Icma.az
close
up
RU
Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb FAKTİKİ HAVA

Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb FAKTİKİ HAVA

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105 %-i), Qusarda 31 mm (aylıq normanın 65 %-i), Beyləqanda 30 mm (aylıq normanın 98 %-i), Ağdamda 27 mm (aylıq normanın 55 %-i), Lerikdə 26 mm (aylıq normanın 36 %-i), Xocalıda 25 mm (aylıq normanın 35 %-i), Zərdabda 24 mm (aylıq normanın 77 %-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm(aylıq normanın 37 %-i), Göyçayda 20 mm (aylıq normanın 103 %-i), Xaltanda 19 mm (aylıq normanın 28 %-i), Şəkidə 19 mm (aylıq normanın 21 %-i), Balakəndə 19 mm (aylıq normanın 19 %-i), Kürdəmirdə 18 mm (aylıq normanın 52 %-i), Ağstafada 18 mm (aylıq normanın 48 %-i), Tərtərdə 17 mm (aylıq normanın 70 %-i), Yevlaxda 17 mm (aylıq normanın 51 %-i), Mingəçevirdə 17 mm (aylıq normanın 50 %-i), Qəbələdə 17 mm (aylıq normanın 17 %-i), Yardımlıda 16 mm (aylıq normanın 26 %-i), Sabirabadda 15 mm (aylıq normanın 50 %-i), Naftalanda 15 mm (aylıq normanın 48 %-i), Bərdədə 15 mm (aylıq normanın 62 %-i), Şabranda 14 mm (aylıq normanın 48 %-i), Qaxda 13 mm (aylıq normanın 19 %-i), Gəncədə 12 mm (aylıq normanın 39 %-i), Altıağacda 12 mm (aylıq normanın 17 %-i), İsmayıllıda 11 mm (aylıq normanın 11 %-i), İmişlidə 10 mm (aylıq normanın 34 %-i), Şamaxıda 10 mm (aylıq normanın 15 %-i), Zaqatala, Naxçıvan, Şəmkir, Qobustan, Lənkəran, Göygöl, Cəlilabad, Tovuz, Biləsuvar, Ceyrançöl, Daşkəsən, Astara, Gədəbəy, Zəngilanda 2-9 mm-dir.

Qeyd olunub ki, dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Şuşa, Laçında isə qar yağır, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatır.

Çaylarda müşahidə olunan faktiki vəziyyətə gəlincə isə ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri