Icma.az
close
up
RU
Dünyanı fəth edən BAKILI AİLƏ Biri “Oskar” alıb, digəri Sofi Lorenin… TARİXİ ARAŞDIRMA (FOTOLAR)

Dünyanı fəth edən BAKILI AİLƏ Biri “Oskar” alıb, digəri Sofi Lorenin… TARİXİ ARAŞDIRMA (FOTOLAR)

Icma.az, Gununsesi-ə istinadən məlumat verir Dünyanı fəth edən BAKILI AİLƏ Biri “Oskar” alıb, digəri Sofi Lorenin… TARİXİ ARAŞDIRMA (FOTOLAR).

Gununsesi.info xəbər verir ki, HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Bakı nefti ilə zəngin olan, dünyanı fəth edən milyonçu Şiffrinlər ailəsinin köklərini, varislərini araşdırıb. 

“Uzaq bir ölkədə Bakı neftinin qoxusunu duyan bir tacir həyat yoldaşını da tez yanına alıb məsafələr qət edərək milyonçular yetişdirən Xəzərin sahilinə – Azərbaycana gəlir. Bu adi tacir də bir müddət sonra Bakının qara qızılının milyonlarına bürünüb şan-şöhrətli bir neft maqnatına çevrilir. Doğub-törəyirlər, artırlar. Bakı  neftinin milyoçuya çevridiyi bu ailəni oktyabr ilqilabının dalğaları pərən-pərən salır. Fransa sahillərinə yan almalı olan bu ailənin fərdləri dünyanı fəth etməyə, tarix yazmağa başlayırlar. Qəfildən əsən müharibə rüzgarı Şiffrinlər ailəsini Amerika sahillərinə vurur. Yəhudi qanı daşıdıqlarına görə daimi təziqlərə məruz qalan Şiffrinlər ailəsi öz uğurları ilə dünya tarixinə həkk olunurlar”.

Bakıda doğulub-böyüyən yəhudi-rus əsilli məşhur Şiffrin qardaşlarının həyatı araşdırılıb. Uzun müddət davam edən axtarışlar nəticəsində Şiffrinlərin həyatı, mübarizələri, uğurları ilə bağlı önəmli fatkları üzə çıxarılıb.

Hazırda dünyanın hər yerində ən yüksək vəzifələrdə çalışan Şiffrinlərin məşhur varisləri HafizTimes.com-a eksklüziv açıqlamlarında ilk dəfə olaraq ailə kökləri, baba yurdları olan Azərbaycanla bağlı fikirlərini ifadə ediblər.

  “Simon Şiffrin Amerika Kino Akademiyasının “Oskar mükafatına layiq görülüb”.

Simon Şiffrin – Məşhur film istehsalçısı, rejissor, film produseri. 1894-cü ilin 29 sentyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Əsl adı Semyon Savelevich (Shevelevich) Şiffrin olub. Daha sonra adı Simon Şiffrin kimi təqdim edilib.

İlk fransız film istehsal şirkətinin təsisçisi – sahibi olub. Bu şirkət əvvəllər onun öz adını daşıyıb: “Les Films Simon Schiffrin”. Daha sonralar isə “Flags Films” adlandırılıb. Ömrünün  41 ilini kino sahəsinə  həsr edib.(1927 – 1967)

Şiffrinlər ailəsinin varisi, məşhur jurnalist Anya Şiffrin

Simon Şiffrin Bakıda zəngin bir yəhudi – rus ailəsində dünyaya gəlib. Atası Saveliy Lvoviç (Şevel Leyboviç) Şiffrin olub. İlk vaxtlar o, “mqlinski meşşan”, “1-ci gildiyanın taciri” olub.  Saveliy Lvoviç Şiffrin 1892-ci ildən etibarən Bakıda tanınmış milyonçu – neft maqnatına çevrilib. Şiffrin ailəsi 1917-ci ilin oktyabr inqilabına qədər Bakıda neft maqnatı kimi həyat sürüblər. O, həmçinin Bakıda sulfat – sement zavodlarının sahibi olub. Nobel qardaşları ilə yaxın münasibət qurub, əməkdaşlıq edib. Simon Şiffrinin anası Fedosya Aleksandrovna Shiffrin (Litvinov) Moskvada məşhur at yetişdirən Litvinovun qızı olub.

Simon Şiffrin – İlk fransız kino istehsalı şirkətinin rəhbəri

Simon Şiffringil ailədə 5 uşaq olub.  Yevgeni Şiffrin adlı bir bacıları olub. Yevgeni ailənin ən böyük övladı olub.  1890-cı ildə  Voronejdə anadan olub. 1905-1908 illərdə  Bakıda 2-ci qızlar gimnaziyasında təhsil alıb.

Simon Şiffrinin qardaşı Jacques Şiffrin

Jacques Schiffrin  –  1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1899-cu ildə Bakıda ailənin kiçik övladı Lev, 1900-cu ildə isə Aleksandr dünyaya gəlib. Onların həyatları barədə təəssüf ki, heç bir məlumat mövcud deyil.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

1-ci Dünya Müharibəsi zamanı Şiffrin ailəsi Bakını tərk edib Fransaya köçdülər, bir müddət orduda xidmət etdilər. İkinci Dünya müharibəsi başlayanda isə Simon və Jacques Şiffrin qardaşları ailələri ilə birlikdə ABŞ-a sığındılar. Ancaq müharibənin sonunda Simon Şiffrin Fransaya qayıtdı və Jaques isə həyatının sonuna qədər ABŞ-da yaşadı. 1960-cı illərdə və sonralar Simon Shiffrin bir neçə dəfə SSRİ -ni ziyarət edib.

Simon Şiffrin və Sofi Loren Moskvada festivalda

“Simon Şiffrin məşhur italyan kino-ulduzu Sofi Lorenlə birlikdə Moskvaya gəlib”

– Fransa kino istehsalı şirkətinin sahibi milyonçu Simon Şiffrin müharibədən sonra 1965-ci ildə SSRİ -yə yenidən səfər edir. Bu zaman o, məşhur italyan aktrisa Sofi Loreni müşayət edir. İtalyan aktrisa IV Beynəlxalq Moskva Film Festivalında iştirak edir. O,  Vittorio de Sicanın  “İtalyada nikah” adlı filmdəki roluna görə mükafatlandırılır.

Simon Şiffrin, Karlo Ponti, Sofi Loren

Simon Şiffrinlə yanaşı məşhur aktrisanı gələcək həyat yoldaşı film produseri Karlo Ponti də müşayət edib. Simon Şiffrin Sofi Lorenlə birlikdə Moskva küçələrində gəzib, insanlarla şəkillər çəkdiriblər. Milyonçu Simon Şiffrinin cazibədar Sofi Lorenə baxan zaman çəkilmiş şəkli uzun müddət müzakirə mövzusu olub. 

“Bakılı Simon Shiffrinə “Chagall” filminə görə “Oskar” təqdim olunur”

 -Simon Şiffrinin çəkdiyi “Chagall”(1963) filmi 1964-cü ildə Amerika Kino Akademiyasının “Ən yaxşı qısa sənədli film” kateqoriyasında – “Oskar” mükafatına layiq görülür. 36 dəqiqəlik fransız sənədli filmində rəssam və yazıçı Marc Chagall-ın həyat və fəaliyyətindən bəhs olunur.  İtaliyalı rejissor Lauro Venturi tərəfindən çəkilən filmdə Mark Chagall-ı canlı olaraq görə bilərsiniz. Təəssüf ki, 13 aprel 1964-cu ildə baş tutan “Oskar” mükafatının təqdim etmə mərasimində Simon Şiffrinin özü iştirak edə bilmir. Onun mükafatını Yosef Auerbaxın qəbul edir.

Simon Şiffrin və Sofi Loren Moskvada

Simon Şiffrin 22 iyul 1985-ci ildə Fransanın paytaxtı Paris şəhərində 90 yaşında dünyasını dəyişir.

Jacques (Jak) Schiffrin – Məşhur naşir, tərcüməçi, Bakı neft kralı Savely L. Şiffrininin oğlu,  Simon Şiffrinin isə qardaşıdır.

– Jak Şiffrinin də həyatı heç də asan keçməyib. O da bütün ömrü boyu köçkün həyatı yaşamalı olub. 1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1917-ci ildə oktyabr inqilabı başlayanda Bakını tərk edib, ailəsi ilə birlikdə Parisə sığınır. Orada nəşriyyat sahəsi ilə məşğul olur. Müharibədən sonra Parisdə  özünə məxsus məşhur “Edicions de la Pleiade” nəşriyyatının əsasını qoyur. Görkəmli şəxsiyyətlərin, yazarların əsərlərini, klassik ədəbiyyat nümunələrini nəşr edir. Tez bir zamanda böyük şöhrət qazanır.

Şiffrin qardaşlarının nəticələri

Amma bir müddət sonra İkinci Dünya müharibəsi başlayır. Fransa faşistlərin istilasına məruz qalır. Həmçinin Fransada da yəhudi əsilli insanlar barəsində sərt tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilir. Yəhudi əsilli ailənin övladı olan Jaques Şiffrin də təziqlərə məruz qalır. Nəticədə o, bütün işini, mal-mülkünü atır və ailəsi ilə birlikdə Nyu-Yorka köçməli olur.

Cibində pulu olmayan J. Şiffrin Nyu-Yorkda iş axtarır, müxtəlif yerlərdə çalışmalı olur, çətinliklərlə üzləşir.

“Jacques Şiffrin Nyu-Yorkda məşhur “Pantheon Books”un əsasını qoyub”.

 – “Pantheon Books”da “Fransanın mübarizəsi” başlıqlı əsərlər nəşr etdirir. Tezliklə dünyanın ən məşhur yazarlarının əsərlərini nəşr edir. Böyük şöhrət qazanır. Dünya ədəbiyyatının təbliği, yayılması istiqamətində onun gördüyü işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlara baxmayaraq Jacques Şiffrin dəfələrlə Fransaya, öz köhnə nəşriyyatına,  dostlarının yanına  qayıtmaq istəyir. Amma təssüf ki, onun istəyi  baş tutmur.

Jacques Şiffrinin nəvəsi Jurnalist Anya Şiffrin

Jacques Şiffrinin vəfatından sonra 1961-ci ildə “Pantheon Books” nəhəng “Random House” tərəfindən satın alınır. Qeyd edək ki, bu gün “Pantheon Books” Amerikada heç kəsdən aslı olmayan müstəqil bir kitab nəşriyyat orqanıdır və “Knopf Doubleday” yayım qrupunun bir hissəsidir.

Qeyd edək ki, Jacques Şiffrin 1950-ci ildə Nyu-Yorkda vəfat edib və orada dəfn olunub.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

 Andre Schiffrin – Məşhur amerikan yazar, naşir.  J. Şiffrinin yeganə oğludur.

– 1935-ci ilin 14 iyun tarixində Parisdə  dünyaya gəlib. Andre Şiffrin kommunizmə qarşı mübarizə aparan bir sosialist olub. O, Çexoslovakiyanın Sovetlər tərəfindən işğalına, Vyetnamda ABŞ müharibəsinə qarşı çıxıb. Andre Şiffrin Demokratik Cəmiyyət üçün tələbələr yetişdirməklə bağlı təşkilatın ilk qurucusu olub. Həmçinin A. Şiffrin dəyərli əsərləri Amerika xalqına təqdim etmək kimi məsuliyyətli bir vəzifəni də icra edib.

“Andre Şiffrin 28 il nəhəng “Pantheon Books”un yayım müdiri vəzifəsində çalışıb”.

 – 1990-ci ildə isə özünün yeni, heç bir maddi məqsəd güdməyən “New Press” nəşriyyatının əsasını qoyur. O, açıqlamasında bildirir ki, həmin illərdə iqtisadi maraqlara görə ciddi əsərlərin yayımlanmasına qarşı qadağalar tətbiq olunurdu. Məhz bu səbəbdən A. Şiffrin 28 il rəhbər vəzifədə çalışdığı, atasının təsis etdiyi “Pantheon Books”u tərk edir və heç bir iqtisadi aslılığı olmayan yeni bir nəşriyyat “New Press”i yaradır. 2011-ci ildə A. Şiffrin Fransa hökuməti tərəfindən “Légion d’honneur Chevalier” elan edilib.  2013-cü ilin dekabrın 1-də  Parisdə xərçəngdən dünyasını dəyişib.

Andre Şiffrinin qızı Natalya Şiffrin

Andre Şiffrinin iki qız övladı olub. Bir qızı məşhur jurnalist Anya Şiffrin iqtisadçı və Nobel mükafatı laureatı Jozef Stiglitz ilə evlidir. Digər qızı Natalya Şiffrin beynəlxalq dərəcəli hüquqşünas Philippe Sands ilə ailə həyatı qurub.

Anya Şiffrin və həyat yoldaşı Nobel mükafatlı iqtisadçı, yazıçı Cozef E. Stiglitz

HafizTimes.com çox çətinliklə də olsa Bakılı Şiffrin qardaşlarının məşhur varislərini tapıb,  həmsöhbət olmağa çalışıb:

Anya Şiffrin – Kolumbiya Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Məktəbində (SIPA) Texnologiya, Media və Əlaqələr (TMaC) bölməsi üzrə direktor.  Beynəlxalq və İctimai Məsələlər Məktəbində müəllim. Amerikalı biznes jurnalisti. Barselonada “Reuters”in qurucusudur. Nyu-Yorkda “The Industry Standard”da maliyyə yazarı, Amsterdam və Hanoidə “Dow Jones Newswires”in büro şefidir. Kolumbiyadakı  Jurnalistika məktəktəbində biznes jurnalistliyi üzrə akademik işçidir. Reed  Kollecin məzundur.

Anya  Schiffrin həmçinin Açıq Cəmiyyət Fondunun Müstəqil Jurnalistika üzrə Proqramı, Qlobal İdarə Heyəti və Təbii Resursları İdarəetmə İnstitutu da daxil olmaqla bir çox qurumlarda fəaliyyət göstərir. Anya Şiffirin 2004 -cü ildə Nyu-Yorkda Kolumbiya Universitetində dərs deyən Nobel mükafatlı iqtisadçı və yazıçı Cozef E. Stiglitzlə ailə həyatı qurub:

“Bizim ailəmizlə bağlı araşdırma apardığınıza görə sizə dərindən təşəkkür edirəm. Mənim babam Jacques Şiffrinin Azərbaycanla bağlı xətirələri çox idi. Bəzən babam Azərbaycanla bağlı danışardı… Mən yaxşı xatırlamıram. Babam çox illər öncə vəfat edib.  O,  Bakı şəhərində dünyaya gəlib. 

Mən də şəxsən işimlə əlaqədar olaraq 3 dəfə Bakıda olmuşam. Atam da Bakıya səfər edib.Bakı çox gözəl bir şəhərdir”, – deyə Anya Şiffrin HafizTimes.com-a bildirib. 

Jacques Şiffrinin nəvəsi Natalya Şiffrin

Natalia Şiffrin – Məşhur vəkil. 1992-ci ildən bəri Nyu-York Vəkillər Kollegiyasının üzvüdür. İnsan Hüquqlarının Qorunması üzrə Mərkəzdə çalışır. Uşaqların qoruması ilə bağlı fəaliyyət göstərir. İngiltərədə Uşaqların Hüquqları Birliyində çalışıb. “London Multi-Agency Public Protection Arrangement”də strateji idarə heyətinin üzvü və hakimidir.

Natalya Şiffrinin həyat yoldaşı məşhur hüquqşünas Philippe Sands

Philippe Sands – “Matrix Chambers”də britaniya-fransalı hüquqşünas. Hüquq üzrə professor və London Universitet – Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktorudur. Beynəlxalq hüquq üzrə mütəxəssisdir. O, həmçinin  Beynəlxalq Ədalət Məhkəməsində, Dəniz Hüquqları üzrə Beynəlxalq Tribunalda, Avropa Ədalət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəmlərində vəkil və məsləhətçi kim çıxış edir. P. Sands İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID) və İdman üzrə Arbitraj Məhkəməsində (CAS) hakim panelində təmsil olunur. O, beynəlxalq hüquqa dair 16 kitabın müəllifidir. (“Lawless World” və “Torture Team”) . Onun “East West Street: On the Origins of Genocide and Crimes against Humanity” adlı kitabı çox saylı mükafatlara layiq görülüb. O cümlədən 2016-cı ildə “Baillie Gifford” mükafatına layiq görülüb. Phillpe Sands “English PEN”in prezidentidir. Şimali Londonda həyat yoldaşı və üç uşağı ilə yaşayır. Jacques Şiffrinin nəvəsi Natalya Şiffrinin həyat yoldaşıdır:

“Sizə təşəkkkür edirəm ki, Şiffrinlər ailəsi ilə bağlı araşdırma aparıbsınız. Mən də hər kəs kimi Şiffrinlər ailəsi ilə fəxr edirəm. Mənim həyat yoldaşım Natalya xanım Jacques Şiffrinin nəvəsidir. Onun nəticəsi də hazırda BBC-də jurnalist kimi çalışır. Sizə öz təşəkkürlərimizi göndərirəm.

Əminəm ki, gözəl Bakı şəhərinə səfər edən zaman sizinlə görüşəcəyik və bu ailə barədə daha ətraflı söhbət edəcəyik”- deyə Plippe Sands qeyd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səkkizinci siniflər üçün YENİLİK

15 Fevral 2025 06:01see126

Tramp ABŞ nin enerji dominantlığı üzrə şura yaradıb

15 Fevral 2025 03:46see114

“Ədalətin həyatda ən böyük uduşu, Aygünlə evlənməsi olub” Vasif

15 Fevral 2025 09:36see113

Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… Ekstrasens

15 Fevral 2025 08:32see113

Trampın Zelenski ilə söhbətinin Putinlə müqayisədə niyə qısa olub?

15 Fevral 2025 11:23see113

ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib

15 Fevral 2025 01:00see111

6 aya Ukrayna müharibəsi bitə bilər Orban

15 Fevral 2025 01:12see110

ABŞ tektonik təhlükə səbəbindən Yer üzündən yox ola bilər…

15 Fevral 2025 00:34see109

“Leypsiq” “Auqsburq”la bacarmadı

15 Fevral 2025 01:28see109

Qisas zamanıdır: Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir TƏHLİL

15 Fevral 2025 07:19see108

Pistorus: Hərbi xərclərin artırılması Almaniyanın yeni hökuməti üçün əsas prioritetdir

15 Fevral 2025 00:15see107

Tayvanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

15 Fevral 2025 11:12see107

“Ermənistan siyasi dilənçiyə çevrilib”

15 Fevral 2025 11:27see106

Salyanda 6 otaqlı evdə yanğın olub

15 Fevral 2025 11:21see106

Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsi başlayır

15 Fevral 2025 09:24see106

Pul insanı belə dəyişdirir Empatiya azalır və…

15 Fevral 2025 13:34see105

Şəmkirdə əməliyyat: silahlı şəxslər saxlanıldı

15 Fevral 2025 17:21see105

Türkiyədə Qardan Gəlin ə 1 milyon lirəlik qızıl TAXDILAR

14 Fevral 2025 22:29see105

Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”

14 Fevral 2025 22:35see104

“Artıq bu mövzudan bezmişəm” Ançelotti

15 Fevral 2025 03:44see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri