Icma.az
close
up
RU
Dünyamızın güclü liderlərə ehtiyacı var...

Dünyamızın güclü liderlərə ehtiyacı var...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya uzunmüddətli qeyri-müəyyənlik mərhələsinə daxil olub. Siyasi sistemlər zəifləyir, beynəlxalq nizam çökür, güc mərkəzləri arasında balans pozulur. Müxtəlif siyasi liderlərin qərarsızlığı, qeyri-praqmatik yanaşmaları və xaosa səbəb olan qərarları qlobal sabitliyə mənfi təsir edir.

Bu xaosun əsas səbəblərindən biri liderlik böhranıdır. Bir çox ölkədə qərarsız, qısa müddətli maraqlara xidmət edən və ictimai dəstəyi itirmiş siyasətçilər hakimiyyətdədir. Onların qeyri-sabit qərarları təkcə öz ölkələrində deyil, qlobal səviyyədə də ciddi fəsadlar yaradır.

Məhz bu səbəbdən hazırkı mərhələdə dünya idarəçiliyi bacaran, proqnozlaşdırıla bilən və dövlətlərarası balansı qoruya biləcək liderlərə ehtiyac duyur.

Siyasi liderlər arasında praqmatizm getdikcə azalır. Bunun əvəzinə populizm, qısa müddətli siyasi qazanclar və ideoloji təəssübkeşlik ön plana çıxıb.

Qərb dövlətlərində liderlik böhranı daha kəskin hiss olunur. Məsələn, Fransada Emmanuel Makronun hakimiyyəti dövründə ölkə ardıcıl sosial böhranlarla üzləşib, etirazlar və qeyri-sabitlik normaya çevrilib. Siyasi kursun qeyri-müəyyənliyi ölkənin daxili sabitliyini sarsıdır və bu, ölkənin xarici siyasətinə də təsir edir. Fransa Afrikadan, Yaxın Şərqdən, Cənubi Qafqazdan qovulub…
Beynəlxalq münasibətlər nəzəriyyələrinə görə, dünya sisteminin sabit qalması üçün güc balansı və proqnozlaşdırılan liderlər vacibdir. Güclü dövlətlər sabitliyi təmin edən liderlər vasitəsilə balansı qoruyurlar. Əgər liderlər qətiyyətsiz və qeyri-sabitdirsə, dövlətlərarası münasibətlərdə xaos yaranır. Bu gün məhz belə bir mərhələdən keçirik: liderlər arasında qərarsızlıq, ideoloji mübarizə və qlobal səviyyədə boşluq hökm sürür.

Bu fonda güclü liderlər qlobal sabitliyin təmin olunmasında mühüm rol oynayırlar. Azərbaycanda Prezident İlham Əliyevin siyasəti bunun bariz nümunəsidir. Onun qətiyyətli və strateji yanaşması ölkədə daxili stabilliyi təmin etməklə yanaşı, regionda yeni reallıq formalaşdırıb. Azərbaycan 30 ilə yaxın davam edən torpaq münaqişəsini öz gücü və diplomatik strategiyası sayəsində həll edərək, Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin qurulmasına nail olub. İlham Əliyevin liderliyi yalnız hərbi uğurlarla məhdudlaşmır. O, eyni zamanda regional əməkdaşlıq və iqtisadi inkişaf baxımından da ölkəni mühüm qlobal oyunçulardan birinə çevirib. Onun siyasəti praqmatizmə, milli maraqlara və güclü idarəçilik prinsipinə əsaslanır.

Son onilliklər ərzində dünyaya “demokratiya ixrac etməyə” çalışan Qərb dövlətləri artıq yeni reallığı qəbul etməyə başlayıblar. Əfqanıstan, İraq, Liviya kimi ölkələrdə xarici müdaxilələrin gətirdiyi “demokratiya” daha böyük xaos və qeyri-sabitlik yaratdı. Qərbdə bir çoxları artıq anlayır ki, ölkələrin idarəçilik sistemi daxili reallıqlara və milli maraqlara əsaslanmalıdır.

Beləliklə, qlobal qeyri-müəyyənlik dövrü uzandıqca, yeni düzənin yaranma ehtimalı azalır və xaos qaçılmaz olur. Bu mərhələdən keçmək üçün qətiyyətli, praqmatik və proqnozlaşdırıla bilən liderlər vacibdir. Tarix göstərir ki, liderlik böhranı olan dövrlərdə regional münaqişələr, dünya müharibələri hökm sürüb. Qısa müddətli populizm və siyasi qeyri-müəyyənlik yerini güclü idarəçiliyə və milli maraqlara əsaslanan siyasətə verməlidir. Yalnız bu halda dünya yeni qlobal nizamını formalaşdıra bilər.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri