Dünya bazarlarında neft ucuzlaşıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 1.03% azalaraq 1 barelə görə 72.81 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,84% azalaraq 1 barelə görə 69.76 ABŞ dollarına bərabər olub.

Dünya bazarlarında neft ucuzlaşıb
12 Noyabr 2024 10:20

