Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Dünyada sülhün ağır yükü diplomatiyanın çiynindədir

Dünyada sülhün ağır yükü diplomatiyanın çiynindədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

BMT yeni qlobal nizamın sınaq meydanında 

Suverenlik beynəlxalq münasibətlər sisteminin sarsılmaz təməl prinsipi olaraq qalmaqda davam etdiyi bir vaxtda, BMT Baş Assambleyası sentyabrın ­22-də Nyu-Yorkda 81-ci sessiyanın ümumi müzakirələrinə başlayır. Budəfəki sessiya bəşəriyyətin eyni vaxtda üzləşdiyi çoxsaylı və mürəkkəb qlobal çağırışların fonunda keçirilir. 

Təhlükəsizlik Şurası ən kəskin beynəlxalq böhranlarla bağlı ortaq qərarların qəbulunda ciddi çətinliklərlə üzləşir, suveren dövlətlər problemlərin həlli üçün alternativ diplomatik formatlara getdikcə daha çox müraciət edir, BMT isə maliyyə məhdudiyyətləri səbəbindən həm xərclərini, həm də sülhməramlı fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə azaltmaq məcburiyyətində qalır. Əslində, sadalanan problemlərin hər biri beynəlxalq sistem üçün yeni deyil. Lakin hazırda onların eyni vaxtda və bir-biri ilə qarşılıqlı əlaqədə meydana çıxması qlobal idarəetmə prosesləri qarşısında daha mürəkkəb mənzərə formalaşdırır. Beynəlxalq münaqişələrin və təhlükəsizlik böhranlarının sayı artır, onların qarşısının alınması və tənzimlənməsi isə getdikcə daha geniş dövlətlərarası koordinasiya tələb edir. 

Yaranmış mürəkkəb mənzərə xüsusilə Yaxın Şərqdə aydın şəkildə müşahidə olunur. ABŞ, İsrail və İran arasında hərbi gərginlik fasiləsiz davam edir, husilərin Qırmızı dənizdəki, xüsusilə Bab-əl-Məndəb boğazındakı fəaliyyəti qlobal gəmiçiliyə təhdidlər yaradır. Logistika zəncirlərinin qırılması nəticəsində yüklərin alternativ və daha uzun marşrutlarla daşınması qlobal inflyasiyanı sürətləndirir, regional toqquşmalar beynəlxalq enerji bazarlarına sarsıdıcı təsir göstərir. Qəzza nümunəsi qlobal ictimaiyyətin diqqət mərkəzində dayanır. ABŞ-ın nizamlanma planı əsasında Sülh Şurasının yaradılmasından sonra sektorun gələcəyi ilə bağlı mühüm məsələlərin əhəmiyyətli hissəsi tamam fərqli formata çıxarılıb. 
Maliyyə problemləri qeyd olunan neqativ tendensiyanı daha da dərinləşdirir. UN80 islahatları çərçivəsində 2026-cı il üçün BMT-nin müntəzəm büdcəsinin əvvəlki ildə təsdiqlənmiş göstərici ilə müqayisədə 15 faizdən çox azaldılması, ştat vahidlərinin sayının isə təxminən 18 faiz ixtisar edilməsi təklif olunur. Təşkilatın rəhbərliyi bu sərt tədbirləri səmərəliliyin artırılması, funksiyaların konsolidasiyası və təkrarlanan fəaliyyətlərin aradan qaldırılması zərurəti ilə əsaslandırır. Lakin genişmiqyaslı ixtisarların BMT-nin praktiki fəaliyyətinə təsiri də özünü göstərir. ­Sülhməramlı əməliyyatların, eləcə də xüsusi siyasi missiyaların imkanları məhdudlaşır. BMT-dən davamlı humanitar yardım, fəal vasitəçilik və münaqişə zonalarında təsirli iştirak gözlənildiyi bir vaxtda təşkilatın resurslarının azalması onun üzərinə düşən funksiyaların icrasını daha da çətinləşdirir.
***
Yaranmış mürəkkəb fonda BMT-də baş katibin dəyişməsi xüsusi aktuallıq kəsb edir. Antonio Quterreşin səlahiyyət müddəti cari ilin dekabrında başa çatır. Rəsmi şəkildə namizədliyi irəli sürülmüş şəxslər arasında Karolin Rodriges-Birkett, Rafael Qrossi, Maria Fernanda Espinosa Qarses, Olara Otunnu və Yvonne Aki-Savyerr yer alır. Namizədlərin hər biri beynəlxalq gündəliyin müxtəlif istiqamətlərinə diqqət yetirən fəaliyyət sahələri ilə seçilir. Karolin Rodriges-Birkett iqlim dəyişikliklərinin təsirlərinə məruz qalan kiçik ada dövlətlərinin problemlərini beynəlxalq gündəmdə önə çıxarır. 

Rafael Qrossi nüvə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması məsələləri üzrə uzunmüddətli diplomatik fəaliyyəti ilə tanınır. Maria Fernanda Espinosa Qarses inklüziv diplomatiya və qadın hüquqları məsələlərini diqqətdə saxlayır. Olara Otunnu sülh quruculuğu və münaqişələr zamanı uşaqların müdafiəsi istiqamətində fəaliyyəti ilə tanınır. Yvonne Aki-Savyerr isə qlobal cənub ölkələrinin üzləşdiyi problemlərlə yanaşı, sürətli urbanizasiya və şəhər inkişafı məsələlərini gündəmə gətirir. Formal baxımdan yeni baş katibi Baş Assambleya seçir. Lakin bunun üçün namizəd əvvəlcə Təhlükəsizlik Şurasının tövsiyəsini almalıdır. Bu prosedur baş katib seçkisini yalnız Baş Assambleyanın səsverməsi ilə məhdudlaşdırmır və daimi üzvlərin mövqelərini prosesin mühüm amilinə çevirir. ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransanın yanaşmaları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bütün sadalananlara rəğmən, mövcud böhranı yalnız BMT-nin qərar qəbul etmək iqtidarında olmaması ilə izah etmək doğru olmaz. Təşkilat humanitar, sülhməramlı və texniki istiqamətlərdə genişmiqyaslı fəaliyyətini davam etdirir. Baş Assambleya isə demək olar ki, universal qlobal forum statusunu qoruyub saxlayır. Bir çox məsələlərdə məhz bu universallıq BMT-yə daha dar tərkibli koalisiyalar qarşısında mühüm diplomatik imkanlar qazandırır. Mövcud institusional geriləmə heç də BMT-nin vaxtilə bütün dünya problemlərini həll edə bildiyi, indi isə bu qabiliyyətini tamamilə itirdiyi anlamına gəlmir. Əslində, təşkilatın tarixində heç vaxt tam ideal fəaliyyət dövrü olmayıb. “Soyuq müharibə” illərində də, sonrakı mərhələlərdə də BMT dəfələrlə ciddi siyasi dalanlarla üzləşib. Lakin bugünkü əsas problem Təhlükəsizlik Şurasının daimi üzvləri arasında kompromisin mümkün görünmədiyi həssas məsələlərin sayının artmasıdır. 

Məhz qeyd olunan yüksək səviyyəli diplomatik gərginliklərin episentrində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda keçirilən ümumi müzakirələrdəki iştirakı xüsusi strateji əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq platformalardakı fəal iştirakı ölkənin qlobal təhlükəsizlik arxitekturasına verdiyi mühüm töhfələrin məntiqi davamıdır. Ölkəmiz daim sülhün, sabitliyin, beynəlxalq hüquq normalarının aliliyinin tərəfdarı kimi çıxış edir. Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi göstərdi ki, dövlətimiz mürəkkəb qlobal prosesləri idarə etmək bacarığına malikdir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerjiyə keçid sahələrindəki qlobal təşəbbüslər ölkənin qlobal məsuliyyəti bölüşdüyünü sübuta yetirir.

Çoxtərəfli diplomatiyanın böhran yaşadığı müasir dövrdə Azərbaycanın balanslaşdırılmış və milli mənafelərə əsaslanan xarici siyasəti ideal model kimi diqqəti cəlb edir. Təşkilat çərçivəsində mövcud olan çatışmazlıqlara rəğmən, qlobal problemlərin müzakirəsi üçün fərqli alternativ platforma yoxdur. Diplomatik danışıqların, ikitərəfli və çoxtərəfli əlaqələrin intensivləşdirilməsi, müasir çağırışlara adekvat reaksiya verilməsi beynəlxalq münasibətlər sisteminin yaşaması üçün mühüm əhəmiyyət daşıyır. İştirakçı dövlətlər gələcək onilliklərin sülh arxitekturasını qurarkən fərqli yanaşmaları kənara qoyub bəşəriyyətin ümumi qurtuluşu naminə güclərini səfərbər etməlidirlər. Qlobal transformasiyalar dövründə ən böyük silah yenə də diplomatiya, dialoq, beynəlxalq hüquqa qeyd-şərtsiz əməl olunmasıdır. Təcavüzkar separatizm, ikili standartlar, dini və etnik dözümsüzlük kimi mənfi halların aradan qaldırılması yalnız güclü beynəlxalq iradə sayəsində mümkündür. Hər qəbul edilən sənəd, hər imzalanan bəyannamə kağız üzərində qalmamalı, real icra mexanizmləri ilə təmin edilməlidir. 

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri