Peyk Analizi: İranın Üzən bazası alovlar içində
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas limanından alınan ən son görüntülərdə nəhəng bir gəminin üzərindən qara tüstülərin yüksəldiyi aydın görünür.
Milli.Az xəbər verir ki, təhlillər bu gəminin İranın ən böyük hərbi gəmisi olan "IRIS Makran" (441) olduğunu göstərir.
Təxminən 230 metr uzunluğunda olan bu nəhəng gəmi keçmiş neft tankerinin hərbi bazaya çevrilmiş formasıdır.
Makran sadəcə bir gəmi deyil, uzaq dənizlərdə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş "İrəli Baza Gəmisi"dir. O, eyni vaxtda 6-7 helikopter daşıya bilir, sürətli katerlər, PUA-lar və komandolar üçün ana gəmi rolunu oynayır.
Peyk fotolarında gəminin göyərtəsindən qatı qara tüstü qalxdığı və liman infrastrukturunun (pirslərin) da ciddi zərər gördüyü müşahidə olunur.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 03 Mart 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















