Icma.az
close
up
RU
Dünyanı silkələyən iddia: Tramp İsraildən üz çevirir? Türkiyə detalı

Dünyanı silkələyən iddia: Tramp İsraildən üz çevirir? Türkiyə detalı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“The Jerusalim Post”un ABŞ Prezidenti Donald Trampın Sudiyyə Ərəbistanına səfəri ilə bağlı yayımladığı məqalə ciddi müzakirələrə səbəb olub. Nəşr yazır ki, Tramp səfəri zamanı ABŞ-ın HƏMAS-sız, müstəqil Fələstin dövlətini tanıdığını elan edəcək.

Adının açıqlanmasını istəməyən Körfəz diplomatik mənbəsi Ağ Ev rəhbərinin səfəri çərçivəsində Körfəz-ABŞ sammitində iştirak edəcəyini və Fələstinlə bağlı qərarı burada açıqlayacağını söyləyib.

Mənbə əlavə edib ki, Vaşinqtonun belə bir qərarı Yaxın Şərqdə qüvvələr balansını dəyişəcək. Bu, həm də daha çox ölkənin “İbrahim sazişi”nə qoşulmasına yol aça bilər.

Trampın belə bir qərar verməsi nə dərəcədə real görünür? Bu addım nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, ABŞ-ın müasir siyasətini izlədikdə bu ölkənin daimi müttəfiq və ya dost anlayışından uzaq olduğunu görmək mümkündür:

“Hazırda ABŞ öz iqtisadi və siyasi maraqlarını hər şeydən üstün tutur. Tramp prezident seçilməzdən əvvəl yəhudi seçicilərin dəstəyini qazanmaq üçün onlara çoxsaylı vədlər verirdi. 2017-ci ildə onun Qüdsü İsrailin paytaxtı kimi tanıması yəhudi ictimaiyyətində böyük ümidlər yaratmışdı. Tramp hələ o zaman yəhudilər tərəfindən potensial himayədar kimi qəbul olunurdu. Lakin o, yeni prezidentliyi dövründə tamam fərqli mövqe nümayiş etdirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun aprel ayında Vaşinqtona səfəri zamanı ABŞ liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlaması maraqla qarşılandı. O, Türkiyə rəhbərinə yüksək hörmət göstərdiyini bildirdi, həmçinin Suriya böhranının həllində onun xüsusi rolunu vurğuladı. Bu isə diplomatik protokol baxımından Netanyahunun üzünə açıq şəkildə deyilmiş sərt mesaj kimi qiymətləndirilə bilər”.


Mütəllim Rəhimli

Ekspertin sözlərinə görə, Tramp açıq şəkildə artıq İsrailin onun üçün xüsusi əhəmiyyət daşımadığını və bundan sonra Yaxın Şərqdə gərginlik yaradan siyasəti dəstəkləməyəcəyini bəyan edir:

“O, başqa ölkələrin ABŞ-ın resurslarından istifadə etməsinə qarşıdır və əsas hədəfi yalnız öz ölkəsinin maraqlarıdır. Tramp Yaxın Şərqdə İsraili strateji müttəfiq kimi görmür və bu kontekstdə haqsızlığa, zorakılıqlara məruz qalan Fələstin xalqına dəstək vermək ehtimalı yüksəkdir.

Ağ Ev rəhbəri bütün müsəlman dünyasının dəstəyini qazanmaq naminə İsrailin maraqlarını arxa plana keçirməkdən çəkinməyə bilər. Bu yanaşma nəticəsində Trampın Çinə qarşı apardığı siyasi və iqtisadi mübarizədə İranla potensial anlaşmaya zəmin yaradılması da mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri