Icma.az
close
up
RU
Dünyada yeganə mükafatın sahibi Tofiq Bəhramovun anadan olmasının 100 illiyidir

Dünyada yeganə mükafatın sahibi Tofiq Bəhramovun anadan olmasının 100 illiyidir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan futbolçusu, tanınmış futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Tofiq Bəhramov 1925-ci ildə Bakıda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşüblər.

Futbolçu karyerasına 1943-cü ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyanik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin sözlərinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsi ilə digər oyunçulardan fərqlənib.

Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına hakim kimi təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-də beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. İki oyunda baş hakim, altı oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.

O, Nikolay Latışevdən sonra Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

1966-cı ildə FIFA Dünya Kubokunun futbol oyunu həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Ceff Herstin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi.

Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdular.

Tofiq Bəhramov bu oyundan sonra, həmçinin Böyük Britaniya kraliçası II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" (Dünya Kuboku) mükafatına layiq görülüb.

Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci ilin dünya çempionatında da hakimlik edib. Meksikada keçirilən mundialda Bəhramov üç oyunu, ən əsası isə əfsanəvi qarşılaşma sayılan Braziliya-Uruqvay yarımfinal görüşünü idarə edib.

1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ komandası dünya yığması ilə qarşılaşıb, həmin görüşü də Bəhramov idarə edib.

O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ("Estudiantes" - "Mançester Yunayted" oyununda yan xətt, "İndependyente" - "Ayaks" matçında isə baş hakim) ədaləti təmin edib.

1972-ci ildə UEFA Kubokunun final matçı ("Vulverhempton" - "Tottenhem") da ona tapşırılıb.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb.

1975-ci ildə yenidən "Neftçi"yə qayıdan Bəhramov üç il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib.

Bəhramov "Neftçi"nin rəisi vəzifəsində də çalışıb.

O, 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.

1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.

Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə yan xətt hakimi kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da üçüncü dəfə infarkt keçirib və dünyasını dəyişib.

Bəhramov haqqında sənədli film də çəkilib.

"Freeview Playback" şirkəti Böyük Britaniya sakinləri arasında "Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?" sualı əsasında sorğunun nəticələrini müəyyənləşdirib. Nəticələrə görə, Ceff Herstin vurduğu qol birinci, Tofiq Bəhramov ikinci, "Əsas instinkt" filmindəki Şeron Stounun qalmaqallı epizodu üçüncü yerlə dəyərləndirilib.

2004-cü ildə vəfat edən ingilis yazıçı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri dünya çempionatının final oyununu idarə edən hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır: "Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi.

Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlayıblar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıya gəldilər. Həmin gün əfsanəvi hakimin şərəfinə ucaldılan abidənin açılış mərasimi də keçirildi. Dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FIFA-nın prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak ediblər.

Qeyd edək ki, 2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb.

Tofiq Bəhramov 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı da olub.

Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri