Avropa İttifaqında inflyasiya neçə faiz olub?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının bir sıra ölkəsində inflyasiya göstəriciləri yenidən güclənib.
Bizim.Media xəbər verir ki, Avropa Statistika İdarəsi “Eurostat”ın məlumatına görə, avro zonasında illik inflyasiya oktyabrda 4 faiz təşkil edib, sentyabrda isə bu göstərici 3,8 faiz olub. Bir il əvvəl isə avro zonasında inflyasiya 2,1 faiz təşkil edirdi.
Oktyabrda illik inflyasiya 27 üzv dövlətin 16-da sürətlənib, 9-da azalıb, 2-də isə dəyişməyib. Yunanıstanda qiymətlər bir ildə 5,7 faiz artıb ki, bu da Aİ üzrə dördüncü ən yüksək göstəricidir. Ən aşağı inflyasiya isə 0,6 faizlə İsveçdə qeydə alınıb. Eurostatın qiymətləndirməsinə görə, bahalaşmanın əsas səbəbi enerji daşıyıcılarıdır, onların qiyməti ötən illə müqayisədə 20 faizdən çox artıb. Xidmətlər sektorunda da qiymət artımı davam edir.
Ekspertlərin fikrincə, bu tendensiya əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir və məişət xərclərini artırır. Analitiklər bu göstəricilərin istehlak gözləntilərinə təsir edə biləcəyini bildirirlər. Maliyyə mütəxəssisləri hesab edirlər ki, qiymət artımının qarşısını almaq üçün monetar tədbirlərlə yanaşı, struktur islahatlara da ehtiyac var.
Avropa Mərkəzi Bankı faiz siyasəti ilə bağlı növbəti qərarını dekabrın 17-də açıqlayacaq. Növbəti ilkin məlumat noyabr ayı üzrə dekabrın 1-də açıqlanacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Noyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















