Icma.az
close
up
RU
Dünya Radio Günündə gənclərin intellektual inkişafında medianın rolu QHT sədrindən açıqlama

Dünya Radio Günündə gənclərin intellektual inkişafında medianın rolu QHT sədrindən açıqlama

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

13 fevral Dünya Radio Günüdür. Bu münasibətlə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İB sədri Tükəzban Süleymanova radio və digər media vasitələrinin gənclərin intellektual inkişafındakı əhəmiyyətinə dair fikirlərini bölüşüb.

QHT sədri bildirib ki, radio, televiziya və xüsusən də internet, gənclərə yeni məlumatlar əldə etmək, dünyagörüşlərini genişləndirmək və müxtəlif mövzularda fikirlərini formalaşdırmaq imkanı yaradır. "Radio, ənənəvi media ilə yanaşı, gənclərin müasir texnologiyalara və informasiya axınlarına adaptasiya olunmasına kömək edir. Gənclər radio proqramlarını dinləyərək elm, mədəniyyət, sosial məsələlər kimi müxtəlif mövzularda məlumat əldə edir, bu da onların analitik düşünmə qabiliyyətlərini artırır", - deyə o qeyd edib.

Tükəzban Süleymanova, həmçinin, sosial şəbəkələr və onlayn platformaların gənclərə interaktiv təcrübələr təqdim etdiyini vurğulayıb, media vasitələrinin mənfi tərəflərinə də diqqət çəkib:

"Sosial şəbəkələr və onlayn platformalar isə gənclərə daha interaktiv təcrübə təqdim edir. Onlar yalnız məlumatları qəbul etmirlər, eyni zamanda müxtəlif müzakirələrdə iştirak edə bilirlər, öz fikirlərini bölüşə bilirlər. Bu, intellektual inkişaf üçün müsbət təsir göstərir, çünki gənclər müxtəlif mövzular üzrə müxtəlif baxış açılarını öyrənir və təhlil etmə bacarıqlarını inkişaf etdirirlər. Ümumilikdə, media vasitələri gənclərin dünyagörüşünü genişləndirir, onları cəmiyyətin müasir problemləri ilə tanış edir və onlara sosial məsələlərdə fəal iştirak etməyə təşviq edir. Lakin, bu alətlərin mənfi tərəfləri də mövcuddur, məsələn, məlumatın yanlış təqdimatı və ya şiddət və aqressiyanın təbliğ edilməsi, buna görə də doğru və balanslı mənbələrdən istifadə etmək çox önəmlidir".

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see147

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see141

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see135

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see126

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see122

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see120

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see114

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see112

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see109

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri