Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Çox gözəl təəssüratlarım var. Həm hazırlıq, həm çəki salmaq, həm də çəki saldıqdan sonra bərpa olunmaq mərhələsini bacardığım qədər düzgün yerinə yetirdiyimi düşünürəm. Müəllimlərimin, eləcə də komandadakı təcrübəli yoldaşlarımın məsləhətlərinə qulaq asırdım. Nəticə də göz qabağındadır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, doğma azarkeşlər önündə çıxış etməyin həyəcanlı olduğunu və daha yüksək nəticə üçün səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Fikirləşirəm ki, səhvlərimin üzərində işləməliyəm. Özümə daha çox güvənməliyəm. Çünki güc cəhətdən heç kimdən geridə qalmıram. Sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram. Çalışacağam ki, həmin səhvləri düzəldim”.
Cüdoçu qazandığı uğuru xüsusi olaraq kiməsə həsr etmədiyini, ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib: “Bunu yalnız bir və ya iki nəfərə həsr etdiyimi desəm, böyük səhv olar. Çünki tanıdığım hər kəs mənə dəstək göstərir, kömək edir, tribunalar dəstəkləyir. Bir-iki nəfərin adını çəkməklə hər kəsin haqqına girmək istəmirəm. Hər kəsə təşəkkürümü bildirirəm. Fikirləşirəm ki, bacardığım qədər onların ümidlərini doğrultdum”.
Üçüncü yer uğrunda görüşdəki braziliyalı rəqibindən söz açan R.Məmmədəliyev ona qalib gəlmək üçün qurduqları taktikanın bəhrə verdiyini qeyd edib: “Braziliyalı idmançını yaxşı tanıyırdım. Təlim-məşq toplanışlarında onunla çox güləşmişəm. Təcrübəli cüdoçudur, bundan öncə həm Olimpiada, həm də dünya çempionatında nəticələri olub. Müəllimlərlə birlikdə onun görüşlərinə uyğun plan qurduq. Həmin plana uyğun güləşdim və şükürlər olsun ki, qalib gələ bildim”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
Fotoqraf - Azər İbrahimov
Operator - Ceyhun Mustafayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















