Dünya kuboku: Gimnastımız ümumi seriyada qələbəyə doğru
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabah Dohada idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, Nikita Simonov seriyanın ümumi hesabının lideri kimi halqalarla hərəkətlərdə çıxış edəcək.
Azərbaycan gimnastının 105 xalı var. Bakıdakı turnirdə qələbə ona 30 xal, Kottbus, Osiek və Antalyada qazandığı gümüş medallar isə hər dəfə 25 xal qazandırıb.
Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib və ümumi seriyada qalib olmağa yaxındır.
Dohada digər təmsilçimiz Rəsul Əhmədzadə də çıxış edəcək. O, sərbəst hərəkətlər, dəstəli at, paralel qollar və turnikdə yarışacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Dünya Kuboku: Gimnastımız finala vəsiqə qazanıb
21 Fevral 2025 12:55
Gimnastımız Dünya kubokunda dördüncü olub
23 Fevral 2025 16:46
Gimnastımız Dünya Kubokunda bürünc medal QAZANDI
23 Mart 2025 00:03
Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb
12 Aprel 2025 23:52
Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı
08 Mart 2025 19:59
Baxış sayı:77
Bu xəbər 24 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















