Icma.az
close
up
RU
Dünyada ilk dəfə olaraq sifəti və əlləri transplantasiya edilən kişi toya hazırlaşır...

Dünyada ilk dəfə olaraq sifəti və əlləri transplantasiya edilən kişi toya hazırlaşır...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Mən Conu daxilən sevirəm, o, mehriban, xeyirxah və mərd insandır, həyatda nə istədiyini bilir və yaşına görə çox yetkindir..." 

Dünyada ilk dəfə olaraq sifəti və əlləri transplantasiya edilən kişi nişanlandığını elan edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.

Altı il öncə, 2018-ci ilin iyul ayında gecə növbəsindən sonra Co DiMeonun özünün "Dodge Challenger" avtomobilinin sükanı arxasında yuxulaması səbəbindən avtomobili bordürə çırpılıb, sonradan alışaraq yanıb, bu qəza onun həyatını həmişəlik dəyişib.

Xoşbəxtlikdən, yaxınlıqda olan iki qəhrəman insan DiMeonu avtomobildən çıxararaq həyatını xilas edib. Lakin o, qəza nəticəsində həyatını dəyişən çoxsaylı travmalar alıb.

DiMeonun bədəninin 80 faizi üçüncü dərəcəli yanıqlara məruz qalıb və medikamentoz komaya salınaraq barmaqlarının ucları amputasiya edilib və 20-dən çox rekonstruktiv əməliyyat keçirib.

Lakin bununla onun işləri bitməyib, 2020-ci ilin avqustunda bu kişinin dünyada ilk dəfə olaraq sifəti və hər iki əlində uğurlu transplantasiya əməliyyatı aparılıb.

Əməliyyat təxminən 23 saat davam edib, onun uğurluluq dərəcəsi cəmi altı faiz olub. Bu məqamdan sonra onun əməliyyatı təbabətdə mühüm mərhələyə çevrilib.

DiMeo diqqətini öz həyatının bərpasına yönəldib, həmçinin Cessika Kobi ilə sevgi axtarışına baş vurub. Kobi onu internetdə axtarıb tapıb və cütlük tezliklə "İnstagram"da əlaqə yaradaraq itlərə olan sevgilərində ümumi dil tapıb.

Onların münasibətləri platonik hisslərdən romantikaya çevrilib, 33 yaşlı qız DiMeonun Nyu-Cersidəki evinin yaxınlığına köçüb. O zamandan bu münasibətlər daha da möhkəmlənib, bu yaxınlarda isə DiMeo İnternetdə cütlüyün nişanlanması barədə elan edib.

O, sosial şəbəkələrdə özünün və Kobinin boston-teryer cinsindən olan itlərin şəkillərini paylaşıb, altında "Dekabrın 5-də böyük hadisələr baş verəcək" sözlərini yazıb, smayliklərlə müşayiət edib. Fotolarda həmçinin Kobinin üzük gəzdirdiyi görünür.

Öz tərəfindən Kobi özünün "İnstagram" səhifəsində sevgi etirafını əks etdirən videoçarx paylaşıb, burada DiMeonun gəzinti zamanı Kobinin qarşısında diz çökdüyü və ona sevgisini etiraf etdiyi görünür.

Bundan öncə Kobi DiMeoya olan sevgisindən danışıb, onun "mehriban, xeyirxah və mərd" olmasının xoşuna gəldiyini göstərib.

"O, kifayət qədər sakit oğlandır. O, çox yaxşı dünyagörüşünə malikdir, danışdığı adamla söhbətə dəstək verməyi bacarır. Bu, mənim xoşuma gəlir, ona görə də düşünürəm ki, kim təhsilli və yaxşı söhbətcildirsə, o, cazibədardır", - o, "Daily Mail" nəşrinə müsahibəsində deyib.

"Mən Conu daxilən sevirəm, çünki o, maraqlı insandır, həyatda nə istədityini bilir və öz yaşına görə çox yetkindir", - Cessika hisslərini bölüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri