Icma.az
close
up
RU
Dünyanın avtomobil şirkətləri artıq Çinlə rəqabət imkanlarında geridə qalırlar MÜNASİBƏT BİLDİRDİ

Dünyanın avtomobil şirkətləri artıq Çinlə rəqabət imkanlarında geridə qalırlar MÜNASİBƏT BİLDİRDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dünyada avtomobil istehsalı ilə dünya bazarında önə çıxmış dövlətlər var. Almaniya, Yaponiya, Amerikanın istehsal imkanları, onların brendləri artıq bazarın böyük hissəsinə sahibdir. Təbii ki, Rusiya nəqliyyat avtomobil istehsalı dünya bazarında yoxdur, amma post-sovet məkanında hələ də öz müəyyən çəkisini saxlamaqda davam edir. Amma çox təəssüflər olsun ki, nə Azərbaycan, nə də keçmiş sovetlər birliyindən ayrılan ölkələr heç biri hələ ki dünyada avtomobil istehsalı ilə bağlı hər hansı mövqeyə sahib deyillər. Bizim bir neçə avtomobil zavodlarımız yaradıldı və istehsala başladı. Naxçıvanda “Naz” avtomobil zavodu, eyni zamanda Neftçalada “Xəzər Lada”nı istehsal edən avtomobil zavodu və s. kimi bu zavodlar bütün parametrlərinə görə nəinki dünyada, heç Azərbaycan bazarında özünü möhkəmlədə bilməyib”. Bu sözləri sosial məsələlər üzrə ekspert İlqar Hüseynli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Koreya ölkəsi uzun müddətdən sonra “KİA” və “HUNDAY” avtomobil markalarını dünya bazarında oturuşdura bilib: “Amma burada da onlar həm avtobuslar, həm minibuslar, həm də kiçik tutumlu şəxsi məqsədlər üçün istifafə olunan nəqliyyat vasitələrinin istehsalı ilə də məşğuldurlar. Azərbaycan avtomobil bazarının özündə koreya avtomobilləri kifayət qədər çəkiyə malikdir. Dünyanın avtomobil şirkətləri artıq Çinlə rəqabət imkanlarında geridə qalırlar. Artıq Çin avtomobil istehsalını, ixracını dünya bazarına o qədər sürətləndirib ki, bazarda alınan nəqliyyat vasitələrinin çoxu çin istehsalının payına düşməyə başlayıb. Belə bir nəhənglərlə mübarizədə yaratdığımız avtomobil zavodu bizə inkişaf prespektivləri vəd edirmi? Mənim düşüncəmlə təbii ki etmir”.

Ekspert həmçinin bildirib ki, biz ölkənin istehlak imkanları baxımından nəqliyyat vasitələri istehsal etsək, daxili bazarımızı tənzimləmək üçün əhəmiyyətli rol oynaya bilər: “Burada da keyfiyyət amili çox vacibdir. Avtomobillərin istehsalı ilə bağlı artıq yaxın dövrdə elektrikli avtobuslar, yəni elektrobusların istehsalı nəzərdə tutulur. Azərbaycan yaşıl dünya naminə proyektinə qoşulan ölkələrdən biridir. Karbon emisiyasının payını 2030-cu ilə qədər 40% azaltmağı qarşısına məqsəd qoyub. Özümüzün istehsalda olan dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrini təxminən daxili avtomobil parkının yenilənməsinə və elektromobillərə keçidi təmin etmək baxımından avtomobil istehsalı bizə lazım ola bilər. Fikrimcə Azərbaycanın yaxın prespektivdə dünya bazarına ixrac edəcək gücə malik belə bir avtomobil istehsalının və brendin olmasına şübhə ilə yanaşıram, lakin bu mənim subyektiv fikrimdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri