Icma.az
close
up
RU
Dünyanın ən böyük beynəlxalq qurumu BMT yə üzvlük Azərbaycanın dünya birliyinə açılan qapısı” oldu

Dünyanın ən böyük beynəlxalq qurumu BMT yə üzvlük Azərbaycanın dünya birliyinə açılan qapısı” oldu

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq münasibətlər sisteminə yeni daxil olan ölkəmiz üçün beynəlxalq təşkilatlara üzv olmaq əsas məqsədlərdən idi. Ona görə 2 mart 1992-ci ildə Azərbaycan dünyanın ən böyük beynəlxalq qurumu olan BMT-yə üzv oldu. BMT Baş Assambleyası tərəfindən 46/230 saylı qətnamə qəbul edildi. Bunla da ölkəmizin suveren dövlət kimi tanınması rəsmiləşdi. Bu hadisə Azərbaycanın “dünya birliyinə açılan qapısı” oldu” .

Bu barədə Bizimyol.info xəbəər portalına politoloq Yalçın Hacızadə danışıb. Politoloq qeyd edib ki, 1990-cı illərdə Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan üçün BMT tribunasından istifadə beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dünyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Yalçın Hacızadə

Yalçın Hacızadə bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi, bu sənədlər Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini təsdiq etdi.

“BMT-yə üzv olduqdan etibarən ölkəmiz təşkilat çərçivəsində həm regional, həm də qlobal miqyasda mühüm təşəbbüslərin müəllifi və fəal iştirakçısıdır. Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin diplomatik uğuru kimi tarixə düşüb. Torpaqlarımız işğal altında olduğu müddətdə qaçqın və məcburi köçkünlərlə bağlı layihələrdə BMT qurumları ilə sıx iş aparılıb”-deyə politoloq vurğulayıb.

Yalçın Hacızadə qeyd edib ki, BMT-nin Dayanıqlı inkişaf proqramı çərçivəsində Azərbaycan Təşkilatın 2030-cu il gündəliyinə uyğun olaraq iqtisadi şaxələndirmə, gender bərabərliyi, sosial rifah və “yaşıl enerji” sahələrində layihələr həyata keçirir.

“Son onillikdə dünyada ən çox müzakirə olunan iqlim məsələlərinə ölkəmiz 2024-cü ildə COP29 müzakirələrini aparmaq və ev sahibliyi etməklə böyük töhfə vermiş oldu. Azərbaycan daim BMT Nizamnaməsinin prinsiplərinə – suverenliyə hörmət, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa sadiqlik – əməl edib. Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan beynəlxalq hüququn prinsiplərinə daim hörmətlə yanaşır və qlobal sülhə töhfə verən fəal üzvlərdən biridir”. BMT-nin Mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi”, humanitar forumlar və multikulturalizm dəyərlərinin müdafiəsi Azərbaycanın qlobal imicini daha da gücləndirən faktorlardır”-deyə Yalçın Hacızadə bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın BMT ilə əlaqələri hazırda yüksək səviyyədədir və 33 illik üzvlük dövründə ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı, həm də beynəlxalq gündəliyin formalaşmasında fəal rol oynayır.

“Hazırda BMT Baş Assambleyasının 80-cı sessiyası keçirilir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Prezident İlham Əliyevə olan diqqət və etiram ölkəmizin bu beynəlxalq təşkilatın fəaliyyətində oynadığı rolun göstəricisidir. Bütün bunlar da Azərbaycanın qlobal siyasi imicini möhkəmləndirir, ölkəni regionda sülhün və beynəlxalq əməkdaşlığın vacib tərəfdaşına çevirir”- Yalçın Hacızadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri