Icma.az
close
up
RU
Dünyanın danışdığı müsəlman: Ona hansı tapşırıq verilib? Ermənistan detalı

Dünyanın danışdığı müsəlman: Ona hansı tapşırıq verilib? Ermənistan detalı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Nyu Yorkun yeni seçilən meri Zöhran Mamdani hind kökənlidir, lakin onun müsəlman olduğunu da qeyd etmək lazımdır. Hətta bütün aparıcı media qurumları onu Nyu Yorkun ilk müsəlman meri olaraq təqdim edirlər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ekspert bildirib ki, Nyu York merliyi önəmlidir, lakin strateji post deyil:

“Məsələn, belə bir deyim var, İstanbulu fəth edən, bütün Türkiyəyə sahib olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbul merliyindən indiki məqamına yüksəlib. Lakin Nyu York merliyini bənzər şəkildə təsvir etmək olmur. Nyu Yorkun meri olub daha sonra ABŞ prezidenti seçilən heç kim yoxdur. Baxmayaraq ki, bir çox merlər seçkilər zamanı prezidentliyə namizədlik irəli sürüblər. Aydındır ki, Hindistan dünyanın aparıcı ölkələrində özünə bağlı şəxslərin liderlik postuna yiyələnməsinə çalışır. Məsələn, ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə vitse-prezident olan  Kamala Harris də, Britaniyanın sabiq baş naziri Rişi Sunak da hindlidir.

Lakin, bu məqam da var ki, hindlilər ABŞ-da demokratların, Britaniyada konservativlərin arasında mövqe tutaraq yüksəlirlər. Bayden administrasiyasının dövründə ölkəmizin ABŞ-la münasibətlərinin necə gerilədiyini xatırlasaq, bu tendensiya heç də milli maraqlarımızla ahəng təşkil etmir. Yaxud, Sunak özünü Tetçerist, lakin ondan biraz da az iqtisadi liberal olaraq təqdim edirdi. Həm də onun dövründə Britaniya tarixdə ilk dəfə Ermənistan ilə Strateji Dialoqa başladığını bəyan etmişdi. Doğrudur, bu, məhz Sunakın “hünəri” sayəsində deyildi, ümumi qlobal geosiyasi proseslərlə əlaqədar idi, lakin diqqətə dəyər faktdır. Beləliklə hind əsilli şəxslərin dünyanın aparıcı dövlətlərində strateji postlara yerləşdirilməsini Hindistanın dünya siyasətinə təsir mexanizmi yaratmağa çalışması kimi dəyərləndirmək olar”.


Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, Hindistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlüyünə arzusu-iddiası fonunda bu məqam daha da dərin məna kəsb edir:

“Əgər BMT TŞ daimi üzvlərinin tərkibi genişlənərsə, ilkin namizəd həqiqətən də Hindistandır və bu, qlobal miqyasda olan bir gözləntidir. Hindistan siyasəti məhz buna hesablanır. “Dünya 5-dən böyükdür” deyən Türkiyə Prezidenti də, “BMT TŞ günümüzün reallıqları ilə uzlaşmır” deyən Azərbaycan Prezidenti də yeni qlobal nizamın aparıcı iştirakçı üzvünə çevrilməyi hədəfləyirlər və bu məqsədlə TŞ strukturunun dəyişdirilməsində maraqlıdırlar.

Lakin, türk dövlətləri ya ayrılıqda, ya kollektiv şəkildə TŞ strukturunda üstün rol qazanmadan Hindistanın müvafiq yüksəlişi heç də arzuolunan nəticələr doğurmaya bilər. Beləliklə, dünya nizamı dəyişməkdədir və dövlətlər yeni nizamda öz mövqelərini gücləndirmək üçün can atırlar”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri