Icma.az
close
up
RU
Dünyada tuğyan edən virus Azərbaycan üçün təhlükə qapıda

Dünyada tuğyan edən virus Azərbaycan üçün təhlükə qapıda

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri "Honkonq qripi" kimi tanınan A(H3N2) virusunun sürətlə yayıldığını təsbit edirlər. Bu barədə ÜST-ün Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında deyilir.

Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb:

"Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır".

A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb. Bəs,həqiqətən narahatlığa səbəb varmı? Azərbaycanda onun yayılma ehtimalı nə qədərdir və hansı əlamətlərə diqqət etmək lazımdır?

Moderator.az-a danışan tibb sahəsi üzrə ekspert Rasif Bağırov deyib ki, “Honkonq qripi” klinik əlamətləri baxımından adi qriplərdən fərqlənmir:

“Xəstələrdə burun axması, öskürək, əzələ və sümük ağrıları kimi əlamətlər müşahidə olunur. Amma onun yoluxuculuğu çox yüksəkdir. Bu xəstəlik əvvəllər əsasən Çində və Honkonqda müşahidə olunub, lakin indi virusda müəyyən mutasiyalar yaranıb. Məsələn, koronavirus kimi, bu virus da zamanla mutasiya edir və təsiri zəifləyə bilər. “Honkonq qripi” ölümcül deyil, lakin yoluxma sürətli olduğundan əhali arasında geniş yayılırsa, insanların iş qabiliyyətinə təsir edərək ölkə iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilər. Həyat üçün təhlükə isə əsasən ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəlikləri və digər xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Bu qrupdakı xəstələrdə xəstəlik daha ağır keçir. Xüsusilə ürək-damar xəstəlikləri olan və ya 65 yaşdan yuxarı şəxslərdə xəstəlik daha ağır keçə bilər. Cavan adamlarda isə ciddi problem yaranmır.

Mövsümi peyvəndlərin tərkibində “Honkonq qripi” virusunun vaksini də var. Peyvənd olunan şəxslər yoluxma riskini azaldır, ona görə də peyvəndlənmək faydalıdır. Azərbaycana virusun gələ biləcəyi ehtimalı mövcuddur, çünki ölkəmizdə Çinlə sıx əlaqələr var. Virus əsasən hava-damcı yolu ilə yayıldığından, xəstə insanlarla yaxın kontaktdan çəkinmək, maska istifadə etmək və gigiyena qaydalarına riayət etmək yoluxmanın qarşısını almağa kömək edir. "Honkonq qripi" Azərbaycanda da yayıla bilər və bəlkə artıq ölkəyə daxil olub, sadəcə xəbərimiz yoxdur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri