Icma.az
close
up
RU
Qürurverici örnək, nümunə model

Qürurverici örnək, nümunə model

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz”
İrakli Kobaxidze
Gürcüstanın Baş naziri

Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr tarixi dostluq və bərabərhüquqlu qonşuluq ənənələrinə söykənərək əsrlərin sınağından uğurla çıxıb. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ötən illər ərzində ölkə liderlərinin siyasi və iqtisadi sahədə attıqları müdrik addımların, eləcə də Azərbaycan və gürcü xalqlarının mehriban qonşuluğa söykənən davranışları münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Əsrlər boyu bir yerdə yaşayıb-yaradan, milli-mənəvi adət-ənənləri zənginləşdirən gürcü və Azərbaycan xalqları regionda digər xalqlar üçün qürurverici örnək, nümunə model yaradıb.
Son illərdə Azərbaycan-Gürcüstan tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib, fəal siyasi dialoq daha da güclənib, hər iki ölkə strateji əlaqələrini inkişaf etdirərək beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mənafeyini davamlı, qarşılıqlı qoruyub.
Gürcüstan 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini, tarixi ədaləti bərpa etmək uğrunda apardığı haqq savaşını dəstəkləyərək öz qapılarını hərbi vasitələr tranzit etmək istəyən təcavüzkar Ermənistana bağlamaqla əsl dost mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Gürcüstanın regionda möhkəmlənən münasibətləri, birgə iradəli addımları və regional proseslər eyni siyasi mövqe nümayiş etdirməsi bəzi kənar gücləri dərindən narahat etdiyindən ictimai-siyasi sabitliyi pozmaq, Cənubi Qafqazı yeni münaqişə ocağına çevirmək üçün müxtəlif planlar hazırlasalar da, bu ssenarilərin hər biri iflasa uğradı.
İrakli Kobaxidzenin ali dövlət postuna seçilməsindən sonra ilk xarici səfərini yanvarın 17-də Azərbaycandan başlaması isə çox mühüm siyasi məna kəsb edir. Bu, regionun lider dövləti olan Azərbaycana və onun rəhbərinə dərin hörmət və etimadın, möhtəşəm siyasi nüfuzun, eyni zamanda, Tbilisinin strateji tərəfdaşlıqda və dostluqda sadiqliyindən xəbər verir. Bu səfər bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin siyasi dinamizmini və Cənubi Qafqaz bölgəsi üçün nümunəvi əməkdaşlıq göstəricisi olduğunu təsdiqlədi. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının keçirilməsi və yeni sazişin imzalanması münasibətlərin daha da irəliləməsinə tarixi zəmin yaratdı.
Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə fəal müzakirələr aparması və önəmli açıqlamalar Gürcüstanın Qafqazda sabit qonşuluq siyasətində iradəli mövqeyini əks etdirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi hər iki ölkənin başlıca amalı sabit və sülh şəraitində dostluq münasibətlərini irəliyə daşımaqdır.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda dayanıqlı sabitliyinin, inkişafın, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya qovşaqlarının şaxələndirilməsinin əsas təşəbbüskarları və qarantı olmaqla, regionun çoxtərəfli əməkdaşlıq formatının yaradıcılarıdır. Hər iki ölkənin qurduğu möhkəm əməkdaşlıq və rifah arxitekturası ümumilikdə, bölgənin və ətraf coğrafiyalarda faydalı siyasi-iqtisadi münasibətlərin keyfiyyətinə, işbirliyinin ruhuna və yeni əməkdaşlıq proqramlarının ərsəyə gəlməsində əhəmiyyətli rol oynamaqdadır.
Azərbaycan sarsılmaz iradəsi və dönməz qətiyyəti sayəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi trans-kontinental enerji layihələrinin, Şərq-Qərb nəqliyyat koridorunun ən axıcı və rentabelli həlqələrindən biri olan Bakı-Tbilsi-Qars nəqliyyat şəbəkəsinin işə düşməsi regionun və qitələrin enerji təhlükəsizliyini, kommunikativ bağlantısını təmin edib, böyük bir əməkdaşlıq zənciri qurub.
Eləcə də, Azərbaycanın əsasını qoyduğu və hazırda həyata keçirdiyi digər qlobal layihələr Gürcüstanı ölkəmizlə və dünya ilə sıx bağlayır. Bunun nəticəsidir ki, Gürcüstanın iqtisadi dövriyyəsi dayanmadan artır, 2024-cü ildə qarşılıqlı dövriyyə bir milyard ABŞ dollarını ötüb ki, onun mütləq əksəriyyəti Azərbaycanın ixracıdır.
Azərbaycan, həmçinin Gürcüstanda bir nömrəli investor kimi hər il fəal rolunu artırır, yatırılmış sərmayələrin həcmi 3,6 milyard ABŞ dollarını ötüb. Azərbaycan bu ölkənin enerji-nəqliyyat, kommunikasiya və digər infrastrukturlarının bərpasında aparıcı sərməyadarı kimi iştirak edir, qlobal bazarlara çıxışı, ticarət-logistika zəncirlərinə qoşulmasında potensial coğrafi və fiziki imkanlarından istifadə edir. Azərbaycanın saldığı yeni “yaşıl körpü” və fiber-optik kommunikasiya da bu ölkənin ərazisindən keçir. Habelə Orta Dəhlizin mühüm bir halqası da Gürcüstanı əhatə edir. Bir sözlə, rəsmi Bakı Gürcüstanın dünya ilə iqtisadi-ticari-kommunikasiya bağlantısında açar rolunu oynayır. Eləcə də Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təminatçısıdır, təkcə təbii qazla təminatın 80 faizdən çoxuna sahibdir.
Hazırda Azərbaycanın təşəbbüsü ilə çəkilişi həlledici mərhələyə daxil olmuş, Gürcüstanın da xüsusi yer aldığı Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” (Qara dəniz kabeli) dəhlizinin istifadəyə verilməsindən sonra Asiya-Avropa qovşağında müasir enerji gündəliyinin tam yeni alyansı qurulacaq. Bu, ölkələr arasında əlaqələrin dinamiziminə yeni keyfiyyət çalarları əlavə edəcək.
Bütün bu layihələr təkcə iqtisadi məzmun kəsb etmir, böyük geosiyasi məna daşımaqla Gürcüstanın qlobal mühitə inteqrasiyasının təminatına çevrilir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sözsüz ki, Azərbaycanın öz ölkəsinin iqtisadi-regional həyatında oynadığı töhfəverici rolu unutmur, ələlxüsus da, Prezident İlham Əliyevin bütün regionun sabitliyi və inkişafı üçün məharətli və uğurgətirən siyasətinə heyranlığını açıq şəkildə etiraf edir.
Azərbaycanı etibarlı tərəfdaş və qardaş ölkə hesab edən İ. Kobaxidze bildirir ki, dövlərin bir-birinin strateji və milli maraqlarına hörmətlə yanaşması ikitərəfli münasibətlərin inkişafında yeni potensiallar açır, bölgəyə yeni ruh gətirir, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyi möhkəmləndirir. Hazırda açılımış yeni imkanlardan maksimal dərəcədə istifadə etmək lazımdır, Gürcüstan bunun üçün əlavə səylər göstərməyə çalışacaq, xüsusilə də siyasi tərəfdaşlığı dərinləşdirmək əzmi gücləndiriləcək.
Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığının möhkəmlənməsi Ermənistan üçün də sülh və sabitlik təminatı deməkdir. Baş nazir Kobaxidzenin “Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir” mesajı həm də ona işarədir ki, bölgədə kənar güclərin müdaxilə cəhdləri və təhrikedici hərəkətləri yolverilməzdir. Bu, Qərbin son dönəmdə İrəvanda aktivləşən siyasi fəaliyyətinə verilən üstüörtülü mesaj sayıla bilər.
Beləliklə, Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri regionda cərəyan edən mürəkkəb geosiyasi fraqmentasiyalar fonunda Azərbaycan-Gürcüstan dostluğunun və yaxın strateji tərəfdaşlıq əlaqələrinin yeni siyasi ruhunu əks etdirməklə, Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh və çoxşaxəli əməkdaşlığın inkişafında yeni səhifə açacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see369

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see235

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see232

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see201

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see199

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see198

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see194

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see182

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see172

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see165

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see163

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see163

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see155

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri