Icma.az
close
up
RU
Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Psixi Sağlamlıq Günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə qeyd olunur. Günün məqsədi əhalinin psixi sağlamlıq problemləri, onun möhkəmləndirilməsi yolları, eləcə də psixi pozuntuların profilaktikası və müalicəsi barədə məlumatlılığını artırmaqdır.

Hər il oktyabrın 10-da qeyd edilən bu gün münasibətilə beynəlxalq psixiatriya təşkilatları tematik jurnallar nəşr edir, hökumət strukturlarına və səhiyyə orqanlarına müraciətlər ünvanlayaraq onları beynəlxalq təşəbbüsə qoşulmağa çağırırlar.

Psixi sağlamlıq ümumi sağlamlığın ayrılmaz hissəsi və mühüm komponentidir. O, hər bir insanın öz qabiliyyətlərini və potensialını reallaşdıra, gündəlik həyatın adi stresslərinin öhdəsindən gələ, səmərəli və məhsuldar işləyə, yaşadığı cəmiyyətin həyatına töhfə verə bildiyi rifah vəziyyəti kimi müəyyən edilir. Bu mənada psixi sağlamlıq hər bir insanın rifahının və bütövlükdə cəmiyyətin səmərəli fəaliyyətinin əsasını təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, hər 40 saniyədə isə bir nəfər intihar edir.

Ən geniş yayılmış psixi sağlamlıq problemlərindən biri depressiyadır. ÜST-nin məlumatına görə, hazırda depressiya il ərzində əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər arasında ilk yerdədir. COVID-19 pandemiyası da milyardlarla insanın adi həyat tərzini pozaraq əhalinin psixi sağlamlığına mənfi təsir göstərən amillərdən birinə çevrilib.

Qərb ölkələrində hər yeddi nəfərdən birinin paranoid və ya şizofreniya əlamətlərindən əziyyət çəkdiyi, yaxud depressiya və alkoqol asılılığına meyilli olduğu bildirilir. Bu hallar bəzən cinayətlərin törədilməsi və ya intiharla nəticələnə bilir. Psixi pozuntulardan əziyyət çəkən insanların əksəriyyəti isə təəssüf ki, ehtiyac duyduqları müalicəyə çıxış imkanına malik deyil. Bundan başqa, psixi pozuntular HİV, ürək-damar xəstəlikləri, diabet və digər xəstəliklərin inkişafı, eləcə də bədbəxt hadisələr və qəsdən özünə xəsarət yetirmə riskinin artması ilə əlaqələndirilir.

Buna görə də Ümumdünya Psixi Sağlamlıq Gününün əsas vəzifələrindən biri depressiv pozuntuların, şizofreniyanın, Altsheymer xəstəliyinin, narkotik asılılığının, epilepsiyanın və əqli inkişaf pozuntularının yayılmasının azaldılmasıdır.

Psixi pozuntuların artmasına informasiya yüklənməsi, dünyada baş verən siyasi və iqtisadi böhranlar da təsir göstərir. Stress isə bu problemlərin ilkin əlamətlərindən biri hesab olunur.

Müasir həyatın özü insanı stresslə üz-üzə qoyur. Siyasi və iqtisadi həyatda baş verən dəyişikliklər, iş yerindəki əlverişsiz şərait, o cümlədən damğalanma və ayrı-seçkilik, hətta ictimai nəqliyyatda səfər belə stressə səbəb ola bilər. Nəticədə insan gündəlik gərginliyə alışır və bu vəziyyət zamanla depressiyanın yaranması üçün zəmin yarada bilər.

Bütün stress amilləri insanların psixi sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, onların əmək qabiliyyəti və məhsuldarlığı üçün də ciddi risk yarada bilər. Dünya əhalisinin 60 faizini əmək qabiliyyətli insanların təşkil etdiyini nəzərə alsaq, həyat və əmək şəraitinin psixi sağlamlıq üçün risklərin qarşısını alması, onun qorunmasına və möhkəmləndirilməsinə xidmət etməsi xüsusi əhəmiyyət daşıyır.

Təəssüf ki, stress müasir insan həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar çox vaxt stresslə mübarizə aparmağa çalışır, lakin onun yaranmasının qarşısını almağın daha vacib olduğunu nəzərə almırlar. Halbuki bunun üçün gündəlik rejimin düzgün təşkili, iş və istirahət balansının qorunması, öz emosiyalarını idarə etmək bacarığının inkişaf etdirilməsi və ehtiyac yarandıqda ixtisaslı mütəxəssisə müraciət etmək kimi çoxsaylı imkanlar mövcuddur.

Müxbir - Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri