Icma.az
close
up
RU
Dünya müharibəsi qorxusu sürətlə böyüyür

Dünya müharibəsi qorxusu sürətlə böyüyür

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada artan siyasi gərginlik artıq adi insanların düşüncəsinə də sirayət edib.

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın "Politico" xəbər saytı - ABŞ, Kanada, İngiltərə, Fransa və Almaniyada keçirdiyi genişmiqyaslı sorğuya görə, xalqların böyük əksəriyyəti yaxın beş il ərzində qlobal müharibənin başlanma ehtimalını yüksək qiymətləndiriblər.

Məhz aparılan araşdırmalar zamanı müharibə dair narahatlığı son doqquz ayda əhəmiyyətli dərəcədə artdığı məlum olub. 

Anket nəticələrinə görə, Üçüncü Dünya müharibəsi ehtimalını ən yüksək görən ölkə Amerika Birləşmiş Ştatlarıdır.

Amerikalıların 46 faizi 2031-ci ilə qədər qlobal müharibənin "ehtimal olunan" və ya "çox ehtimal olunan" olduğunu düşünür.

İngiltərədə bu göstərici 43 faiz, Fransada 41 faiz, Kanadada isə 40 faiz səviyyəsindədir. Almaniya digər Qərb müttəfiqləri ilə müqayisədə daha nikbin mənzərə nümayiş etdirir.

Təhqiqatlara görə, qlobal müharibə qayğısı son doqquz ayda kəskin şəkildə artıb. Bu artımda iki əsas faktor önə çıxır:

*Rusiyanın Ukraynadakı müharibəsi

*ABŞ-nin İran, Suriya, Venesuela və Afrikadakı hərbi əməliyyatlar.

Ekspertlər qlobal gərginliyin eyni vaxtda bir neçə coğrafiyada yüksəlməsinin xalqlar üzərində toplanmış bir qayğı effekti yaratdığını bildirirlər.

Sorğu Qərb ölkələrində müdafiə büdcələrinin artırılmasına verilən dəstəyin məhdud olduğunu göstərir.
Vətəndaşlar ölkələrinin hərbi potensialının gücləndirilməsini istəyirlər, lakin bunun bədəlini ödəməyə (iqtisadi baxımdan) o qədər də meyilli deyillər.

Bu vəziyyət Qərb liderlərinin müdafiə xərclərini artırmaq məsələsində ciddi siyasi maneələrlə üzləşdiyini nümayiş etdirir.Anketin ən önəmlı nəticələrindən biri nüvə silahının istifadəsinə dair gözləntilərdir. 

ABŞ, İngiltərə, Fransa və Kanadada hər üç nəfərdən biri yaxın beş il ərzində nüvə silahının tətbiq edilmə ehtimalının yüksək olduğunu düşünür.Bu rəqəm Soyuq müharibənin ən gərgin dövrlərindən bəri Qərb ictimaiyyətində bu qədər geniş yayılmış nüvə müharibəsi gözləntisinin olmadığı şəklində şərh edilir.

Beynəlxalq münasibətlər ekspertləri anket nəticələrini "qlobal gərginlik spiralı" kimi xarakterizə edirlər.

Rusiya-Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdə alovlanan münaqişələr və böyük güclərin fərqli coğrafiyalarda qarşı-qarşıya gəlməsi cəmiyyətdə təşvişi artırır.

Sorğu Qərb ictimaiyyətinin təhlükəsizlik qavrayışının sürətlə dəyişdiyini və liderlərin həm hərbi çəkindirməni gücləndirmək, həm də xalqın iqtisadi gözləntilərini qarşılamaq arasında sıxışıb qaldığını göstərir.

Nigar Hacılı 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri