Icma.az
close
up
RU
Dünyanı təşvişə salan nüvə XƏBƏRDARLIĞI Bu regionda böyük savaş ALOVLANIR...

Dünyanı təşvişə salan nüvə XƏBƏRDARLIĞI Bu regionda böyük savaş ALOVLANIR...

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artan qlobal gərginliklər və nüvə təhlükələri şəraitində bəşəriyyət müharibə alətlərinə deyil, sülh alətlərinə investisiya qoymalıdır.
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlər üçün keçirilmiş brifinqdə dünya təşkilatının başçısı Antoniu Quterrişin Beynəlxalq Tərk-silah və Nüvə Silahlarının Yayılmaması üzrə Maarifləndirmə Günü münasibətilə verdiyi ismarışı çatdırarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:
Lukaşenkodan SENSASİON AÇIQLAMA: "Priqojin nüvə silahını ələ keçirmək istəyirdi" - VİDEO

“Bəşəriyyətin gələcəyi ölümcül silahların yayılmasını, sınaqdan keçirilməsini və istifadəsini qabaqlayan sistemləri nə dərəcədə möhkəmləndirməyimizdən asılıdır. Lakin bu gün biz nüvə təhlükəsinin artdığını, qlobal təhlükəsizlik “stop xətləri”nin isə zəiflədiyini görürük”, – Düjarrik vurğulayıb.

BMT Baş katibi dünya liderlərini tərk-silah üzrə öhdəliklərini, o cümlədən yaxınlarda qəbul edilmiş Gələcək Paktını yerinə yetirməyə və eskalasiyanı qabaqlamaq üçün səyləri birləşdirməyə çağırıb. Onun sözlərinə görə, əsas vəzifə dövlətlər arasında etimadın gücləndirilməsi və beynəlxalq hüquq normalarının gözlənməsidir.

Göründüyü kimi, artıq BMT də nüvə silahı xəbərdarlığını edir.

Hazırda Ukrayna savaşı ilə yanaşı Yaxın Şərqdə də vəziyyət gərgindir. ABŞ-ın dəstəyilə İsrail tərəfindən İranın hədəfə alına biləcəyi barədə proqnozlar səslənir. Digər tərəfdən, Çinlə Tayvan arasında, habelə KXDR-lə Koreya Respublikası arasında da müharibənin alovlana biləcəyi istisna edilmir.
Növbəti böyük savaş harada alovlanacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov düşünür ki, növbəti böyük savaş İran ətrafında alovlana bilər:

“Belə bir ehtimal istisna edilmir. Dünya birliyi mürəkkəb dövrlərdən birini yaşayır və bu dövrü sabit şəkildə keçmək vacibdir. Baxmayaraq ki, dünyada çoxsaylı dövlətlərarası, millətlərarası münaqişələr var. Onların da ətrafında yeni-yeni fitnə-fəsadlar yaradılır. Bəzi dövlətlər çalışır ki, sakit bölgələri də müharibə alovuna bürüsünlər. Hazırda beynəlxalq təşkilatların sözünün kəsəri də aşağı düşüb. BMT hələ ki, ən nüfuzlu beynəlxalq təşkilatdır. Amma getdikcə, onun sözünü ciddiyə almır, ona qarşı saymamazlıq nümayiş etdirirlər. Lazımdır ki, BMT yeni bir alternativ qurumun formalaşmasına qədər öz varlığını, təsirini saxlasın”.
Ekspert qeyd edir ki, belə bir qurumda nüvə silahı məsələsinin mövzuya çevrilməsi təhlükəli və narahat yaradan faktordur:
“Tramp qəti şəkildə müharibələrə qarşı çıxdığını deyir. İsrail İranla müharibənin alovlanmasına çalışsa da, Tramp birmənalı olaraq ona qarşı çıxır. Bu yanaşmadan istifadə edib, Urayna münaqişəsinin dayandırılmasına, Qəzza bölgəsində, İordan çayının Qərb sahilində sakitlik və Fələstin dövlətinin yaranmasına çalışmaq lazımdır. Ən azından qarşıdakı 3-4 ildə nüvə silahından istifadə məsələsinin gündəmdən çıxarılması üçün əlverişli imkan yaranır.

Digər tərəfdən, yeni münasibətlər formatı tapılmalıdır. Belə olmasa, qarşıda dünyamızı böyük fəsadlar gözləyir. Ona görə indi bütün münaqişəli problemlərlə bağlı dialoqa üstünlük verilməsi baxımından ən münasib məqamdır. Bu baş verməsə, növbəti mərhələdə İranın hədəfə alınması ehtimalı böyükdür. Eyni zamanda, vəziyyətdən asılı olaraq Uzaq Şərq bölgəsində, Çinlə Tayvan arasında qarşıdurmanın başlana biləcəyini də istisna etmək olmaz”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri