Dünya yaddaş çempionu: Mədəniz nə qədər böyükdürsə, başınız bir o qədər balacadır
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kriştianu Ronaldunun, Lionel Messinin sirlərini araşdırmışam. Hər ikisinin müəlliminə pul vermişəm ki, mənə onların mental gücünü öyrətsinlər. Maykl Cordanın 20 illik müəlliminə yaddaş texnikasını öyrətmişəm, o isə mənə dünyaca məşhur tələbəsinin sirlərini deyib".
Bu fikirləri Oxu.Az-a müsahibəsində dünya yaddaş çempionu, dünya rekordçusu və müxtəlif intellektual yarışların qalibi Orxan İbadov deyib.
O, müsahibəsində cəmiyyətdə birmənalı qarşılanmayacaq, cəsarətli fikirlər də səsləndirib:
"Qidanın yaddaşa təsiri ilə bağlı onu deyə bilərəm ki, mədəniz nə qədər böyükdürsə, başınız bir o qədər balacadır. İnsanın mədəsi böyüdükcə, beyninin funksiyaları zəifləyir. Yaddaşı gücləndirmək üçün əsas məsələ texnikadır.
Mənim ən yaxın dostum səhvlərimdir. Nə qədər çox səhv etsəm, o qədər sevinirəm. Çünki hər səhv sənə düz yolu göstərir. Yolun əvvəlində utanmaq, gülünc vəziyyətinə düşmək uğurun sirridir. Sizə lağ edən insanlar doğrusunu da bölüşür. Əvvəl-axır öyrənirik və gülünc vəziyyətinə düşdüyümüz mövzular unudulur".
Dünya rekordçusu ilə söhbətimiz zamanı yaddaşı gücləndirmə texnikaları, qadın və kişi yaddaşının müqayisəli təhlili, yuxunun gücü, süni intellektlə insan beyninin fərqi və bir çox maraqlı mövzulardan danışdıq.
Müsahibəni təqdim edirik:
Dünya yaddaş çempionu: "Mədəniz nə qədər böyükdürsə, başınız bir o qədər balacadır"
Məhərrəm Əliyev
Video: Cavid Mehdiyev
Baxış sayı:64
Bu xəbər 04 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















