Icma.az
close
up
RU
Dünya qlobal ərzaq böhranına doğru

Dünya qlobal ərzaq böhranına doğru

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə dünyanın ərzaq bazarında ciddi narahatlıqlar yaşanmaqdadır. Getdikcə daha çox dərəcədə təklif tələbatı qarşılamır və bu reallıq fonunda qiymətlərdə kəskin artımlar müşahidə olunur. Nəticədə, yüz minlərlə insanın ən zəruri ərzaq məhsullarına əlçatanlığı kəskin şəkildə məhdudlaşır.

Yaşanan qlobal ərzaq böhranı əsas etibarı ilə iki amillə şərtlənir. Bunlardan biri qlobal səviyyədə iqlim dəyişmələrinin intensivləşməsidir. Qlobal istiləşmə quraqlıq, su çatışmazlığı yaradır ki, bu səbəbdən də maldarlıq və bitkiçilik üçün şərtlər çətinləşir.

Dünyanı qlobal ərzaq böhranına aparan digər amil müharibələrdir. Yaxın Şərqdə və Şərqi Avropada uzanan müharibələr təchizat marşrutlarını təhlükəli hala gətirib ki, bunun da kədərli nəticələri lakmus kağızı kimi özünü istehlak bazarlarında biruzə verir. Həmçinin geosiyasi və geoiqtisadi maraqların ifadəsi olaraq tətbiq olunan yüksək rüsumlar da istehlak bazarına ciddi təzyiqlər yaradır.

Qlobal ərzaq bazarında son 3 ilin rekord qiymətləri

İyul ayında qlobal ərzaq qiymətləri indeksi 0,6 faiz artaraq son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi iyulda orta hesabla 131,1 bənd təşkil edib. İndeks aylıq olaraq 0,6 faiz, illik əsasda isə 1 faiz artıb. Taxıl, şəkər tozu və bitki yağlarının qiymət indekslərindəki artımlar ət və süd məhsulları indekslərindəki azalmalarla qismən kompensasiya edilib.

Taxıl qiymətləri indeksi iyulda orta hesabla 113,8 bənd təşkil edib, iyunla müqayisədə 3,4 faiz, 2025-ci ilin iyul ayı ilə müqayisədə isə 6,9 faiz artıb. Qlobal buğda qiymətləri 5,8 faiz artıb və bir il əvvəlki səviyyədən 9,9 faiz yüksəkdir. Qarğıdalı qiymətləri də iyun ayı ilə müqayisədə 3,6 faiz artıb. Düyü qiymət indeksi iyulda sabit qalıb. Ötən ay bitki yağı qiymət indeksi orta hesabla 195,7 bənd təşkil edib, aylıq olaraq 2 faiz artaraq 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

Ət qiymət indeksi iyulda orta hesabla 127,7 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 2,8 faiz azalsa da, bir il əvvəlki səviyyədən 0,8 faiz yüksək olub. Süd məhsulları qiymət indeksi orta hesabla 116,2 bənd olub. İndeks iyun ayı ilə müqayisədə 0,7 faiz, illik müqayisədə isə 24,8 faiz azalıb. Kərə yağı qiymətləri 2,4 faiz azalıb. Pendir qiymət indeksi 1,7 faiz artaraq 2025-ci ilin iyul ayından bəri ilk aylıq artımını nümayiş etdirib. Şəkər tozu qiymət indeksi iyulda orta hesabla 95 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 5,6 faiz artsa da, bir il əvvəlki səviyyədən 8 faiz aşağı olub.

Ekspertlərin fikrincə, taxıl, şəkər və bitki yağlarının səbəb olduğu bu artım Qara dəniz taxıl dəhlizi və əsas istehsal bölgələrindəki əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqlar səbəbindən baş verib.

El-Nino hava hadisəsi daha 49 milyondan çox insanı aclıq riski ilə üzləşdirə bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) xəbərdarlıq edib ki, El-Ninonun güclənməsi 2027-ci ilin sonuna qədər daha 49 milyondan çox insanı kəskin qida çatışmazlığına sürükləyə bilər. Təşkilatın yaydığı məlumatda bildirilir ki, son təhlillərə görə, El-Ninonun aclıqla mübarizə aparan 45 ölkədə qida təhlükəsizliyini əhəmiyyətli dərəcədə pisləşdirəcəyi və kəskin qida çatışmazlığı olan insanların sayını təxminən 225 milyondan 274 milyona çatdıracağı gözlənilir.

ÜƏP-in icraçı direktoru vəzifəsini icra edən Karl Skau açıqlamasında bildirib: “El-Ninonun onsuz da həssas olan milyonlarla insanın qida təhlükəsizliyi üçün böyük bir təhdid olduğu bildirilir”. O, daşqınların, quraqlığın və anomal istilərin icmaları böhranın öhdəsindən gəlməkdən tez bir zamanda məhrum edə biləcəyini qeyd edib. Skau əlavə edib ki, ÜƏP artıq səkkiz ölkədə erkən cavab tədbirlərini genişləndirib.

Qeyd olunub ki, El-Ninonun 2026-cı ilin sentyabr-dekabr ayları arasında pik həddə çatacağı gözlənilir, lakin onun təsirləri gələcək məhsul yığımını pozaraq 2027-ci il ərzində davam edəcək. ÜƏP bildirib ki, ən böyük təsirlər Mərkəzi Amerika və Cənubi Afrikada gözlənilir, Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiyada da ciddi fəsadlar proqnozlaşdırılır.

Latın Amerikası və Karib dənizi bölgəsində 16 milyondan çox insanın təsirləndiyi ərzaq təhlükəsizliyinin ən kəskin artımlarından biri müşahidə olunacaq. Şərqi və Cənubi Afrikada isə 18 milyondan çox insanın ərzaq təhlükəsizliyi pisləşə bilər.

ÜƏP Asiya və Sakit okean regionunda əlavə 8,2 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşə biləcəyini, Qərbi və Mərkəzi Afrikada isə ərzaq təhlükəsizliyinin 12 faiz artaraq təxminən 6 milyon insana təsir göstərəcəyini proqnozlaşdırır.

May ayından bəri ÜƏP altı ölkədə - Cənubi Sudan, Çad, Mavritaniya, Uqanda, Qvatemala və El Salvadorda qabaqlayıcı tədbirlər planlarını işə salıb və təxminən 500.000 insana 14 milyon dollardan çox yardım göstərib.

Rifah məkanı olan Avropa ciddi sınaq qarşısında

Hazırda qlobal istiləşmədən Avropa xüsusi olaraq təsirlənir. Bu coğrafiya artıq xeyli müddətdir ki, ifrat istilərdən və meşə yanğınlarından əziyyət çəkir. Bunun qida məhsulları istehsalına da ciddi mənfi təsirləri var. “Financial Times” nəşrinin  “Energy and Climate Intelligence Unit” (ECIU) təşkilatının təhlilinə istinadən yaydığı məlumatda bildirilir ki, iyun ayında qeydə alınan yüksək temperatur Avropada dənli bitkilərin ümumi dəyərinin 2 milyard avrodan çox azalmasına səbəb olub. İsti hava şəraitindən ən çox zərər çəkən ölkələr isə Macarıstan və Fransa olub.

Nəşrin məlumatına görə, yüksək temperatur taxılın yetişməsinin ən həssas dövründə Almaniyanın cənubunda, Fransanın mərkəzi və cənub bölgələrində, həmçinin Polşa, Avstriya və Macarıstandakı buğda sahələrinə ciddi ziyan vurub.

“Energy and Climate Intelligence Unit” təşkilatının torpaq, kənd təsərrüfatı və ərzaq məsələləri üzrə eksperti Tom Lankaster bildirib ki, yaranmış vəziyyət fermerlərin gəlirlərini kəskin azaldacaq, onların maliyyə durumuna ciddi zərbə vuracaq və bütövlükdə Avropanın ərzaq təhlükəsizliyinə təhdid yaradacaq.

Həmçinin Böyük Britaniyada uzun sürən quraqlıqla əlaqədar ölkənin kənd təsərrüfatına ciddi ziyan dəyib. “Sky News”un məlumatına görə, ölkədə arpa, yulaf və raps istehsalının 2026-cı ildə 19,5 milyon tona düşəcəyi proqnozlaşdırılır. Bu, 2020-ci ildə qeydə alınmış 19,8 milyon tonluq minimum göstəricidən də aşağıdır və 1984-cü ildən bəri aparılan rəsmi statistika tarixində ən zəif nəticə ola bilər.

Mütəxəssislər bildirirlər ki, yağıntının kəskin azalması məhsuldarlığa ciddi təsir göstərib. İngiltərə və Uels son 190 ilin ən quraq iyul ayını yaşayıb. Nəticədə Uelsin bütün ərazisi və İngiltərənin təxminən yarısı quraqlıq vəziyyətinə düşüb. Azalan məhsuldarlıq çörək, pivə, səhər yeməyi taxılları və heyvandarlıq yemi istehsalında istifadə olunan əsas xammalın həcminə də mənfi təsir göstərəcək.

Bu vəziyyət ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hazırda Böyük Britaniyada istehlak olunan ərzağın təxminən 40 faizi idxal hesabına təmin edilir.

Afrikada vəziyyət daha ağırdır

Birləşmiş Millətlər Təşkilatının beş agentliyi tərəfindən dərc edilmiş “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti” (SOFI) adlı son hesabatda təqdim olunan göstəricilərdən aydın olur ki, ərzaq təminatı baxımından ən ağır vəziyyət Afrikada və Asiyanın ayrı-ayrı ölkələrindədir.

Hesablamalar göstərir ki, dünya əhalisinin 7,8 faizi və ya təqribən 645 milyon insan 2025-ci ildə aclıqla üzləşib.  Afrika isə  hazırda aclıqla üzləşən ən çox insana ev sahibliyi edir. 2025-ci ildə bu qitədə təxminən 309 milyon insan kifayət qədər qidalanmayıb, Asiyada isə bu rəqəm 292 milyondur. Afrikada aclıq səviyyəsi 2024-cü ildəki 20,3 faizdən növbəti il 20,0 faizə düşsə də, əhalinin sürətli artımı o deməkdir ki, hazırda mütləq baxımdan ən çox aclıq çəkən insan məhz bu qitədədir. Afrikada əhalinin yarıdan çoxu, yəni 56,6 faizi 2025-ci ildə orta və ya ağır ərzaq çatışmazlığı ilə üzləşib, Asiyada bu rəqəm 20,3 faiz, Latın Amerikası və Karib dənizi regionunda 22,9 faiz, Şimali Amerika və Avropada isə 8,7 faiz təşkil edib.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, Hörmüz boğazı ətrafındakı böhran qida istehsalına, məhsuldarlığa və aclığa təsir göstərəcək. O əlavə edib: “Enerji və gübrə qiymətlərinin artması ilə əlaqəli böhranın qida inflyasiyasına təsirinin müddətindən asılı olaraq, 2030-cu ildə 510 ilə 520 milyon arasında insanın hələ də aclıqla üzləşə biləcəyini güman edirik”.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri