Icma.az
close
up
RU
Dünyanın ən bahalı 10 ətri 2 milyondan başlayır

Dünyanın ən bahalı 10 ətri 2 milyondan başlayır

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın ən bahalı ətirləri kolleksiya üçün nəzərdə tutulmuş ən nadir lüks əşyalar arasındadır. Bu ətirlər çox məhdud sayda istehsal olunur ki, bu da onların arzuolunan və dəyərli olmasını artırır. Bu qiymətli ətirlər iki əsas kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar qiymətli metallar və daşlarla bəzədilmiş xüsusi flakonlarla təqdim olunur. Belə flakonlar adətən məşhur ətir istehsalçıları və zinət əşyaları brendləri arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlir və adətən yalnız bir nüsxədə hazırlanır. Onları qoxu sənət əsəri kimi təsəvvür etmək olar. Bəzi flakonlarda iri qiymətli daşlar, bəzilərində isə brend motivini əks etdirən mürəkkəb brilyantlı dizaynlar olur.

İkinci kateqoriyaya aid flakonlarda isə xüsusi tərkibli, nadir və yüksək keyfiyyətli inqrediyentlərdən ibarət ətirlər yer alır. Bu tip ətirlərin alınması zamanı alıcıya şəxsi xüsusiyyətləri və xatirələrini əks etdirən xüsusi hazırlanmış ətir əldə etmək imkanı da təklif olunur.

Ölkə.az Valyuta.az-a istinadən lüks ətir sənayesinin sərhədlərini genişləndirən dünyanın ən bahalı 10 ətrini təqdim edir.

Morreale Paris Le Monde Sur Mesure – 1,5 milyon dollar (2,5 milyon manat)

Fransız brendi "Morreale Paris"in bu fərdi kolleksiyası (5,000 ml) dünyanın ən bahalı ətiri hesab olunur. Hər bir flakon 18K qızıldan hazırlanır və qiymətli daşlarla bəzədilir. 2018-ci ildə xüsusi sənət turunda təqdim olunan bu ətir, istifadəçinin xatirələri və fərdi xüsusiyyətlərini əks etdirən tərkibdə hazırlanır. Alıcı flakonu öz zövqünə uyğun, məsələn, yaqut, safir və zümrüdlə fərdiləşdirə bilər. Ətir xüsusi seriya nömrəsi və 18K qızıldan qolbaqla təqdim olunan taxta qutuda satılır.


"Shumukh" by Nabeel – 1,29 milyon dollar ( 2 milyon 193 min manat)


 "Shumukh" (2,580 ml) – "The Spirit of Dubai" kolleksiyasının ən dəyərli üzvüdür. Flakon 18 karat sarı qızıl, gümüş, 3,571 brilyant, inci və topazla bəzədilib. Ətirin tərkibində Türk gülü, ilang-ilang, sandal və Hindistan ağacı yer alır.

"Golden Delicious" by DKNY – 1 milyon dollar ( 1 milyon 700 min manat)


 2021-ci ildə "DKNY" brilyant ustası Martin Katsla əməkdaşlıqla bu ətri hazırlayıb. Ətir flakonunda 2,700 ağ brilyant, 183 sarı sapfir, 15 çəhrayı almaz yer alır. New York siluetini əks etdirən tək nüsxəli flakon 1,500 saatlıq iş nəticəsində ərsəyə gəlib.

"Opera Prima" by Bulgari – 235,000 dollar (399 min 500 manat)

Bulgari 130 illik yubileyi münasibətilə bu ətri 2014-cü ildə təqdim edib. Flakon Venini şüşə ustaları tərəfindən hazırlanıb və 250 karat sitrin, 4,45 karat ametist, 25 karat brilyantla bəzədilib. Ətirin tərkibində portağal çiçəyi və sitrus var.

Clive Christian No. 1 Passant Guardant – 228.000 dollar (387 min 600 manat)

Bu unikal ətir 2014-cü ildə Londondakı Harrods mağazasında Salon de Parfum bölməsinin açılışı münasibətilə təqdim olunub. Flakon üzərində Kral Viktoriya dövrünə aid simvol olan "passant guardant" – yan baxaraq irəliləyən şir təsviri yer alır. Şir fiquru 2.000 brilyant, gözlərində 2 sarı brilyant və dilində nadir çəhrayı brilyantla bəzədilib. Yalnız bir nüsxəsi mövcuddur və brendin qurucusu Clive Christian onu “qəlbimin ətri” adlandırır. Ətrin dizaynı həm kraliçanın tacını, həm də brendin irsini qoruyan simvol kimi təqdim olunur.

Clive Christian No. 1 Imperial Majesty – 215.000 dollar (365 min 500 manat)

Bu nadir ətir 2006-cı ildə Clive Christian tərəfindən Fransanın məşhur Baccarat kristal istehsalçısı ilə birgə hazırlanıb. Hər biri 500 ml olan flakonlar əl ilə kəsilmiş kristaldan düzəldilib, 18K qızıldan yaxalığa və üzərində ağ brilyanta sahibdir. Ətrin tərkibində sandal ağacı, Siciliya mandarinləri, ylang-ylang və ballı neroli kimi yüksək keyfiyyətli inqrediyentlər yer alır. Bu ətirdən cəmi 10 ədəd istehsal olunub – yeddisi 215.000 dollara satılıb, üçü isə markanın şəxsi kolleksiyasında saxlanılır. Ətir həm flakonu, həm də tərkibi ilə lüks və incə zövqün təcəssümüdür.

Parfum VI by Gianni Vive Sulman – 89.000 dollar (151 min 300 manat)


 Michael Jackson üçün səhnə geyimləri hazırlamış məşhur dizayner Gianni Vive Sulman 1998-ci ildə öz lüks ətir brendini yaradıb. Həmin il təqdim olunan Parfum VI (200 ml) 89.000 dollarlıq qiyməti və eksklüziv dizaynı ilə fərqlənib. Ətrin tərkibində jasmin və Fransanın Grasse bölgəsinə xas qızılgül notları ön plandadır. Flakon brilyantla örtülmüş qapaq, yaqutla bəzədilmiş açar, qızıl və taxta elementlərlə tamamlanıb. Bu ətirdən cəmi 173 ədəd istehsal olunub və lüks kolleksiyaçılar arasında yüksək qiymətləndirilir.

J’Adore l’Or Prestige Edition by Dior – 75.000 dollar (127 min 500 manat)


 Dior 2016-cı ildə öz məşhur J’Adore ətirinin xüsusi “Prestige Edition” versiyasını təqdim edib. Flakon 30 parlaq kəsimli brilyant və 10 armud formalı brilyantla bəzədilmiş metal lent detallarına sahibdir. Ənənəvi 100 ml-lik J’Adore flakonu 150 dollara satıldığı halda, bu limitli və kolleksiya üçün nəzərdə tutulmuş versiyanın qiyməti 75.000 dollardır. Hər flakon qızıl örtüklü qapaqla, Baccarat tərəfindən əl ilə hazırlanmış və dəri qutuda təqdim olunur. İstehsal sayının açıqlanmadığı bu ətirdən cəmi bir neçə ədəd mövcud olduğu güman edilir.

1 Million Luxe Edition by Paco Rabanne – 57.000 dollar (96 min 900 manat)


Paco Rabanne brendinin ən çox satılan kişi ətiri olan “1 Million”un (200 ml) standart versiyası 160 dollara təklif olunsa da, 2008-ci ildə təqdim olunan “Luxe Edition” versiyası 57.000 dollar qiyməti ilə lüks səviyyəyə yüksəlib. 100 ml-lik bu eksklüziv flakon limitsiz doldurma imkanı ilə gəlir və məşhur fransız dizayner Noé Duchaufour-Lawrance tərəfindən hazırlanmış qızıl qutuda təqdim olunur. Ətrin qoxusu qırmızı portağal, dəri və darçın notlarını birləşdirir. Bu limitli versiyanın istehsalı dayandırılsa da, mövcud flakonlar hələ də doldurula bilir. “1 Million Luxe” həm dizaynı, həm də təqdimat üslubu ilə unikal kolleksiya nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see165

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see128

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see126

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri