Dünya bu iki azərbaycanlıdan danışır: 300 milyon avroluq cinayət ŞOK VİDEO
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbulun Maslak rayonunda süni intellektlə dəstəklənən proqramlardan istifadə edilərək qurulan şəbəkə vasitəsilə Avropada çoxlu sayda şəxsi aldadan dəstə yaxalanıb.
“Yeni Sabah” xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Akın Gürlekin sözlərinə görə, beynəlxalq cinayət təşkilatlarına, kiber dələduzluq şəbəkələrinə və cinayət gəlirlərinin yuyulmasına qarşı mübarizə davam edir və o yeni əməliyyatın detallarını açıqlayıb.
Bildirib ki, Çexiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqi yardım çərçivəsində göndərdiyi məlumat və sənədlər əsasında beynəlxalq dələduzluq şəbəkəsi ifşa edilib. pizza hut
İstanbulda yaradılan mərkəzdə şübhəlilərin süni intellekt əsaslı proqramlarla Avropa ölkələrində yaşayan insanlara polis, prokuror və bank işçisi kimi özlərini təqdim edərək zənglər etdiyi müəyyən olunub. Zəng edənlər inanılmaz dərəcədə çoxlu sayda imkanlı adamlarla əlaqə yaradıb, onların pullarını ələ keçiriblər. Talanan vəsait ümumilikdə 300 milyon avrodan çoxdur.
Maraqlı olan odur ki, sözügedən şəbəkənin liderləri Kamil Rəhimov və Əminə Eldarova adlı iki azərbaycanlı olub.
Onların lüks bir oteli kirayə götürdükləri, oteli cinayətkar şəbəkənin əsas mərkəzi kimi istifadə etdikləri bəlli olub. Bütün məlumatları topladıqdan sonra polis İstanbulda 3 ayrı ünvana eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı çoxlu sayda rəqəmsal material müsadirə olunub.
Əməliyyat zamanı oteldə 80 xarici vətəndaşın olduğu cinayətkar şəbəkə ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 İyul 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















