzimlənir. Təsirlər isə dolayı şəkildə baş verə bilər. Məsələn, dünya birjalarında dollar indeksi aşağı düşəcəyi halda avro, rubl, funt sterlinq kimi valyutalar manat nisbətində bahalaşa bilər ki, bu da həmin ölkələrdə idxal olunan məhsulların bahalaşmasına yol aça bilər”.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri