Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Antibiotiklərə davamlılıq 25-30 ildən sonra xərçənglə eyni səviyyədə ölüm səbəbinə çevrilə bilər.
TASS xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin elmi rəhbəri Stepan Kalmıkov SKIF-2026 beynəlxalq konfransı çərçivəsində bildirib.
Onun sözlərinə görə, qarşıdakı 25-30 il ərzində antibiotiklərə davamlılıq səbəbindən ölənlərin sayı xərçəng xəstəliklərindən ölənlərin sayını ötə bilər.
Antibiotiklərə davamlılıq bakteriyaların antibiotiklərin təsirinə baxmayaraq yaşamaq və çoxalmaq qabiliyyətidir. Antibiotiklərin tibbdə və kənd təsərrüfatında nəzarətsiz istifadəsi bu problemi qlobal təhlükəyə çevirib və infeksiyaların effektiv müalicəsini çətinləşdirib.
Kalmıkov biotəhlükəsizlik sahəsindəki digər ciddi təhdidlər sırasında yeni virus və bakteriyaların nəzarətsiz yayılmasını da qeyd edib.
Alim beynəlxalq elmi əməkdaşlığın vacib istiqamətləri kimi ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri, enerji və ərzaq təhlükəsizliyini göstərib. Onun fikrincə, ərzaq təhlükəsizliyi, xüsusilə Afrika və Latın Amerikası ölkələrində yoxsulluqla mübarizə ilə birbaşa bağlıdır.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 20 Oktyabr 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















