Icma.az
close
up
RU
Dünyada nəyi görüb, nəyi götürürük?!

Dünyada nəyi görüb, nəyi götürürük?!

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bir neçə il əvvəl ABŞ-ın Çikaqo şəhərini gəzərkən, heyrətlənməyə bilmədim. İnsan gözlərinə inana bilmir: XIX əsrin sonunda yarıdan çoxu yanmış (ya da yandırılmış) bu şəhər yenidən və daha möhtəşəm biçimdə tikilib.

Ernest Heminqueyin şəhərində 1871-ci ildə baş vermiş Böyük Çikaqo yanğını tarixdə nə ilk belə böyük ynğın olub, nə də sonuncu idi. Boston, London, Lissabon, Tokio... kimi böyük şəhərlər də müxtəlif zamanlarda yanıb (ya da yandırılıb). Sonra hər biri Çikaqo kimi öz küllərindən yenidən "doğulub".

Böyük Çikaqo yanğınının baş vermə səbəbi haqqında iki versiya var: kimisi deyir, bir tövlədə inək kerosin lampasını aşırıb, kimisi də deyir, yox, tövləyə oğru giribmiş, quru otu yandırıb gedib.

İnəyi anlamaq olar; öz ehtiyatsız hərəkətinin özü də, öz tövləsi də içində olmaqla şəhərin yarısını külə döndərəcəyini bilməyib. Bəs oğruya nə deyək?! Axı o heyvan deyil, insandır. Öz əməlinin nələrə səbəb olacağını bilir.

Bu uzun girişdən sonra keçək əsas mətləbə. Mətləb - "siyasi" yanğınlardır.

Tarixin müxtəlif zamanlarında və Dünynın müxtəlif yerlərində "siyasi" yanğınlar olub və günümüzdə də baş verir. Tutaq ki, qədim Efesdə (indiki İzmirdə deyək) Herostat Artemida məbədini yandırmışdı ki, tarixə düşsün. Onun siyasi məqsədi yox idi; hakimiyyətə etiraz əlaməti olaraq bu yanğını törətməmişdi. Amma bu gün Herostatdan da irəli gedənlər - siyasi motivlərlə şəhərlərə od vuranlar var.

Zaman-zaman hətta Avropanın orta göbəyində -Fransada belə yanğınlar olur. Hökumətə etiraz edənlər mağazaları, başqa obyektləri, avtomobilləri yandırırlar. Bu günlərdə Serbiyada, ardınca İndoneziyada bu cür - siyasi motivlərlə yanğınlar törədildi. İnsanlar hökumətə etiraz edərkən, hökumət binalarını yandırırlar. Daha əvvəl eyni əməllər Banqladeşdə də olmuşdu.

İndi sual olunur: tutaq ki, hökumət ədalətsizdir, yaxud fərasətsizdir, buna etiraz edərkən cinayətə yol verməyə nə lüzum?! Bunun bəraəti yoxdur axı. Yandırılan binalar ya dövlətin, ya da vətəndaşların əmlakıdır. Bu hökumətə - hökumət binalarındakı asamlara etiraz edirsən, binaların nə günahı var?! Tutaq ki, ölkəni daha abad, özünü daha azad görmək istəyirsən, ölkəni niyə yandırıb, özünü azadlıqdan məhrumetmə cəzasına məhkum etdirirsən?!

Bu yazını, bilirsiniz, niyə yazdım?! Əsasən sosial mediada Serbiyadakı, İndoneziyadakı "siyasi" yanğınların görüntülərini paylaşıb, az qala: "Əlinizə sağlıq!" "Bu bizə də lazım!" deyə rəy yazanlar var. Guya ölkədə daha yaxşı sosial-siyasi situasiya yaratmaq üçün mütləq haranısa dağıtmaq, haranısa yandırmaq lazımdır.

Bu cür adamların 19-cu əsrdəki Çikaqo tövləsində kerosin lampasını aşıran inəkdən, ya da tövləni yağmalamağa gəlmiş oğrudan fərqi var?! Yox!

Necə ola bilər ki, adam öz ölkəsini gözəlləşdirmək üçün... onu yandırsın?!

Bu, əlbəttə, ritorik sualdır.

Ölkən üçün can yandıra bilərsən, millətinə ürəyin yana bilər, amma bu hisslərin səni ölkənə od vurub yandıracaq nöqtəyə gətirirsə, bu, artıq ədalət deyil, cəhalətdir. Daha dəqiq desək, cinayətdir.

Sən hökumətdən nə qədər narazı olsan belə, dövlətini dağıtmağa haqqın yoxdur. Yanan da sənsənsə, bu cəhalət üzündən yaman da sən olarsan. Kiməsə, nəyəsə etirazın varsa, bunu bildirməyin onlarla qanuni yolu var. Qanunsuz yolla qanun tələb etməyə qalxsan, o qanun istəsə də səni qoruya bilməyəcək.

Başqa ölkələrdən öyrənəciyimiz o qədər yaradıcı yeniliklər var ki. Biz niyə başqasından dağıdıcılığı öyrənək?! Görüb-götürmək dünyasında hər gün çoxlu pis şeylər də görürük, amma yaxşıları götürsək, pis olmaz...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri