Dünya çempionu məktəblilərlə görüşəcək
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məktəbdə...” layihəsinin növbəti görüşü martın 4-ü paytaxtdakı 292 nömrəli tam orta məktəbdə keçiriləcək.
525.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kikboksinq üzrə 28 qat dünya, 11 qat Avropa çempionu, Əməkdar idman ustası və Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, idmanın uşaqların, yeniyetmələrin həyatına, sağlamlığına təsirləri, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Sevinc Qarayeva
Baxış sayı:107
Bu xəbər 03 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















