Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Dünya şöhrətli pediatr, görkəmli tibb alimi

Dünya şöhrətli pediatr, görkəmli tibb alimi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Adilə Namazova – 100

Görkəmli insanların yubileyləri təkcə bir insanın deyil, həm də bütöv bir məktəbin məxsusi düşüncə tərzinin, hətta milli məsuliyyət anlayışının yenidən xatırlanması üçün əsasa çevrilir. Akademik Adilə Namazovanın anadan olmasının 100 illik yubileyi də Azərbaycan tibb elminin inkişafında dərin iz qoymuş bənzərsiz alimin xatirəsini yad etməklə, ölkəmizdə pediatriyanın necə milli elmi istiqamətə çevrildiyini göstərən ictimai-mənəvi hadisədir.

Alimin yubileyini əlamətdar edən cəhətlərdən biri də budur ki, bu tarix Azərbaycan qadınının elm tarixində tutduğu yüksək mövqeni də yada salır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olmaq böyük uğur idi. Bu, Azərbaycan elmi mühitinin yetkinliyini, milli kadr potensialının və qadın intellektinin yüksək səviyyədə tanınmasını göstərirdi.

Adilə Namazovanın ideyaları bu gün də aktualdır. Uşaq sağlamlığına strateji baxış, səhiyyənin elmi əsaslarla inkişafı, həkim hazırlığında intizam və humanizmin vəhdəti, bioetikaya həssas yanaşma bu gün də Azərbaycan səhiyyəsinin müasir gündəliyində yaşayan prinsip kimi qalır. Ona görə də bu yubiley keçmişə ehtiram olduğu qədər, gələcəyə baxışın da parlaq ifadəsidir.

Akademik Adilə Namazovanın Azərbaycan elmi və səhiyyəsində rolunu yalnız “görkəmli alim”, “tanınmış pediatr”, “böyük təşkilatçı” kimi ifadələrlə izah etmək yetərli deyil. Adilə xanımın fəaliyyətində klinika, elm, təhsil, dövlət siyasəti və ictimai məsuliyyət bir-birini tamamlayan istiqamətlər kimi görünürdü. Bu rolun ən mühüm təzahürlərindən biri Azərbaycan pediatriya elmi məktəbinin yaradılması idi. Bir vaxt ölkədə belə bir məktəbin olmaması onu ciddi düşündürürdü. Alim mövcud boşluğu doldurmaq üçün elmi və təşkilati mexanizm qurdu. Sonralar E.Əfəndiyev adına 2 saylı Şəhər Xəstəxanasında xüsusi biokimyəvi laboratoriyanın və ürək-tənəffüs sisteminin funksional fəaliyyətini araşdıran elektrofizioloji mərkəzin yaradılması həmin prosesin mühüm mərhələsi idi. Adilə Namazova həmin mərkəzə gənc həkimləri, tələbələri cəlb edir, onları müşahidə aparmağa, düşünməyə, müqayisə etməyə, nəticə çıxarmağa sövq edirdi. Başqa sözlə, o, təkcə elmi müəssisə yaratmırdı, təfəkkür laboratoriyası qururdu. Onlarla fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi, 60-dan artıq alimin onun məktəbinin yetirməsi olması da bunun nəticəsi idi.

Adilə xanımın elmi fəaliyyətində uşaqlarda ürək-damar sistemi xəstəlikləri, xüsusən anadangəlmə ürək qüsurlarının tədqiqi xüsusi yer tuturdu. Hələ Moskva elmi mühitində apardığı tədqiqatlar zamanı oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya, daha sonra vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya, angiokardioqrafiya kimi metodlardan istifadə etməsi alimin nə qədər yenilikçi düşüncəyə malik olduğunu göstərir.

Bu tədqiqatlar sayəsində o, uşaqlarda revmatizmin fəal mərhələsində ürəkdə baş verən dəyişiklikləri elmi əsaslarla izah etdi, anadangəlmə ürək qüsurlarının diaqnostikasını dəqiqləşdirdi, kiçik qan dövranında durğunluğun dərəcəsini və təzyiq göstəricilərini qiymətləndirdi, cərrahlara və pediatrlara praktik istifadə üçün təsnifat və yanaşmalar təqdim etdi. Adilə xanımın işlədiyi metodikalar, sadəcə, nəzəri maraq doğurmurdu, uşaqların taleyinə birbaşa təsir edən qərarların elmi əsasını möhkəmləndirirdi.

Adilə Namazova elmdəki yeniliklərinə görə SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsini əldə edib. Alimin elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər ölkələrdə keçirilən elmi konqres və konfranslarda yüksək qiymətləndirilib. Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda, MDB məkanında “Tibbi etika” adlı ilk dərsliyin müəllifidir.

Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Akademik Adilə Namazovanın irsində uşaq sağlamlığına yalnız tibbi problem kimi yox, milli təhlükəsizlik məsələsi kimi yanaşılır. Bu fikir bu gün çox aktual səslənsə də, onun elmi və ictimai fəaliyyətə başladığı dövrlərdə belə sistemli şəkildə irəli sürülməsi xüsusi uzaqgörənlik tələb edirdi. O, yaxşı anlayırdı ki, sağlam nəsil təsadüfən yox, düşünülmüş dövlət siyasəti, güclü səhiyyə sistemi və savadlı cəmiyyət hesabına formalaşır.

Adilə xanım üçün pediatriya yalnız xəstə uşağın müalicəsi deyildi, eyni zamanda, xalqın sabahına cavabdehlik idi. O, uşağın xəstəliyinə diaqnoz qoyarkən tibbi nəticə ilə yanaşı, uşağın necə böyüyəcəyini, hansı həyat keyfiyyətinə sahib olacağını, cəmiyyətə necə inteqrasiya edəcəyini, hansı peşəni seçəcəyini düşünürdü.

Difteriya epidemiyası dövründə profilaktik tədbirlərə verdiyi önəm, peyvənd proqramlarının inkişafına töhfəsi, ictimai səhiyyə sahəsindəki liderliyi də məhz bu strateji yanaşmadan doğurdu. Bu gün profilaktika, immunizasiya, erkən diaqnostika və maarifləndirmə dünyanın bütün müasir səhiyyə sistemlərinin əsas prinsipləri sayılırsa, Adilə Namazova bu prinsipləri Azərbaycan şəraitində çox erkən dövrdə elmi və praktiki müstəviyə çıxarmışdı.

Adilə xanımın bioetika sahəsində fəaliyyəti də uşaq sağlamlığının geniş mənada qorunmasına xidmət edirdi. 2000-ci ildən ölkəmizdə tibbi bioetikanın elmi istiqamət olaraq tibb təhsilinə inteqrasiyasına nail olunub və dünya təcrübəsindən, beynəlxalq əməkdaşlıqdan faydalanaraq tibbi bioetikanın tədrisinin müvəffəqiyyətlə həyata keçirmək istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, akademik Adilə Namazova UNESCO-nun bioetikanın Azərbaycanda tədrisinin vəziyyəti və perspektivlərinə həsr olunmuş beynəlxalq layihəsində fəal iştirak edib. Layihə ABŞ, Macarıstan, Rusiya, Gürcüstan və digər ölkələrdə, bioetikaya həsr olunmuş beynəlxalq tədbirlərdə, UNESCO-nun tibbi bioetikaya həsr olunmuş XVIII sessiyasında, MDB Parlamentlərarası Assambleyasında, V Bakı Beynəlxalq Humanitar Forumunda və digər nüfuzlu tədbirlərdə müzakirə edilərək dəstəklənib. Artıq 26 ildən çoxdur ki, Azərbaycan Tibb Universitetində “Tibbi bioetikanın əsasları” fənninin tədrisi uğurla davam etdirilir.

Tibbi bioetikanın tibb tədrisinə daxil edilməsi, Azərbaycan dilində vəsaitlərin hazırlanması, həkimin yalnız müalicə edən yox, həm də mənəvi məsuliyyət daşıyan şəxs kimi yetişdirilməsi, əslində, insan kapitalının keyfiyyətinə yatırılan sərmayə idi.

Alimin sədrliyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti çərçivəsində uşaq hüquqları ilə bağlı maarifləndirmə layihələrinin həyata keçirilməsi də eyni məntiqə söykənir. Uşaq hüquqlarını qorumaq sağlam cəmiyyət quruculuğunun mühüm şərtidir. Bu mənada, Adilə Namazovanın elmi irsi təkcə pediatrlar üçün deyil, hüquqşünaslar, müəllimlər, sosial işçilər və dövlət idarəçiləri üçün də əhəmiyyətli düşüncə qaynağıdır.

100 illik zaman məsafəsindən baxanda akademik Adilə Namazovanın ömrü bir insan taleyindən daha böyük görünür. O, şəfa ilə elmi, zəka ilə mərhəməti, vətəndaşlıqla müəllimliyi bir ömürdə birləşdirən nadir simalardan idi. Bu gün alimin 100 illik yubileyini qeyd edərkən yetirmələrinin, davamçılarının və bütövlükdə, Azərbaycan tibb ictimaiyyətinin düşüncəsində bir həqiqət yenidən səslənir: Adilə xanım bu dünyadan getsə də, onun işığı hələ də minlərlə uşağın taleyində, yüzlərlə həkimin düşüncəsində və milli səhiyyəmizin tarixində yaşayır.

Təranə TAĞIZADƏ,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri