Icma.az
close
up
RU
“Dünya qarışıb, kim kimi istəyir vurur, haranı istəyir dağıdır” “Bundan sonra hər şey yaxşı olacaq”

“Dünya qarışıb, kim kimi istəyir vurur, haranı istəyir dağıdır” “Bundan sonra hər şey yaxşı olacaq”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam. Sadəcə olaraq ürəyim xəstədir və narahatlığım bununla bağlıdır. Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də qala bilməz, axı”.

“AzPolitika” xəbər verir ki, bunu ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət “Teleqraf”a müsahibəsində deyib. O, bildirib ki, səhhəti uzun yol getməyə imkan vermir, ona görə indiyə qədər Qarabağa gedə bilməyib: “İnfarkt keçirmişəm, o yolu getmək mənə çətin olar. Heç həkimlər də buna razı deyil”.

L.Şövkət ölkədə və dünyada gedən siyasi prosesləri izlədiyini deyib: “Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimə üstün oldu amili var. Yalnız güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir vurur, haranı istəyir dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər”.

– Azərbaycanla bağlı siyasətə münasibətiniz necədir?

– Şükür, bizdə sakitlikdir. Torpaqlarımızı geri qaytardıq. Bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq. Bundan sonra hər şey yaxşı olacaq. Artıq bunun da vaxtı çatıb. İnanıram ki, bunu da mütləq edəcəklər.

– Ermənistanla ilkin sülh mətni paraflanıb. Sülhün gələcəyinə dair fikirləriniz varmı?

– Bəli, inanıram. Düzdür, sülhə dair müəyyən fikirlər səslənir, kənar təhdidlərin olduğu deyilir. Amma bu gün Ermənistanın heç bir gücü yoxdur ki, Azərbaycanla baş-başa gəlsin. Ermənilər gecə yatıb yuxuda görürlər ki, bizimlə dostluq eləyirlər. Bu barədə çox rahatam. Çünki Ermənistanın bu günləri, həyatı, nəfəsi Azərbaycandan asılıdır. Azərbaycan istəsə ona nəfəs verər, istəməsə verməz. Daha ayrı söhbət ola bilməz.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri