Icma.az
close
up
RU
Neft ölkələri üçün SOS! Dünya iqtisadi böhran astanasında

Neft ölkələri üçün SOS! Dünya iqtisadi böhran astanasında

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zərdüşt Əlizadə: “Azərbaycanlıların gəlirlərinin azalmasının, kasıblamasının Amerikaya istisi-soyuğu yoxdur”

ABŞ-ın yeni Prezidenti Donald Tramp Ağ Evə qayıdan kimi radikal qərarları ilə dünyanın gündəmini zəbt edib. İstər miqrantlarla bağlı sərt qərarı olsun, istərsə də ÜST-dən, istər Paris İqlim Sazişindən ABŞ-ın çıxarılması ilə bağlı qərarları olsun dünyada ajiotaja səbəb olub. Əlavə olaraq, Tramp neftin dünyada ucuzlaşması istiqamətində də addımların atılacağını bildirib. Davosda keçirilən Dünya İqtisadi Forumunda Tramp deyib ki, Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcək. Prezident hesab edir ki, bu, ABŞ-da inflyasiyanın azalmasına və Ukraynadakı müharibə ilə bağlı Rusiyaya təzyiq göstərməyə kömək edəcək.

“Mən həmçinin Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı xahiş etmək niyyətindəyəm. Qiymət aşağı düşsə, Rusiya və Ukrayna arasında müharibə dərhal bitəcək”, - deyə Ağ Evin yeni rəhbəri vurğulayıb.

Amerika lideri həmçinin Ər-Riyadı ABŞ-ın planlaşdırılan investisiya paketini ilkin 600 milyard dollardan 1 trilyon dollara çatdırmağa çağıracağını vəd edib. Bundan əlavə, siyasətçi faiz dərəcələrinin dərhal azaldılmasını tələb edəcəyini və digər ölkələrin də ondan nümunə götürməli olduğunu bildirib: “Neftin qiyməti aşağı düşdükcə, mən faiz dərəcələrinin dərhal azaldılmasını tələb edəcəyəm və onlar bütün dünyada aşağı salınmalıdır”.

Ekspertlər hesab edirlər ki, Tramp dediklərinə nail olarsa, bu, dünyada növbəti böhranların, kataklizmlərin yaranmasına səbəb olacaq. Xüsusilə, neft ölkələrinin bu tendensiyadan əziyyət çəkəcəyi ehtimal olunur.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə deyib ki, Tramp neftin qiyməti ilə bağlı hələ seçki təbliğatı zamanı bəyanatlar vermişdi:

- Məncə, buna təəccüblənmək lazım deyil. Çünki bu adam seçicilərinə vədlər vermişdi, indi də həmin vədlərin yerinə yetirilməsinə çalışır. Trampın bəzi qərarları və bəyanatları böyük təhdid doğurur. Xüsusilə, xarici siyasət sahəsində bəyanatları ajiotaj yaradır. Daxili siyasətlə bağlı qərarları anlaşılandır. Məsələn, tənzimlənməyən immiqrasiyanın qarşısını almaq istəyir ki, bu, anlaşılandır. Çünki dünyada yenilik istəyən, xoş yaşayış istəyən insanlar öz ölkələrini tərk edib Amerikaya gedirlər. Halbuki bu insanlar öz ölkələrində layiqli həyatın yaranması uğrunda mübarizə aparmalıdırlar. Miqrantlar Amerikaya problemlər  yaradır ki, Tramp da bunun qarşısını almaq istəyir. Eyni zamanda, Amerika sənayesinin, iqtisadiyyatının güclənməsini istəyir ki, bu da başa düşüləndir. Bununla yalnız ölkəsinin, vətəndaşlarının mənafeyini düşünür, bu istiqamətdə addımlar atır. Bir növ, Trampın daxili siyasəti Amerikanın ənənəvi siyasətçisinin etdikləridir. Sadəcə bu siyasəti öz metodları ilə həyata keçirmək istəyir. Bu da təbiidir, hər siyasətçinin öz metodları var. Bayden başqa cür təsəvvür edirdi, Tramp da belə təsəvvür edir, ideyalarına uyğun addımlar atır. Amerikalılar bu adama səs verib lider seçiblərsə, başqa dövlətlərin vətəndaşları nə deyə bilər ki?!

- Neftin qiymətinin aşağı salınması da Amerika cəmiyyətinin istəyidir?

- Əlbəttə ki, birinci Tramp amerikalıların mənafeyini düşünür. Bəyanatında nə dedi? Dedi ki, neftin qiymətinin azalması Amerikada inflyasiyanı azaldacaq, amerikaləıların rifahına xidmət edəcək. Yenə deyirəm, bununla bağlı hələ seçki kampaniyası dövründə demişdi, indi də buna əməl etməyə çalışır. Yəqin ki, onun proqramında neftin qiymətinin düşməsinin iqtisadiyyatın inkişafına necə təsir edəcəyinin detalları var. İkincisi, bəyanatında həm də deyir ki, neftin qiymətinin azalması Ukraynada müharibəni bitirəcək. Dünya nə istəyir, Rusiya təcavüzünün bitməsini, müharibənin dayanmasını istəmir? Tramp da bu metodla həm də müharibəni bitirməyə çalışır. O başqa məsələdir ki, neftin qiymətinin azalması neft ixrac edən, büdcəsi neft gəlirləri hesabına formalaşan ölkələrə bu necə təsir edəcək. Əlbəttə, belə ölkələr neftin qiymətinin düşməsindən narazı və narahatdırlar. Amma bundan Tramp, amerikanlar, heç Avropa və avropalılar da narahat deyillər.

- Neftin qiymətinin düşməsi Ukraynada müharibəni həqiqətən də bitirəcəkmi?

- Müharibəyə son qoymaq deyəndə ki, tərəflər güzəştli danışıqlara getməlidirlər. Tramp adminstrasiyası deyir ki, danışıqlara gəlin, tələbləri azaldın, güzəştlərə gedin. Tərəflər isə daha az güzəştə getmək, yaxud da güzəştə getməmək üçün dirəniş göstərirlər. Tramp neftin qiymətinin aşağı salınması mesajı ilə, eyni zamanda, sanksiyalar hədəsi ilə Rusiyaya mesaj verir ki, Vaşinqtonun tələblərinə razı olsun. Birinci mərhələdə məqsəd Moskva-Kiyev danışıqlarını təşkil etmək, tərəfləri bir masaya gətirməkdir. Sonrakı mərhələlərdə artıq güzəştlər, detallar müzakirə olunacaq. Əlbəttə, neftin qiymətinin düşməsi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə təsir edəcək. Rusiyanın əsas gəlirləri neftdəndir. Bu neft gəlirləri ilə silah-sursat alır, istehsal edir və s. Eyni zamanda, insanlara maaş verilir, əsgərlərə maaş, kompensasiya, həvəsləndirici mükafatlar verilir. Sabah pul olmasa, Rusiya müharibəni necə aparacaq? Deyə bilərsiniz ki, Rusiya neftinin əsas alıcıları artıq ondan neft almırlar, sanksiyalar var. Amma sanksiyaya qoşulmayanlar var, onlar nefti alırlar. Həmçinin neftin sanksiyalardan yayınaraq, qeyri-qanuni şəkildə daşınması faktları da var. Ona görə də, müharibənin bitməsinə neft qiymətlərinin ciddi təsiri ola bilər. İndi baxmaq lazımdır ki, Səudiyyə Ərəbistanı, OPEC Trampın bu müraciətinə hansı reaksiyanı verəcək.

Bütün hallarda isə, mən neftin qiymətinin 50 dollardan aşağı düşəcəyinə inanmıram. Buna OPEC imkan verməyəcək. Bu baxımdan, Trampın hər hədəsini yerinə yetirəcəyi də inandırıcı deyil. Amma 50 dollara düşməsi də neft ixrac edən ölkələr üçün zərərlidir.

- Sizcə, OPEC Trampa “hə” deyəcəkmi?

- Mümkündür ki, dünyanın lider dövləti ilə hesablaşılsın. Həm də axı Səudiyyə Ərəbistanı Vaşinqtona “yox” demək gücündə də deyil. Maraqları təmin olunan şəkildə razılığa gələcəklər. Əgər “yox” deyilsə, o zaman Tramp məcburedici addımlar ata bilər ki, bu da OPEC üçün yaxşı nəticələnməz.

- Neftin qiymətinin düşməsinin Azərbaycan üçün də mənfi təsirləri olacaq...

- Əlbəttə, olacaq. Həm də çox mənfi nəticələri. Bunu bilmək üçün iqtisadçı olmağa gərək yoxdur. Azərbaycan dövlət büdcəsi 80 faiz neft gəlirləri hesabına formalaşır. Bu, qeyri-rəsmi məlumatlardır. Hökümət belə olmadığını desə də, aydındır ki, qeyri-rəsmi məlumatlar həqiqətə yaxındır. Neftin qiymətinin düşməsi büdcə gəlirlərinin azalmasına, inflyasiyaya, dolların bahalaşmasına, manatın dəyərdən düşməsinə səbəb olacaq. Bu isə iqtisadi böhran deməkdir. Böyük dövlətlər, Amerika kimi supergüc Azərbaycanı, yaxud Azərbaycan kimi ölkələri, xalqları düşünmür, öz maraqlarını düşünür. Azərbaycanlıların gəlirlərinin azalmasının, kasıblamasının Amerikaya istisi-soyuğu yoxdur. Biz illərdir ona görə hökuməti qeyri-neft sektorunun inkişafına, qeyri-neft sənayesinin yaradılmasına çağırırıq, deyirik. Iqtisadçılar illərdir ki, neftdən asılılığın sonrakı fəsadlarını deyirlər,d anışırlar, amma hökumət üzvləri buna məhəl qoydularmı? Əlbəttə, veclərinə almadılar. Bu böhranlı vəziyyət hökumətin özü üçün də zərərlidir. Amma ən çox ziyanı həmişəki kimi, yenə də xalq çəkəcək. Mən deyə bilmərəm ki, hökumətin bu vəziyyətdən çıxmaq üçün alternativ planı, proqramı varmı? Bu suallara, nəyi necə edəcəkləri ilə bağlı suallara hökumət nümayəndələri cavab verə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri