Icma.az
close
up
RU
Dünya içində başqa bir dünya Üzən hotel dən reportajım

Dünya içində başqa bir dünya Üzən hotel dən reportajım

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Səyahəti sevirəm. Hər forması mənim üçün başqa bir dünyadır. Amma hər zaman bir istəyim var idi: kruiz. Təbii ki, hamımız uşaqlıqda baxdığımız məşhur "Titanik" filmində elə böyük bir gəmidə səyahəti xəyal etmişik. Etiraf edək ki, bir az da "Titanik"in batması bizi qorxudub. Elə mənim də gəmi sevdam həmin filmdən başlamışdı.

Bununla bağlı müxtəlif versiyalar oxuyurdum, hər gün araşdırıb, haradan, necə gedə biləcəyimi düşünürdüm. Bütün yayı özüm də bilmədən kruiz manifestlədim. Bu ilin avqustunda isə təsadüfən "MSC Cruises" (Məşhur italiya şirkəti - red. @msccruisesofficial @pacgroup_aze @pac_group) şirkətindən bir press tura dəvət aldım.

Turumuz oktyabra təsadüf etdi. Dəniz səyahətim İtaliyanın paytaxtdı Romadan başladı. Bir gün tarix dolu Romanı gəzmə imkanım oldu. Düzdür, bundan əvvəl də dəfələrlə Romada olmuşam, amma bura gəzməklə doymayacaq bir şəhərdir. Növbəti gün isə bizim nəhəng gəmiyə doğru səyahətimiz başladı. Romada liman şəhərdən 1,5 saat aralıdadır. Və budur, bir neçə günümüzü keçirəcəyimiz həmin nəhəng gəmi. Baqaj təhvil vermə, qeydiyyat, pasport yoxlanışı bitdi, qalacağımız otaqlar isə onlayn qeydiyyatla artıq bəlli idi. 

Gəminin içinə doğru yol aldım. Bura dünya içində başqa bir dünya idi. Bir az fərqli: avtomobil səsindən uzaq, insanların möhkəm danışmasının olmadığı, sakit bir dünya. Su üstündə hərəkət edən lüks hotel... Kruizlər həm istirahət, həm mədəniyyət, həm də əyləncə təcrübəsini bir arada təqdim edir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Zahra Ahmadova (@zahra_ahmadova)

Suyun üstündə yavaş-yavaş hərəkət edən nəhəng bir şəhər təsəvvür edin. Burada səhərlər günəşin dənizə əks olunan parlaqlığı ilə başlayır, gecələr isə ulduzlar altında musiqi və rəqs bitmək bilmir. Bu, sadəcə səyahət deyil - kruiz sənin gündəlik həyatından uzaqlaşıb, bir neçə günlüyə başqa dünyaya düşməyindir. 

İlk günümü gəmini gəzməklə keçirtdim. Naharımı açıq bufetdə etməyi seçdim. Burada yox yox idi: italyan mətbəxinin ən dadlı təamları, salatlar, Asiya mətbəxindən olan yeməklər və dəniz məhsulları, pəhriz saxlayanlar üçün sağlam qidalar, uşaqlar üçün "fast-food" növləri, şirniyyat və müxtəlif içkilər. 

Axşam saat 7-də gəmi başqa bir limana doğru yola düşür. Biz isə gəmidə olan məşhur restoranlardan birinə şam yeməyinə yollanırıq. Burada menyu hər gün dəyişir. Hamı bir-birindən soruşur, gəmidə olduğunu hiss edirsən? Hər kəs isə "yox" deyə, cavab verirdi. Və sizi məlumatlandırırlar ki, əgər narahat olsanız yaxınlaşıb dərman istəyin. Yəni sərnişinlərin rahatlığı üçün hər şey düşünülüb. 

Şam yeməyindən sonra gəminin gecə əyləncəsinə üz tuturuq. Əvvəlcə teatrda olan möhtəşəm şounu izlədim. Təsəvvür edin, aparıcı 5 fərqli dildə heç nəfəs almadan danışır: italyan, alman, ispan, ingilis və fransız dili. 

Növbəti yolumuz açıq havada diskoteka idi. İstəyən qapalı restoranda canlı musiqini dinləməyə yollana, istəyən kazinoya gedə, istəyən isə retro avtomobillərin sərgisinə qatıla bilər.  

Səhər yeməyini eyvanda günəş doğumunu izləyərkən yemək istəsəniz, otağınıza sifariş edə bilərsiniz. İlk səhər yeməyim dənizi və günəşi izləyəcəyim eyvanımda etdim. İkinci gün bizim gəmidə keçirəcəyimiz gün idi. Hovuza yollanıb, əyləncələrdən istifadə etdikdən sonra, "MSC cruises" şirkətinin rəhbərləri ilə tanış olmaq üçün tədbirə yollandıq. Şirkət 24 gəmidən ibarətdir. Aralıq dənizində, Fars körfəzində, Karib dənizində, Şimali Avropada, Atlantik okeanında, Cənubi Amerikada, Cənubi Afrikada və Asiyada kruizlər təşkil edir. Yəni siz yaponiya, Çin, Koreya, Ərəb ölkələri, Avropa və Amerikanı gəmi ilə rahat gəzə bilərsiniz.

"MSC Cruises" sərnişinlərin rahatlığı üçün şəhər gəzintiləri də təklif edir. Növbəti səhərimizi İspaniyanın məşhur Palma-De-Malyorka adasında açdıq. Palma-de-Malyorka İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtıdır. 

Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. İlk getdiyimiz yer hündürlükdə yerləşən Belver qalasıdır. Bura İspaniyada yeganə dairəvi qaladır. 

Turistlərin görməli olduğu növbəti tarixi yer isə Palma Katedralidır. Bura Gül Pəncərəsi ilə turistləri cəlb edir. Katedral La Seu və ya Santa Maria adlanır. Günəş batan və doğan zaman kilsə qızılı rəngə boyanır. 

Və adanın dar, möhtəşəm küçələri... Günəş, dəniz və tarixin möhtəşəm harmoniyasıdır. Əsrlər boyu qorunub saxlanmış memarlığı və canlı atmosferi ilə bura insanın qəlbində taxt qurur.

"MSC Cruises" sərnişinləri şəhərin müxtəlif yerində dayanan avtobusla gəmiyə qayıda bilərlər. Çünki gəmi saat 7-də başqa bir limana doğru yön alacaq. 

Gəmiyə dönüb, şam yeməyinə hazırlaşdıq. Bu dəfə də menyuda tam fərqli və dünya mətbəxinin gözəl təamları var idi. Sonra isə yenidən əyləncə məkanları... Bu gecə də teatrda fərqli tamaşa, klublarda fərqli konsertlər var idi. Hər kəs, yaşından asılı olmayaraq rəqs edir, əylənirdi. 

Bu gecə dəniz bir az çox dalğalı idi. Biz suyun üzərində olduğumuzu hiss edirdik. Səhər gəmi Barselonada limana yaxınlaşdı. 

Kruiz səyahəti sizə təkcə müxtəlif ölkələri görmək şansı vermir, həm də eyni zamanda beşulduzlu hotel, restoran, əyləncə mərkəzi və spa zövqünü bir yerdə yaşadır. Gəminin hər küncündə sizi yeni bir təəccüb gözləyir: açıq havada kafelər, diskoteka, teatr, dənizə baxan hovuzlar, dünya mətbəxindən yeməklər və əlbəttə ki, hər gecə fərqli şoular…

Ən gözəli isə odur ki, yola çıxırsan və hər səhər yeni bir ölkədə, yeni bir limanda oyanırsan. Çamadan yığmadan, hotel dəyişmədən dünyanın müxtəlif guşələrini rahat gəzmə imkanı yaşayırsan. Yəni gecə yatırsınız, səhər oyananda isə başqa bir şəhərdə gəminin dayandığını görürsünüz. 

Kruiz - sadəcə səyahət deyil, bu, dənizin qoynunda yaşanan unudulmaz bir həyat təcrübəsidir. Bir dəfə gedən, hər zaman qayıtmaq istəyir...

Zəhra Əhmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri