Icma.az
close
up
RU
“Dünya siyasətinə təsir edən hadisələr baş verməkdədir”

“Dünya siyasətinə təsir edən hadisələr baş verməkdədir”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün Suriyada baş verənlər olduqca böyük əhəmiyyətə malik olan hadisələrdir. Faktiki olaraq dünya siyasətinə təsir edən hadisələr baş verməkdədir. 61 illik Bəəs rejimi, o cümlədən 54 illik Əsəd ailə rejimi sona çatdı və Suriya 14 ilə yaxın davam edən vətəndaş müharibəsindən xilas olmağa çox yaxındır. Təbii ki, rejimin devrilməsi, vətəndaş müharibəsinin demək olar sona çatması nə qədər əhəmiyyətlidirsə, Suriyanın gələcəyinin qurulması və necə qurulması da böyük əhəmiyyət daşıyır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

Politoloq vurğulayıb ki, Suriyanın gələcəyi Suriya xalqı ilə bərabər, bölgədə marağı olan və hazırda Suriyada bu və ya digər formada proseslərdə iştirak edən dövlətlərin də iradəsindən asılı olacaq: “Hazırda Suriyada sahədə aktiv olan ölkələrdən biri Türkiyədir. Çünki Suriyada baş verən vətəndaş müharibəsinin ən çox ağırlığını çəkən ölkə də məhz Türkiyədir. Belə ki, ölkəyə 6 milyona yaxın suriyalı qaçqın gəlməklə Türkiyədə ictimai-siyasi ab-havaya da kifayət qədər gərginlik gəldi. Eyni zamanda, Türkiyə 60 milyard dollara yaxın vəsait xərcləməklə bu insanların ayaqda qalmasını və yaşamasını təmin etdi. Xüsusilə qeyd etmək lazımdır ki, bu istiqamətdə beynəlxalq təşkilatlardan, o cümlədən Avropadan İttifaqından da hansısa ciddi yardımlar görmədi. Bu gün Türkiyənin də dəstəklədiyi müxalif qüvvələr rejimi devirdilər. Türkiyə bölgədə maraqlı olan dövlətlər içində yeganə dövlətdir ki, Suriyada ərazi bütövlüyünün təmin olması şərti ilə orada yaşayan bütün insanları qucaqlayacaq, onların haqqını tanıyacaq bir dövlət sisteminin qurulmasından yanadır. Hazırda Türkiyənin əsas məqsədlərindən biri məhz budur”.

O.Qasımov Türkiyənin ikinci məqsədinin Suriya ərazisində uzun illərdən bəri yuvalanmış terror təşkilatları, xüsusilə PKK, PYD-yə qarşı mübarizə aparmaq olduğunu qeyd edib: “Bu terror təşkilatları uzun zamandan bəri Türkiyə üçün müəyyən bir təhdid təşkil ediblər. Bu gün də etməkdədirlər. Təəssüf ki, onlar hələ də ABŞ-nin himayəsində qalmaqdadır və ABŞ də onlardan qısa zamanda əlini çəkəsi deyil. Məhz bu baxımdan Suriyanın gələcəyinin qansız-qadasız, sakit keçişlə və gələcəkdə də bütün Suriya cəmiyyətini qucaqlayacaq bir sistemin qurulması Türkiyənin də mənafelərinə uyğundur. Xüsusilə Türkiyənin qırmızı xətti Suriyanın ərazi bütövlüyü, o cümlədən bu ərazilərdə Türkiyəyə və regiona təhdid yaradacaq hansısa terror təşkilatlarının olmamasıdır. Yəni bu ideyalar həyata keçəcəksə, bu, Türkiyə ilə bərabər bölgə ölkələrinin hamısının marağında olacaq. Yox, əgər ABŞ və digər imperial qüvvələr yenə də PKK, PYD-dən və digər terror təşkilatlarından istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışacaqlarsa, təbii ki, bu, ilk növbədə Suriyanın özünə zərər verəcək, o cümlədən Suriya ilə qonşu olan dövlətlərdə və Türkiyədə də bunun neqativ təsirlərini biz görə bilərik”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri