Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Dünyanı gəzən Sadiq Ağali: Səyahət özünü tanımaqdır, əsl hekayələr yoldadır

Dünyanı gəzən Sadiq Ağali: Səyahət özünü tanımaqdır, əsl hekayələr yoldadır

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müxtəlif ölkələrə səyahətlər yeni yerlər görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və gündəlik mühitdən uzaqlaşmaq imkanı yaradır. Fərqli şəhərlərə səfər edən insanlar oradakı həyat tərzini, adət-ənənələri və insanların gündəlik yaşayışını yaxından müşahidə edirlər. Bu proses həm dünyagörüşünün genişlənməsinə, həm də şəxsi təcrübənin artmasına səbəb olur.

Belə şəxslərdən biri də hər səfərini böyük təcrübə hesab edən Sadiq Ağalidir.

Oxu.Az müxtəlif məkanları ziyarət edən Sadiq Ağali ilə həmsöhbət olub.

View this post on Instagram

O, 1991-ci il noyabrın 11-də Abşeronun Saray qəsəbəsində dünyaya göz açıb.

Bir çox ölkələri gəzən və maraqlı xatirələri özünün sosial media hesablarında izləyiciləri ilə bölüşən S.Ağali yaşadığı dünyanı tanımağa çalışdığı bildirir.

- Sizi səyahətçiliyə sövq edən nə olub?

- Hər insanın bir xarakteri olur. Görünür, mənim də xarakterim belədir, daimi olaraq yollar məni çağırır, hara getməyin fərqi yoxdur, əsas məsələ gəzməkdir.

- Getdiyiniz ölkə və şəhərlər gözləntilərinizi doğruldubmu?

- Əslində buna şəhər, ölkə olaraq deyil, region olaraq baxmaq doğrudur. Elə şəhər var ki, orada sıxılırsan, eləsi var ki, üç günlük getsən də, daha çox qalırsan. Bəzilərinə isə təkrar-təkrar getmək istəyirsən. Hər şəhər fərqli insan xarakterlərinə xitab edir. Mən daha çox təbiət və tarix sevən biri olduğumdan bu maraqla getdiyim şəhərlər də əksərən gözləntilərimi doğruldub.

- İlk dəfə səyahətə nə zaman başlamısınız? Unudulmaz anınız olubmu?

- Səyahətlərə uzun illər öncə başlamışdım, amma səfərlərə aktiv şəkildə pandemiyadan sonra - 2021-ci ildə başladım. Pandemiyada evdən çıxa bilməmək özü çox böyük dərs idi.

- Düşdüyünüz mühitə tez uyğunlaşırsınız, yoxsa çətinliklər olur?

- İstənilən mühitə tez alışan biriyəm, səyahətlərin sayı çoxaldıqca bu uyğunlaşma daha da artır. Hamımız bu dünyanın bir parçasıyıq, buna görə də haradasa özümü yad hiss etmirəm.

- Maraqlı ibadətgahları ziyarət edirsiniz, bunların içərisində ən maraqlı və yaddaqalan hansı olub?

- İbadətgah olaraq sözsüz ki, bir çoxunun adını çəkmək mümkündür. Amma İndoneziyada yerləşən Borobudur məbədi olduqca maraqlı tarixə və mənaya sahib idi.

- Ən qəribə adət-ənənə ilə hansı ölkədə qarşılaşdınız?

- Ayrıca bir ənənəsinə görə yox, bütövlükdə qəribə adətləri (bu onlar üçün qəribə deyil) olan ölkə mənim üçün İndoneziyadır. Çünki orada tək bir din, dil, irq yoxdur. Onlarla ada, hər birində fərqli mədəniyyətlər, fərqli rituallar var. Amma yəqin ki, Sulavesi adasında gördüyüm dəfn ritualları xeyli maraqlı idi.

- Səyahət zamanı "kaş bunu etməzdim" dediyiniz bir an olub?

- Mən "kəpənək effekti"nə inanan biriyəm onun üçün də heç bir şeyi "kaş etməzdim" olaraq dəyərləndirmirəm. Onsuz da zamanı geriyə qaytara bilmərik, nəsə bir şey baş verirsə, bu bəlkə də gələcəkdə olacaq yaxşı şeylərə vəsilədir.

- Təhlükəli məqamlarla üzləşmisiniz?

- Əlbəttə. Xüsusilə cənubi Amerikanın böyük şəhərlərindəki gecəqondu məhəllələrində. Amma bunun özü də bir macəradır, gözəldir. Çünki, bu, cənubi Amerikanın ruhunda var.

Bir çox təhlükəli hadisəni qeyd etmək olar. Amma birini deyəcək olsam, məsələn, Perunun paytaxtı Limanın çox təhlükəli gecəqondular məhəlləsi var: bunlara "barriada" deyilir və cinayət faizi olduqca yüksək yerlərdir. Bunlardan birində olduğum vaxt qarşımı silahlı şəxslər kəsib, olduqca aqressiv şəkildə bütün pulumu və telefonumu tələb etmişdilər. Təbii ki, öncədən bunun baş verəcəyini nəzərə aldığımız üçün həmin yerə cibimdə cəmi 30 Peru solu (təxminən 15 manat) və olduqca köhnə bir telefonla getmişdim. Həmin şəxslərə cibimdə cəmi 30 sol olduğunu bununla da şəhərə geri qayıdacağımı bildirmişdim. Hətta söhbətin sonunda da bir xeyli gülüşdükdən sonra mənə oraların necə təhlükəli olduğunu, silahlı şəxslərin təkcə onlar olmadığını, bu məhəllələrdə gəzməyin digər risklərini də demişdilər. Təbii ki, bunların hamısını bilirdim. Ümumiyyətlə bu kimi ərazilərdə yaşayan insanlar ilk növbədə hörmət gözləyirlər. Turistlər gəlib əllərində telefon evlərinin içinə qədər çəkir, onlar isə əcnəbilərin bu yuxarıdan aşağı baxışlarını sevmir və onlara aqressiv reaksiya göstərirlər. Amma hörmət çərçivəsində və şirin dillə hər şeyin bir çarəsi tapılır.

- Səfərlər sizdə nəyi dəyişdi, sizə özünüzlə bağlı nə öyrətdi?

- Bir çox şeyi, özəlliklə də özümü daha yaxından tanımağıma, yaşadığımız dünyanı daha dərindən dərk etməyimə səbəb oldu.

Edə biləcəklərimi, həyata keçirə bilməyəcəklərimi daha çox öyrəndim. İnsanın özünə fokuslanmasının gərək olduğunu səyahətlər daha dərindən öyrədir.

- Bu kontekstdə həyata baxışınızda nə kimi dəyişiklər yaranıb?

- Dünyanın sadəcə yaşadığımız evdən, məhəllədən, qəsəbədən, şəhərdən, rayondan, ölkədən, regiondan ibarət olmadığının daha çox fərqinə vardım. Dünyadakı 8 milyarddan çox insanın hər biri öz həyat hekayəsinin qəhrəmanıdır və hər biri də özlüyündə haqlıdır.

- Səyahətə çıxmaq istəyib tərəddüd edənlərə nə demək istərdiniz?

- Əslində çox şeylər demək istəyərdim, amma ümumiləşdirsək, qısaca "yola çıxın" deyərdim. Yoldan qorxmayın. Yol sizə nəyi necə etməyin lazım olduğunu özü öyrədəcək. Çox az büdcə ilə də çox məkanlar gəzmək mümkündür. Evdə oturaraq hekayə əmələ gəlməz. Əsl hekayələr yoldadır.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri