Icma.az
close
up
RU
Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK Kİ… KONKRET

Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK Kİ… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Dünya kritik gözləmə vəziyyətindədir – Birləşmiş Ştatlar ya İrana qarşı birbaşa hərbi əməliyyatlara başlaya bilər, ya da diplomatik yolla razılığa gələrək Tehranı nüvə proqramından tamamilə əl çəkməyə məcbur edə bilər. ABŞ Prezidenti Donald Tramp bu barədə mövqeyini açıq şəkildə bildirib: “Söhbət təkcə atəşkəsdən deyil, İranın nüvə silahından tam imtinasından gedir”.

Regionda vəziyyətin gərginləşməsi fonunda Tramp Ağ Evin “situasiya otağında” milli təhlükəsizlik müşavirləri ilə fövqəladə iclas keçirib. İclasın detalları gizli saxlanılsa da, Vaşinqtondakı siyasi müşahidəçilər Tramp administrasiyasının İsrailə hərbi dəstək göstərmək istiqamətində addım atmağa yaxın olduğunu bildirirlər.

Trampın İsrailin hərbi planlaşdırmasından təsirləndiyi və baş nazir Benyamin Netanyahu ilə son telefon danışığından sonra məsləhətçilərinə “Düşünürəm ki, ona kömək edə bilərik” dediyi qeyd olunur. Bu, Trampın aylar boyunca İsraili İrana qarşı genişmiqyaslı hücumdan çəkindirməyə çalışdığı siyasətdən kəskin dönüş kimi dəyərləndirilir.

Bununla belə, Tramp diplomatik yolun açıq qaldığını da istisna etmir. Əgər İran İsrailin davam edən raket zərbələrinə baxmayaraq danışıqlara razı olsa, Tramp vitse-prezident Cey Di Vansı və Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkofu Tehrana göndərə bilər.

Ancaq Tehran tərəfi hələlik razılığa meyil göstərmir, əksinə, “başlanmış döyüş”dən danışan Ali lider Xameneinin bəyanatları vəziyyəti daha da gərginləşdirir. İran “İsrail üzərində hava məkanını bağladığını” iddia etsə də, bu bəyanat ekspertlər tərəfindən blef kimi qiymətləndirilir.

Əgər hərbi dəstək qərarı verilərsə, ABŞ-İsrail planı üç əsas ssenariyə əsaslanacaq:

İsrail aviasiyasına ABŞ yanacaqdaşıyan təyyarələrinin dəstəyi;

ABŞ və İsrailin birgə hava hücumları;

ABŞ-ın strateji B-1 və B-2 bombardmançı təyyarələri və sualtı qayıqlardan buraxılan qanadlı raketlərlə hücumu.

Əlavə olaraq, ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Osprey helikopterləri ilə İrana endirilə biləcək desant əməliyyatı ssenarisi də nəzərdən keçirilib, lakin risklərə görə rədd edilib.

Vaşinqtonda böyük müzakirə gedir: ABŞ-ın 40 min əsgərinin yerləşdiyi Yaxın Şərqdə müharibəyə cəlb olunmasının fəsadları, xüsusən də İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, dünya iqtisadiyyatı üçün dağıdıcı nəticələr doğura bilər.

Bəzi ekspertlər hesab edir ki, İranla nüvə proqramını dayandırmaq barədə razılaşma əldə olunsa belə, Tehran sonradan bu razılaşmanı pozaraq silahlanmanı davam etdirə bilər. Bu isə gələcəkdə İsrailə qarşı nüvə hücumu təhlükəsi yarada bilər.

Bu arada Tramp ABŞ kəşfiyyat rəhbəri Talsi Qabbardla fikir ayrılığı yaşayıb. Qabbard İranın nüvə silahı hazırladığına dair sübut olmadığını desə də, Tramp bunun əksini düşünür və “onlar bu silaha çox yaxınlaşıblar” deyə bildirib.

Bütün bu gərginlik fonunda Tramp İsrailin kəşfiyyatına daha çox güvəndiyini bildirir. Onun fikrincə, İsrail tərəfi İrandakı real təhlükəni daha yaxşı bilir.

Beləliklə, dünya kritik seçim qarşısındadır – sülh və diplomatiya, yoxsa böyük Yaxın Şərq savaşı?

KONKRET.az-ın araşdırma qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyun 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri