Icma.az
close
up
RU
Dünyada 2025 ci il qeydlərə görə ən isti üçüncü il olub

Dünyada 2025 ci il qeydlərə görə ən isti üçüncü il olub

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada 2025-ci il hava temperaturu göstəricilərinə görə qeydlərə düşən ən isti üçüncü il kimi tarixə düşüb. Ötən il qlobal orta səth temperaturu sənayeöncəsi dövrün orta göstəricisindən 1,47 dərəcə yüksək olub. Bu barədə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) tərkibində fəaliyyət göstərən Copernicus İqlim Dəyişikliyi Xidməti (C3S) 2025-ci ilin temperatur dinamikalarına dair hesabatında məlumat verilib.

BAKU.WS xəbər verir ki, hesabata əsasən, ötən il dünyada orta səth temperaturu 14,97 dərəcə ölçülüb. Bu göstərici sənayeöncəsi dövrlə müqayisədə 1,47 dərəcə artım deməkdir. Nəticədə 2025-ci il quru səthi temperaturu baxımından qeydlərdə ən isti üçüncü il olub.

Qeyd edək ki, qeydlərdə ən isti il olan 2024-cü ildə qlobal temperatur artımı sənayeöncəsi dövrlə müqayisədə 1,6 dərəcəyə, ikinci ən isti il sayılan 2023-cü ildə isə 1,48 dərəcəyə çatmışdı. Copernicus-in hesablamalarına görə, hazırkı uzunmüddətli qlobal istiləşmə səviyyəsi sənayeöncəsi dövrün orta göstəricisindən təxminən 1,4 dərəcə yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, mövcud istiləşmə sürəti davam edərsə, Paris Sazişində nəzərdə tutulan "qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq" hədəfinin 2030-cu ilə qədər aşılması riski var. Bu həddin gözləniləndən təxminən 10 il tez keçilə biləcəyi proqnozlaşdırılır.

Məlumata görə, dünyada son 11 il qeydlərə düşən ən isti illər olub. Eyni zamanda 2023–2025-ci illər dövrü qlobal temperatur artımının sənayeöncəsi dövrlə müqayisədə 1,5 dərəcəni aşdığı ilk üçillik mərhələ kimi tarixə düşüb.

2025-ci il hava temperaturu baxımından ikinci ən isti il olsa da, dəniz səthi temperaturu üzrə 20,73 dərəcə ilə ən isti üçüncü il olub. Antarktida qeydlərə düşən ən isti illik temperaturu, Arktika isə ikinci ən isti ilini yaşayıb.

Qlobal istiləşmə fonunda 2025-ci il bir çox regionda ekstremal hava hadisələri ilə yadda qalıb. İl ərzində güclü isti hava dalğaları, Avropa, Asiya və Şimali Amerikada şiddətli fırtınalar, İspaniya, Kanada və Cənubi Kaliforniyada genişmiqyaslı meşə yanğınları qeydə alınıb.

Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatında yerləşən Berkeley Earth tədqiqat mərkəzi də paralel yayımladığı hesabatda 2025-ci ilin 1850-ci ildən bəri üçüncü ən isti il olduğunu təsdiqləyib. Beləliklə, 2024-cü il ən isti, 2023-cü il isə ikinci ən isti il statusunu qoruyub.

ECMWF-in baş direktoru Florian Pappenberger bildirib ki, dünya hazırda ən isti 10 illik dövrünü yaşayır və bu fakt iqlim dəyişikliyi ilə mübarizədə elmi sübutların əhəmiyyətini bir daha ortaya qoyur. C3S-in direktoru Carlo Buontempo isə vurğulayıb ki, son 11 ilin ən isti illər kimi qeydə alınması iqlim dəyişikliyinin açıq sübutudur və dünya Paris Sazişində müəyyən edilmiş uzunmüddətli temperatur həddinə sürətlə yaxınlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Yanvar 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri