Icma.az
close
up
RU
Dünya bu qərarı gözləyir: Abbas 37 il əvvələ işarə etdi, hazırıq dedi Sensasiya

Dünya bu qərarı gözləyir: Abbas 37 il əvvələ işarə etdi, hazırıq dedi Sensasiya

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın İsraillə bağlı son açıqlaması maraqla qarşılanıb. Abbas Fələstin hökumətinin Qəzza zolağında idarəçiliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.

O, İsraili Fələstin dövlətinin yaradılmasına imkan verməməkdə günahlandırıb və Təl-Əvivin bütün Fələstini məhv etmək istədiyini söyləyib. Abbas ölkəsinin 1988-ci ildə İsrailin müstəqilliyini tanıdığını, lakin Təl-Əvivin addımlarının doğru olmadığını qeyd edib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Abbas həmçinin Fələstinin BMT-yə tamhüquqlu üzv olmaq niyyətini elan edib:

“Bu açıqlamalar Ramallahda yerləşən Administrasiyanın yaranmış geosiyasi şəraitdən və beynəlxalq dəstəkdən istifadə edərək Fələstin dövlətini elan etməyə və mühüm ərazini öz nəzarətinə almağa çalışdığını göstərir. Mahmud Abbas beynəlxalq hüquqa uyğun olaraq bəyan etdiyi məqsədi həyata keçirə bilər. Burada əsas məsələ HƏMAS-la razılığa gəlməkdir.

2007-ci ildən Qəzza bölgəsinə HƏMAS nəzarət edir. Mahmud Abbasın rəhbərlik etdiyi Administrasiyanın bu vilayətə heç simvolik nəzarəti belə yoxdur. Onların təşkilatla münasibətləri zaman-zaman normallaşsa da, davamlı bir razılaşma əldə olunmayıb. İsrail isə HƏMAS-ı terror təşkilatı hesab edir və Qəzzada onun zəiflədilməsini prioritet sayır. Təşkilat Abbas hökumətinin Qəzzanı idarə etməsinə bir şərtlə razılaşa bilər: Fələstində HƏMAS-ın siyasi legitimliyi təmin edilsin. Bu isə muxtariyyətdə hakimiyyəti tamamilə qruplaşmanın əlinə verməkdir deməkdir. İsrail belə bir vəziyyətlə razılaşmaz”.

Həmçinin oxuyun:

İsraildən İslam dünyasını silkələyən qərar: Bakı da rədd edəcək – Ərdoğan üçün yeni fürsət


Zeynal Əmrəliyev

Politoloqun sözləinə görə, Təl-Əviv HƏMAS və FƏTH arasındakı anlaşma ehtimalından narahatdır:

“Buna görə də hər nə qədər HƏMAS-ın Qəzzada hakimiyyətinin sona çatmasını istəsə də, Mahmud Abbasa da güvənmir. İsrailin istədiyi anklavda  öz nəzarətini bərpa edərək vilayəti ilhaq etmək və Fələstin dövlətinin yaradılması prosesini əngəlləməkdir. Ancaq bundan beynəlxalq ictimaiyyət kəskin şəkildə narazıdır. Belə olan halda isə ABŞ-ın nəzarəti altında Qəzzanı fələstinlilərdən təmizləyərək söküntü işləri aparmaq və bu vilayətdə yəhudi yaşayış məskənləri salaraq ilhaq prosesini həyata keçirmək baş nazir Benyamin Netanyahu hökumətinin əsas hədəfidir.

Hazırda İsrail daha çox məhz bu iki variantın üzərində işləyir. Onların heç biri baş verməsə, Təl-Əviv Mahmud Abbasla razılaşaraq HƏMAS-ı idarəçiliyə buraxmamaq şərti ilə Qəzzaya nəzarətin ona təhvil verilməsinə razılaşa bilər. Bu variant Misir, İordaniya və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri üçün də məqbuldur. Hərçənd ki, onlar da radikal təşkilat olan HƏMAS-ın güclənməsini istəmirlər. Buna görə Mahmud Abbasın arzusu çətin görünür, lakin mümkünsüz deyil. Ancaq o, iki düşməni – İsrail və HƏMAS-ı razı salmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri