Icma.az
close
up
RU
Dünyada ekstrem quraqlıqlar daha tez tez və şiddətli olacaq TƏDQİQAT

Dünyada ekstrem quraqlıqlar daha tez tez və şiddətli olacaq TƏDQİQAT

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Davamlı illik quraqlıqların qlobal istiləşmə ilə daha da artacağı barədə xəbərdarlıq edilib. 

Qaynarinfo xəbər verir ki, bu, İsveçrə Meşə, Qar və Landşaft Tədqiqatları Federal İnstitutunun və Avstriya Elm və Texnologiya İnstitutunun professoru Françeska Pelliççiotinin iştirakı ilə aparılan tədqiqatda qeyd olunub.

"Science" jurnalında yayımlanan bu 40 illik qlobal kvantitativ araşdırma antropogen iqlim dəyişikliyinin ətraf mühitə təsiri ilə bağlı siyasətin formalaşdırılmasına dəstək məqsədi daşıyır.

Araşdırmada vurğulanır ki, Çilidə son 15 il ərzində davam edən və son min ilin ən uzunmüddətli quraqlığı kimi xarakterizə edilən dağıdıcı megaquraqlıq ölkənin su ehtiyatlarını tükəndirib və hətta vacib mədən hasilatına mənfi təsir göstərib. Bu, iqlim istiləşməsinin qlobal miqyasda uzunmüddətli quraqlıqlara və kəskin su böhranlarına səbəb olduğuna dair bariz nümunələrdən biridir.

Quraqlıqların genişlənməsi və təsirləri

Phys.org-un yazdığına görə, quraqlıqlar əsasən kənd təsərrüfatına zərər vurduqda və ya meşələrə ciddi təsir etdikdə diqqət mərkəzinə çıxır.

Tədqiqatçılar 1980-2018-ci illər arasında qlobal meteoroloji məlumatları təhlil edərək quraqlıqları modelləşdiriblər. Onlar quraqlıqların tezliyində, müddətində və intensivliyində narahatedici artımı müşahidə ediblər. 

Professor Françeska Pelliççioti bildirib:

"Hər il, 1980-ci ildən bəri, quraqlıqdan təsirlənən ərazilər orta hesabla əlavə 50 min kvadrat kilometr genişlənir. Bu, Slovakiya və ya ABŞ-ın Vermont və Nyu-Hempşir ştatlarının birləşmiş ərazisinə bərabərdir və ekosistemlərə, kənd təsərrüfatına və enerji istehsalına ciddi ziyan vurur".

Uzunmüddətli təsirləri araşdırmaq məqsədi

Beynəlxalq tədqiqat qrupu iqlim dəyişikliyi nəticəsində yaranan uzunmüddətli quraqlıqların mümkün təsirlərini araşdırıb və gələcəkdə daha tez-tez baş verəcək megaquraqlıqlara hazırlıq üçün siyasət hazırlamağa kömək etməyi hədəfləyib.

Tədqiqatçılar yağıntıların və suyun buxarlanmasının (evapotranspirasiya) miqdarında baş verən anomaliyaları analiz edərək təbii ekosistemlərə təsirini müəyyən ediblər. Bu, quraqlıqların həm yaxşı öyrənilmiş, həm də az tədqiq edilmiş bölgələrdə, xüsusən tropik meşələr və And dağları kimi məlumatların az olduğu ərazilərdə yayılmasını göstərib.

Araşdırmaya əsasən, yüksələn temperatur, davamlı quraqlıqlar və yüksək evapotranspirasiya ekosistemlərin tədricən qurumasına və zəifləməsinə səbəb olur. Bununla yanaşı, güclü yağıntıların artımı müşahidə olunsa da, bu dəyişikliklər ekosistemlərin ümumi vəziyyətini yaxşılaşdıra bilmir. Tədqiqatçılar peyk şəkillərindən istifadə edərək bitki örtüyünün zamanla dəyişikliklərini izləməyə çalışırlar.

"Quraqlıq zonaları" və meqaquraqlıqların nəticələri

Tədqiqatın nəticələri göstərib ki, megaquraqlıqların ən böyük birbaşa təsiri mülayim otlaqlara olub. Quraqlıq "isti nöqtələri" ABŞ-ın qərbi, Mərkəzi və Şərqi Monqolustan, eləcə də Avstraliyanın cənub-şərqini əhatə edib. Digər tərəfdən, tropik və boreal meşələrdə müşahidə edilən paradoksal təsirlərə işıq tutulub.

Professor Pelliççioti bildirib:

"Uzunmüddətli su çatışmazlığı nəticəsində tropik və boreal bölgələrdə ağaclar məhv ola bilər ki, bu da həmin ekosistemlərə uzunmüddətli zərər vurur. Xüsusilə boreal bitki örtüyünün belə iqlim fəlakətindən sonra özünü bərpa etməsi üçün daha çox vaxt tələb olunur".

Qlobal istiləşmə və səbəblər

Alimlər bildirir ki, qlobal istiləşmə son illər planetin çirklənməsi, xüsusən də yanacaq yanmasından əmələ gələn karbon emissiyaları və təbii iqlim hadisəsi El Nino ilə əlaqəlidir. Lakin bu, istilik artımının sürətini tam izah edə bilmir. Yeni araşdırmalar buludların rolunun bu məsələdə çatışmayan bir hissə olduğunu göstərir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri